Məhkəmə qərarları › İş №2(050)-2644/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2644/2025

28.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2644/2025 28.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Masallı 1 sayli Mediasiya təşkilatı tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs1 və Maraqlı şəxs2 6500 (altı min beş yüz) manat və dövlət rüsumuna görə 85 (səksən beş) manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 və Maraqlı şəxs2 14000 manat məbləğində borc pul vermiş, Maraqlı şəxs1 və Maraqlı şəxs2 həmin borcdan 7500 manatı ona qaytarmış, qalan 6500 manatı isə qaytarmamışlar. Buna görə də, aralarında Masallı 1 saylı Mediasiya təşkilatında 30 yanvar 2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs1 və Maraqlı şəxs2 həmin 6500 manat pulu 2025ci ilin fevral ayından başlayaraq hər ay 500 manat olmaqla ona ödəmək öhdəsinə götürmüşlər. Buna baxmayaraq Maraqlı şəxs1 və Maraqlı şəxs2 öhdəliklərini icra etməmişlər və pulu ödəməmişlər. Nurlan və Maraqlı şəxs2 öhdəliklərini icra etməmişlər və barışıq sazişinin şərtlərini pozmuşlar. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə Maraqlı şəxs1 istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi, Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış 30 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00092 nömrəli barışıq sazişindən müəyyən edilir ki, 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 birlikdə 1-ci X1 14000 (on dörd min) manat borclu olduqlarına görə həmin borcun 1-ci X1 ödənilməsi ilə bağlı Tərəflər arasında mübahisə yaranmışdır. Odur ki, Tərəflər 14000 (on dörd min) manat məbləğində borcun ödənilməsi mübahisəsini həll etmək üçün 30 yanvar 2025-ci il tarixdə könüllü olaraq mediasiyaya müraciət etmişlər. Tərəflərin müraciətinə əsasən 30 yanvar 2025-ci il tarixdə Tərəflərlə həmin mübahisə üzrə mediasiya prosesi keçirildi. Mediasiya prosesi zamanı 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 14000 (on dörd min) manat borcdan 7500 (yeddi min beş yüz) manatı 1-ci X1 birlikdə ödədilər. Tərəflər qalan 6500 (altı min beş yüz) manat borcun ödənilməsi üçün aşağıdakı şərtlər daxilində razılığa gəldilər: 1) Mediasiya prosesi zamanı 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 14000 (on dörd min) manat borcdan 7500 (yeddi min beş yüz) manatı 1-ci X1 birlikdə ödədiklərinə görə Tərəflər 1-ci X1 gələcəkdə ödənilməli borcun 6500 (altı min beş yüz) manat olmasını qəbul edirlər. 2) 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 qalan 6500 (altı min beş yüz) manat borcun onlar tərəfindən 1-ci X2 tam ödənilməsi şərtilə hər ay onların hər biri tərəfindən bərabər məbləğdə 250 manat olmaqla, cəmi 500 manatı 13 (on üç) ay müddətində 1-ci X1 ödəməyi öhdələrinə götürürlər. 3) 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 birlikdə 6500 (altı min beş yüz) manat məbləğində borcu 13 ay müddətində, 2025cü ilin fevral ayından başlayaraq gələn hər növbəti ayın 01-dən sonunadək, onların hər biri ayrı-ayrılıqda 250 (iki yüz əlli) manat ödəmək şərtilə, cəmi 500 (beş yüz) manatı 1-ci X1 poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdələrinə götürürlər. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən ikinci tərəf, yəni Maraqlı şəxs1 və Maraqlı şəxs2 bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduqları 6500 (altı min beş yüz) manat borc pulunu 13 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürməklərinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində pul öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış 30 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00092 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: 1) Mediasiya prosesi zamanı 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 14000 (on dörd min) manat borcdan 7500 (yeddi min beş yüz) manatı 1-ci X1 birlikdə ödədiklərinə görə Tərəflər 1-ci X1 gələcəkdə ödənilməli borcun 6500 (altı min beş yüz) manat olmasını qəbul edirlər. 2) 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 qalan 6500 (altı min beş yüz) manat borcun onlar tərəfindən 1-ci X2 tam ödənilməsi şərtilə hər ay onların hər biri tərəfindən bərabər məbləğdə 250 manat olmaqla, cəmi 500 manatı 13 (on üç) ay müddətində 1-ci X1 ödəməyi öhdələrinə götürürlər. 3) 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 birlikdə 6500 (altı min beş yüz) manat məbləğində borcu 13 ay müddətində, 2025-cü ilin fevral ayından başlayaraq gələn hər növbəti ayın 01-dən sonunadək, onların hər biri ayrı-ayrılıqda 250 (iki yüz əlli) manat ödəmək şərtilə, cəmi 500 (beş yüz) manatı 1-ci X1 poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdələrinə götürürlər” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış 30 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00092 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1) Mediasiya prosesi zamanı 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 14000 (on dörd min) manat borcdan 7500 (yeddi min beş yüz) manatı 1-ci X1 birlikdə ödədiklərinə görə Tərəflər 1-ci X1 gələcəkdə ödənilməli borcun 6500 (altı min beş yüz) manat olmasını qəbul edirlər. 2) 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 qalan 6500 (altı min beş yüz) manat borcun onlar tərəfindən 1-ci X2 tam ödənilməsi şərtilə hər ay onların hər biri tərəfindən bərabər məbləğdə 250 manat olmaqla, cəmi 500 manatı 13 (on üç) ay müddətində 1-ci X1 ödəməyi öhdələrinə götürürlər. 3) 2-ci Tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 birlikdə 6500 (altı min beş yüz) manat məbləğində borcu 13 ay müddətində, 2025cü ilin fevral ayından başlayaraq gələn hər növbəti ayın 01-dən sonunadək, onların hər biri ayrı-ayrılıqda 250 (iki yüz əlli) manat ödəmək şərtilə, cəmi 500 (beş yüz) manatı 1-ci X1 poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdələrinə götürürlər”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar