Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2730/2023 18.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh cehiz əmlak tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ona məxsus cehiz əmlakları tələbi barədədə məhkəmədə iddia qaldırmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə qurmuş, onun valideynlərinə məxsus Masallı rayonunda yerləşən evlərinə gəlin köçmüşdür. Gəlin köçərkən valideynləri tərəfindən verilən müxtəlif cehiz əmlaklarını gəlin köçdüyü evə aparmışdır. Cavabdehlə ayrıldıqdan sonra ona məxsus cehiz əmlaklarını cavabdeh geri qaytarmır, dəfələrlə danışıqlar etməsinə baxmayaraq əmlaklarını geri ala bilməmişdir. Həmin cehiz əmlakları bunlardır: 2 ədəd ədyal - 150 manat, 1 ədəd taxt üstlüyü - 120 manat, 5 ədəd stol üstlüyü - 200 manat, 2 ədəd yer süfrəsi - 50 manat, 4 ədəd böyük cüt dəst pastel - 250 manat, 3 ədəd dəst tək pastel - 100 manat, 12 ədəd çay dəsmalı - 50 manat, 12 ədəd əl-üz dəsmalı - 50 manat, 1 çamadan çəngəl bıçaq dəsti - 200 manat, 8 ədəd qarniz - 300 manat, 8 ədəd pərdə - 350 manat, 4 ədəd lüstur - 250 manat, 1 ədəd saat - 50 manat, 24 ədəd, böyük, balaca, orta qablar- 150 manat, 1 ədəd ət çəkən maşın - 100 manat, 24 ədəd stəkan, nəlbəki - 150 manat, 12 ədəd su stəkanı - 150 manat, 2 ədəd su qrafini - 50 manat, 12 ədəd abedni (yemək ) servisi- 250 manat, 12 ədəd çaynik dəst servis - 200 manat, 1 ədəd bəzəkli stolüstü qab - 50 manat, 6 ədəd hündür mürəbbə qabı - 50 manat, 6 ədəd qənd qabı - 80 manat, 6 ədəd mürəbbə razetkası – 20 manat, 1 ədəd naçnik - 50 manat, 5 dəst kasturka- 400 manat, 1 dəst, böyük, balaca tavalar - 50 manat, 3 ədəd çaynik - 50 manat, 1 ədəd şirniyyat qabı - 30 manat, 5 ədəd külqabı 40 manat, 1 ədəd güldan - 20 manat, 6 ədəd meyvə qabı -200 manat, 1 dəst kəfkir, bıçaqlar - 100 manat, 1 dəst çuqun ləyən - 60 manat, taxt, tunbuçka, güzgü, şfaner, qorka, divan kreslo, 6 ədəd stul, 1 ədəd stol, 2 ədəd servant, 1 ədəd televizor altdığı, 1 ədəd tək krafat, 1 ədəd yazı stolu, 1 ədəd uşaq kravatı - 8000 manat, 2 ədəd xalça, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd tozsovuran, 1 ədəd peçka - 2500 manat, 3 ədəd taxt döşəyi, 8 ədəd balış, 6 ədəd nalça, 4 ədəd yorğan - 500 manat dəyərində cehiz əmlaklarının naturada qaytarılması, əmlakların naturada olmadıqda onların ümumi dəyəri olan 15370 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdehla nikahları pozulmuşdur. Tələb etdiyi cehizlik əşyaların hamısı cavabdehə məxsus evdədir. Həmin cehiz əşyalarını valideynləri ona toy hədiyəsi almışlar. Cavabdehə bununla bağlı dəfələrlə müraciət etmiş, lakin cavabdeh ona toy vaxtı hədiyə edilən qızılları təhvil verdikdən sonra onun cehiz əmlaklarını qaytaracağını demişdir. Qeyd etdiyi əsaslara görə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi cehiz əmlaklarının hamısı evindədir, lakin qaytarmayacaqdır. Belə ki, toy vaxtı Fatiməyə hədiyə edilən qızılları, Fatimə evdən gedərkən özü aparmışdır. Həmin qızılları ona qaytaracağı halda, onun cehiz əmlaklarını təhvil verəcəkdir. Göstərdiyi əsaslara görə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədədar aşağıdakı sübutları tədədqiq etmişdir: Masallı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(050)-201/2020 saylı qətnaməsindən görünür ki, ilk iddiaçı Cavabdeh ilə ilk iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış 19 iyul 2016-cı il tarixli, 475 saylı nikah qeydinin pozulması, 11 may 2017-ci il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması, ilk iddianın 11 may 2017-ci il təvəllüdlü X1 ilk iddia üzrə İddiaçı alınması tələbinə münasibətdə təmin olunmaması, qarşılıqlı iddia qismən təmin olunaraq, 11 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qarşılıqlı iddia üzrə Cavabdeh bütün aylıq qazancından 110 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1. və 34.2.-ci maddələrinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədədir ki, onun əsasında hədədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iddiaçının cehiz əmlakları valideynləri tərəfindən ona hədiyyə olunmudur, iddiaçının öz mülkiyyətinə aiddir. Həmin əşyaları tələb etmək onun mülkiyyət hüququndan irəli gələn subyektiv hüququdur. Tələb olunan əşyalar cavabdehə məxsus evdə olduğu üçün, ona qarşı tələb irəli sürülməsi qanunidir. Məhkəmə cehiz əşyalarının çeşidi və dəyərini müzakirə edərək qeyd edir ki, Cavabdeh cehiz əmlakların onun evində olmasını etiraf etməklə yanaşı, onların evə olmasını bildirmiş, dəyərlərini və ya hər hansı birinin olmadığını mübahisələndirməmişdir. Ona görə də iddia ərizəsində qeyd olunan əmlaklar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə Cavabdeh etirazına münasibətdə qeyd edir ki, onun etirazı əsassız hesab olunmalıdır. Belə ki, onun qeyd etdiyi qızıl zinət əşyaları da, işin hallarına əsasən iddiaçıya hədiyyə olunmuşdur, onun öz əmlakı hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işi üçün əhəmiyyətli olan hallara və onlara məlum olan faktları barədədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Qeyd ounmuş Məcəllənin 118.3-maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələb təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2 ədəd ədyal - 150 manat dəyərində, 1 ədəd taxt üstlüyü - 120 manat dəyərində, 5 ədəd stol üstlüyü - 200 manat dəyərində, 2 ədəd yer süfrəsi - 50 manat dəyərində, 4 ədəd böyük cüt dəst pastel - 250 manat dəyərində, 3 ədəd dəst tək pastel - 100 manat dəyərində, 12 ədəd çay dəsmalı - 50 manat dəyərində, 12 ədəd əl üz dəsmalı - 50 manat dəyərində, 1 çamadan çəngəl bıçaq dəsti - 200 manat dəyərində, 8 ədəd qarniz - 300 manat dəyərində, 8 ədəd pərdə - 350 manat dəyərində, 4 ədəd lüstür - 250 manat dəyərində, 1 ədəd saat - 50 manat dəyərində, 24 ədəd, böyük, balaca, orta qablar- 150 manat dəyərində, 1 ədəd ət çəkən maşın - 100 manat dəyərində, 24 ədəd stəkan, nəlbəki - 150 manat dəyərində, 12 ədəd su stəkanı - 150 manat dəyərində, 2 ədəd su qrafini - 50 manat dəyərində, 12 ədəd abedni servis- 250 manat dəyərində, 12 ədəd çayni dəst servis - 200 manat dəyərində, 1 ədəd bəzəkli stol üstü qab - 50 manat dəyərində, 6 ədəd hündür mürəbbə qabı - 50 manat dəyərində, 6 ədəd qənd qabı - 80 manat dəyərində, 6 ədəd mürəbbə razetkası – 20 manat dəyərində, 1 ədəd naçnik - 50 manat dəyərində, 5 dəst kasturka- 400 manat dəyərində, 1 dəst, böyük, balaca tavalar - 50 manat dəyərində, 3 ədəd çaynik - 50 manat dəyərində, 1 ədəd şirniyyat qabı - 30 manat dəyərində, 5 ədəd külqabı 40 manat dəyərində, 1 ədəd güldan - 20 manat dəyərində, 6 ədəd meyvə qabı - 200 manat dəyərində, 1 dəst kəfkir, bıçaqlar - 100 manat dəyərində, 1 dəst çuqun ləyən - 60 manat dəyərində, taxt, tunbuçka, güzgü, şfaner, qorka, divan kreslo, 6 ədəd stul, 1 ədəd stol, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd tək krafat, 1 ədəd yazı stol, 1 ədəd uşaq kravatı - 8000 manat, 2 ədəd xalça, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd tozsovuran, 1 ədəd peçka - 2500 manat dəyərində, 3 ədəd taxt döşəyi, 8 ədəd balış, 6 ədəd nalça, 4 ədəd yorğan - 500 manat dəyərində cehiz əmlakları və yaxud qətnamə icra olunan vaxt olmayan əmlakın dəyəri, ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2730/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2730/2023
18.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver