Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2678/2024 15.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanılmış MŞL/MT014/2024-00571 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2015-ci il larixli nikah qeydinin pozulması və xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa gorə 90 manat, iki uşağa gorə cəmi 180 manat onun xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə yaşadıqları muddətdə xx.xx.2015-ci ildə X4 və xx.xx.2022-ci ildə X3 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Raqif uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin odənilməsi ilə bağlı mediasiyaya muraciət etmişdir. Raqif ilə xx.xx.2024-cu ildə mediasiya prosesində MŞL/MT014/2024-00571 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa gorə 90 manat, iki uşağa gorə cəmi 180 manat aliment ödəyəcəkdir. Lakin Raqif barışıq sazişi imzaladıqları vaxtdan bugünə kimi sazişi icra etməkdən yayınmışdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MŞL/MT014/2023/MŞL-00571 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişində göstərilir ki, Maraqlı şəxs bu sazişi imzalamaqla Ərizəçi ilə birgə nikahdan olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 90 manat, cəmi 180 manat məbləğində vəsaiti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 29 iyul 2015-ci ildə X4 və 10 oktyabr 2022-ci ildə X3 anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2015-ci il tarixdə Masallı rayonu Mahmudavar kənd ərazi nümayəndəliyində 19 nömrəli nikah bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 180 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 31 iyul 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞL/MT014/2023/MŞL-00571 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 90 manat, cəmi 180 manat pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 01 may 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2678/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2678/2024
15.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver