Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2735/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət oğlunun katibliyi ilə. Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Kazım oğlu mediasiya orqanı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞL/MTO14/2023-01178 sayl barışıq sazişinin təsdiq edilməsi, 2.11.2018-ci il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2023-cü il təvəllüdlü X4 və X5 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Kazım oğlundan tutularaq ona ödənilməsi barədə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxslə 2018-ci ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2018-ci ildə X9, xx.xx.2019-cu ildə X7, xx.xx.2023-cü ildə X4 və X5 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-178/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Daha sonra o yenidən mediasiya orqanına müraciət etmiş və xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən hər uşaq üçün 100 manat, cəmi 400 manat aliment tutulması barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs öhdəliyini yerinə yetirmir və barışıq sazişinin şərtlərini icra etmir. Alimenti vaxtında ödəmir. Odur ki. barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Kazım oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 02 noyabr 2018-ci ildə X10, 21 noyabr 2019-cu ildə X8, xx.xx.2023-cü ildə X4 və xx.xx.2023-cü ildə X5 adlı uşaqlar doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2023-cü il tarixli, MŞL/MTO14/2023-01178 nömrəli Barışıq Sazişindən görünür ki, 28 noyabr 2022-ci il tarixli barışıq sazişinə əsasən onların birgə uşaqları X9 və X7 anaları Ərizəçi yanında saxlanılmaqla onun himayəsinə verilimiş və yetkinlik yaşma çatana qədər uşaqların saxlanılması üçün hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment müəyyən edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli qətnamə ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Lakin 07 yanvar 2023-cü il tarixdə tərəflərin əkiz uşaqları doğulmşdur. xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5. Ona görə də tərəflər sonradan doğulmuş iki uşaq üçün aliment müəyyən edilməsi mübahisəsi üzrə könüllü olaraq mediasivaya müraciət etmişlər. 24 may 2023-cü il tarixdə tərəflərlə iki uşaq üçün aliment müəyyən edilməsi mübahisəsi üzrə mediasiya prosesi keçirildi və tərəflər aralarında yaranmış mübahisəni həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəldilər. Sonradan doğulmuş X4 və X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment müəyyən edilir. X9, X7, X4 və X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment Maraqlı şəxs Kazım oğlu tərəfindən Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 24-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 20 iyul 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞL/MTO14/2023-01178 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Maraqlı şəxs Kazım oğlundan alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 24 may 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2735/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2735/2023
28.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver