Məhkəmə qərarları › İş №2(050)-2617/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2617/2025

08.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2617/2025 08.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 xx.xx.2022-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, mərhum əri X3 xx.xx.1961-ci ildə anadan olmuş, xx.xx.2022-ci ildə vəfat etmiş və Masallı rayonu Böyük Kolatan kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin ərinin vəfatı ilə bağlı Qeydiyyat şöbəsində və Xəstəxanada hər hansı qeydiyyat aparılmamışdır. Buna görə də hazırda ərinin ölüm haqqında akt qeydi mövcud deyildir. Ərinin vəfat etməsini təsdiq edən şahidləri vardır. Həmçinin, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən ərinin xx.xx.2022-ci ildə vəfat etməsi və Masallı rayon Böyük Kolatan kənd qəbiristanlığında dəfn olunması təsdiq olunmuşdur. Bundan başqa, məzar daşının fotoşəkilindən onun doğum və ölüm tarixləri əks olunmuşdur. Ölüm faktının müəyyən olunması hazırda müəyyən sənədləşmə işləri, vərəsəlik işlərinin aparılması üçün zəruridir, lakin ərinin vəfatı ilə bağlı Qeydiyyat şöbəsində ölüm aktı mövcud deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciət olunsa da, ona ölüm haqqında faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək barədə hüquqları izah olunmuşdur. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X5 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun atasının əmisi qızıdır. Onun əri X3 olmuş və 2022-ci ilin olktyabr ayında vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır. Onun əri X3 olmuş və 2022-ci ilin olktyabr ayında vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə Ərizəçi arasında Masallı rayon Böyük Kolatan kənd sovetliyində 18 dekabr 1989-cu il tarixdə nikah bağlanmış, bu barədə 64 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Dadaşova soyadı verilmişdir. Masallı Regional “ASAN Xidmət” X5 27 noyabr 2024-cü il tarixli, 3/16-5/7-63xxxx/2024 saylı arayışından görünür ki, xx.xx.1961-ci ildə Masallı rayonu, Böyük Kolatan kəndində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli, 18-1-60/2-D-513-31-511/2025 nömrəli arayışdan görünür ki, X2 ölməsi barədə Masallı MRX PHŞ-də hər-hansı bir məlumat aşkar olunmamışdır. İşin halları ilə müəyyən olunur ki, X1 rayonu, Böyük Kolatan kəndində 24 fevral 1961ci ildə doğulmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Masallı rayon, Böyük Kolatan qəbirastanlıqda dəfn olunmuşdur. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 30 oktyabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 24 fevral 1961-ci il tarixdə anadan olmuş X2 30 oktyabr 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 fevral 1961-ci il tarixdə anadan olmuş X2 30 oktyabr 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar