Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2676/2025 22.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək 17 iyul 2000-ci il tarixdə anadan olmuş X3 16 dekabr 2022-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, 2019-cu ildə X5 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan 09 sentyabr 2020-ci il tarixdə Sabirzadə Mehti Sadiq oğlu anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur.16 dekabr 2022-ci il tarixdə X5 vəfat etmiş, lakin onun ölümünə dair sənədləşmə aparılmamışdır. Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 may 2025-ci il tarixli 131 saylı arayışına əsasən 17 iyul 2000-ci il təvəllüdlü və Masallı rayon Qızılavar kəndində qeydiyyatda olan mərhum X5 16 dekabr 2022-ci il tarixdə vəfat etmiş və Qızılavar qəbiristanlığında dəfn edilmişdir. X7 Sadiq oğlu anasının ölümündən sonra onun himayəsinə verilmişdir. Ölüm haqqında şəhadətnamənin olmaması səbəbindən Sabirzadə Mehti Sadiq oğlunun sosial məsələlərinin həllində çətinliklər yaranmışdır. Valideyn himayəsindən məhrum olan uşaq kimi maddi təminatları ala bilmədiyindən ölüm haqqında akt qeydinin verilməsi üçün müraciət edilmiş, lakin Qeydiyyat şöbəsi 27 may 2025-ci il tarixdə bundan imtina etmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini bildirmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək X3 16 dekabr 2022-ci tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə baxışı iclasında Şahid1 ifadəsində bildirdi ki, Ərizəçi onun qızının oğludur, yəni nəvəsidir. Səbina Sadıqova nəvəsinin arvadı olmuş, sonra yola getmədikləri üçün ayrılmışlar. Səbina Sadıqova anası ilə birlikdə yaşamış və Türkiyyə Respublikasında rəhmətə getmişdir. X8 rayonu Qızılavar kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Səbinanın atası Rusiya Federasiyasında yaşayır, anasının isə harada yaşadığını bilmir.
6. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, Ərizəçi onun oğludur, oğlu babasının adını soyad olaraq qəbul etmişdir. Səbina oğlunun arvadı olmuşdur. Səbina 16 dekabr 2022-ci ildə Türkiyyə Respublikasında rəhmətə getmiş və Masallı rayonu Qızılavar kənd qəbirstanlığında dəfn edilmişdir. Səbinanın atası və anası Rusiya Federasiyasında yaşayır, 5 yaşlı uşaq isə atasının himayəsindədir.
İş materialları:
7. Masallı Rayon Məhkəməsinin 2(050)-2294/2022 nömrəli 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunaraq, Ərizəçi ilə X5 arasında 12 oktyabr 2019-cu il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 732 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
8. AZ-İ seriyalı 437561 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında olan nikan Masallı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 21 oktyabr 2022-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 noyabr 2022-ci il tarixdə 228 nömrə ilə qeyd edilmişdir.
9. İ-ПК seriyalı 818763 nömrəli nömrəli tərcümə olunmuş və notariat qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Sabirzadə Mehti Sadiq oğlu 09 sentyabr 2020-ci ildə Rusiya Federasiyası, Yamalo-Nenets muxtar dairəsi, Noviy Urenqoy şəhərində anadan olmuşdur. Atası qrafasında Ərizəçi, anası qrafasında X5 qeyd edilmişdir.
10. Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinin 27 may 2025-ci il tarixli məktubundan görünür ki, 27 may 2025-ci il tarixdə vətəndaş Ərizəçi vəfat etmiş və 2022-ci ildə boşandığı X3 ölüm haqqında şəhadətnamənin alınması barədə ərizəsinə baxılmış və müraciət əsasında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemi və qeydiyyat şöbəsinin arxivi üzrə yoxlama aparılmış və onun ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə (arayış) ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölüm haqqında tibbi sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə ölümün qeydə alınması faktının müəyyən edilməsinə dair işlərə baxır. Ona ölüm faktının müəyyən edilməsi haqqında yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ barədə izah olunmuşdur.
11. Masallı RİHB-nın Qızılavar kənd İƏD üzrə nümayəndəliyinin 27 may 2025-ci il tarixli 131 nömrəli arayışının surətindən görünür ki, 17 iyul 2000-ci il təvəllüdlü X5 16 dekabr 2022-ci il tarixdə vəfat etmiş və Qızılavar kənd qəbristanlığında dəfn edilmişdir.
12. Foto şəkillərdən görünür ki, mərhum X3 məzarı təsvir edilmişdir. Baş daşının üzərində doğum tarixi: 17 iyul 2000-ci il; ölüm tarixi 16 dekabr 2022-ci il qeyd edilmişdir.
13. Türkiyə Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli sənədlərin surətindən görünür ki, 17 iyul 2000-ci ildə Rusiya Federasiyası, Noviy Urenqoy şəhərində anadan olmuş, Azərbaycan vətəndaşı X5 16 dekabr 2022-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhəri, Merkez Cumhuriyet qəsəbəsi, 506-cı küçə, 2 saylı binanın 8-ci mənzildə yerləşən apartmanın 4-cü mərtəbəsindən özünü atmaqla intihar etmiş və vəfat etmişdir.
14. X1 Bələdiyyə rayon Administrasiyasının 05 iyul 2024-cü il tarixli 903 nömrəli qərarının tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X2 həddi-buluğa çatmamış 09 sentyabr 2020-ci il təvəllüdlü X4 qəyyumluğu vəzifəsindən azad edilməsi, 09 sentyabr 2020-ci il təvəllüdlü, həddi-buluğa çatmamış X4 atası Ərizəçi təhvil verilməsi qərara alınmışdır.
15. X1 Bələdiyyə rayonunun qəyyumluq və himayə üzrə şöbəsinin rəisi A.V.Polyakova tərəfindən tərtib edilmiş 08 iyul 2024-cü il tarixli həddi-buluğa çatmamış X4 təhvil-təslim aktının tərcümə və təsdiq olunmuş surətindən görünür ki, 08 iyul 2024-cü il tarixində 1-ci Tərəf A.V.Polyakova təhvil vermiş, 2-ci Tərəf isə 09 sentyabr 2020-ci il təvəllüdlü, həddi-buluğa çatmamış Sadıqov M.S.nu qəbul etmişdir.
İşin faktiki halları:
16. Məhkəmə iclasında müəyyən olundu ki, X5 17 iyul 2000-ci ildə Rusiya Federasiyası, Noviy Urenqoy şəhərində anadan olmuşdur. X5 16 dekabr 2022-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində vəfat etmiş və Qızılavar kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X3 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə ərizəçinin nümayəndəsinin, vəkilin izahatını, şahidlərin ifadələrini dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
21. Göründüyü kimi X3 16 dekabr 2022-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.
Məhkəmə xərcləri:
22. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 17 iyul 2000-ci il tarixdə Rusiya Federasiyası, Noviy Urenqoy şəhərində anadan olmuş X3 16 dekabr 2022-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində ölməsi barədə hüquqi fakt fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
24. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin olunsun. 17 iyul 2000-ci ildə Rusiya Federasiyası, Noviy Urenqoy şəhərində anadan olmuş X3 16 dekabr 2022-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov