Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2698/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət oğlunun katibliyi ilə. Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 22 fevral 2023-cü ildə mediasiya prosesində bağladığları MŞL/MT014/2023-00295 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahlarından olan uşağları xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2007-cı ildə faktiki ailə həyatı qurub birə yaşamışlar. Birgə yaşadığları dövrdə 12 dekabr 2009-cu il təvəllüdlü Şəfa adlı bir uşaqları olmuşdur. Sonradan aralarında yaranmış ailə məişət zəmnində narazılıqlara görə ayrılmalı olmuşlar. Uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Maraqlı şəxs münasibətləri pozulduqdan sonra uşağın saxlanılmasına köməklik etmədiyindən bununla bağlı məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2(050)-2179/2017 saylı qətnaməsi ilə Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X1 atası olması müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs onun xeyrinə hər ay 100 manat aliment tutulması qət edilmişdir. Lakin hazırda həmin aliment uşağın saxlanılması üçün yetərli olmadığından alimentin artırılması ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə 22 fevral 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00295 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(050)- 2179/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 100 manat alimentin artırılaraq hər ay 160 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 1-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini cari ilin fevral ayının 22-də imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə tam əməl etməmişdir. Belə ki, o, alimenti tam ödəməmişdir. Odur ki, Maraqlı şəxs Hümmət oğlu ilə 22 fevral 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00295 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətinin surətindən görünür ki, 12 dekabr 2009-ci ildə X4 adlı uşaqları doğulmuşdur. Uşaqın atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00295 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzaladıqdan sonra Masallı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(050)-2179/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat alimentin məbləğini artıraraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat aliment pulunu Ərizəçi ödəyəcəyini öhdəlik ğötürür. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poct və ya bank vasitəsi ilə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 1-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 18 iyul 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00295 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01 mart 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2698/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2698/2023
28.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver