Məhkəmə qərarları › İş №2(050)-2677/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2677/2024

08.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2677/2024 08.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qurumu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, 16 may 2024-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 80 manat, iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində aliment pulunun Maraqlı şəxs tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər el adəti ilə toy etməklə ailə həyatı qurmuşlar. Nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmişlər. Ər-arvad kimi təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı 2 (iki) nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdeh uşaqlara baxmadığı üçün o, məcbur olaraq nikahın pozulması və aliment tələbi ilə bağlı mediasiya qurumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən, cavabdeh may ayı da daxil olmaqla hər ayın 16-dan 26-dək cavabdeh bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh mediasiya qurumunda alimentin ödənilməsi ilə bağlı razılığa gəlsə də, alimenti ödəməkdən yayınmışdır. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həm də münasib iş yoxdur. Uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa və onlara qayğı göstərməyə onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MŞM/MT 036/2024-00423 saylı, 16 may 2024-cü il tarixli barışıq sazişində göstərilir ki, Maraqlı şəxs bu sazişi imzalamaqla 16 may 2024-cü il tarixdən başlayaraq, Ərizəçi ilə birgə nikahdan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 80 manat, iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2012-ci ildə X3 və xx.xx.2013-cü ildə X4 anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2011-ci il tarixdə Masallı RİHB-nin Həsənli ərazisi üzrə nümayəndəliyində 14 saylı nikah aktı bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 160 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 31 iyul 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞM/MT 036/2024-00423 saylı, 16 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 80 manat, iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 16 may 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar