Məhkəmə qərarları › İş №2(050)-2724/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2724/2024

24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2724/2024 24.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi X5 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi X11 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixdə anadan olmuş qızı X2 xx.xx.1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1996-cı ildə anadan olmuş X7 onun doğma qızıdır. Qızı xx.xx.1999-cu il tarixdə xəstəlikdən vəfat etmiş, onlar da el adəti qaydasında qızı X8 rayonu, Öncəqala kənd qəbristanlığında dəfn etmişlər. Qızını həmin qəbristanlıqda dəfn olunmağını şahidlər və ərizəyə əlavə edilmiş sənədlər təsdiq edir. Qızı rəhmətə getdiyi zaman onun ölmü ilə bağlı müvafiq olaraq tibb orqanlarına məlumat verməmişlər, nəticədə onlara tibbi şəhadətnamə verilməmişdir. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan tibbi rəy olmadığına görə həmin sənədin verilməsindən imtina etdiyindən o, qızının ölüm şəhadətnaməsini başqa qaydada əldə edə bilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi Elşən Təhməzov onun qardaşıdır. Ərizəçinin mərhum qızı Nəsibə Təhməzova 10 sentyabr 1999-cu il tarixdə xəstəlikdən ölmüş və onu Masallı rayonu, Öncəqala kənd qəbirstanlığında el adəti ilə dəfn etmişlər. O da qardaşı qızı Nəsibənin dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində X3 şahid X9 ilə eyni məzmunlu ifadə verdi. İş materillarına əlavə edilmiş; - Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X11 ilə X10 arasında nikah qeydi 18 fevral 1992-ci ildə Masallı rayon qeydiyyat şöbəsi tərəfindən 05 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. -Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 xx.xx.1996-cı il tarixdə Masallı rayon Öncəqala kəndində anadan olmuşdur. X1, anası X6r. -Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, X4 vəfat etmiş övladı X2 ölmünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmiş, bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -Masallı RİHB-nın Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli, 293 saylı arayışdan görünür ki, 01 yanvar 1996-cı il təvəllüdlü X7 10 sentyabr 1999-cu il tarixdə vəfat etmiş və Öncəqala kənd qəbiristanlığında dəfn edilmişdir. -“Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X2 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ölüm aktı ilə bağlı müraciət daxil olmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, ərizəçinin mərhum qızı X7 01 yanvar 1996-cı ildə anadan olmuş və 10 sentyabr 1999-cu ildə xəstəlik nəticəsində vəfat edərək Masallı rayonu, Öncəqala kənd qəbirstanlıqda dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinin tələbinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 01 yanvar 1996-cı ildə anadan olmuş X2 10 sentyabr 1999-cu ildə Masallı rayonu, Ərkivan qəsəbəsində ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.3, 308, 315.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 yanvar 1996-cı ildə anadan olmuş X2 10 sentyabr 1999-cu ildə Masallı rayonu, Öncəqala kəndində ölüm faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X2 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar