Məhkəmə qərarları › İş №2(050)-2707/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2707/2023

28.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2707/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət oğlunun katibliyi ilə. Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarımda bağladığları xx.xx.2023- cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01679 saylı barışıq sazişinin təsd edilməsi, və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkini yaşına çatana kimi hər ay 100( bir yüz) manat aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə həyatı qurduğu dövrdə xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladları olmuşdur. Əvvələr ailədə mehriban dolanmışlar. Lakin son vaxtlar xasiyyətləri uyğun gəlməmişdir. Ayrıldıqdan sonra uşaq anası Ərizəçi yanında qalır.O, yəni Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01679 saylı barışıq sazişi imzalamışıq. Barışıq sazişinə görə cavabdeh tərəf yəni Maraqlı şəxs övladımız X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat aliment pulunu ödəməsinə öhdəlik götürmüş. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01679 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətinin surətindən görünür ki, 01oktyabr 2022-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Uşağın atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01679 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəflər yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2022-ci il təvə X2 hər ay yetkinlik yaşma çatana kimi saxlanılması üçün 100 (bir yüz manat aliment pulunu ödəməsinə öhdəlik götürmüşdür. İkinci tərəflər yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X1 birinci tərəf yəni anası Ərizəçi yanında saxlanılmasına razılıq verdi. Alimentin köçürülməsi xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 01-də gün ərzində nağd qaydada köçürmə yolu ilə ,poçt və ya bank vaisitəs ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin barışıq sazişindən göründüyü kimi, Ərizəçi barışıq sazişinin şərtləri pozulmamış halda məhkəməyə mürzciət etmişdir. Belə ki, Maraqlı şəxs öhdəliyi xx.xx.2023-cü il tarixdə başladığı halda, Ərizəçi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar