Məhkəmə qərarları › İş №2(050)-2775/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2775/2024

16.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2775/2024 16.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum oğlu 24 iyul 1993-cü il təvəllüdlü X2 18 aprel 1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X3 xx.xx.1993-cü ildə anadan olmuşdur, lakin xx.xx.1994-cü ildə keçirmiş olduğu xəstəlikdən vəfat etmişdir. X1 rayonu Sarıcəfərli kənd uşaq qəbirsanlığında dəfin olunmuşdur. Mərhum oğlu X3 vəfat edərkən ölümü barədə təcili yardıma məlumat verilməmişdir. Buna görə mərhumun ölümü qeydiyyata alınmamış qalmış, bunun nəticəsində Masallı rayon Qeydiyyat şöbəsi mərhum oğlunun ölüm haqqında şəhadətnaməsini verə bilməmişdir. Hazırda oğlunun ölüm haqqında şəhadətnaməsi bir sıra sənədlərin düzəldilməsində lazım olduğundan onu əldə edə bilmir. Odur ki, mərhum oğlu X2 xx.xx.1994-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum oğlu X2 18 aprel 1994-cü ildə vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını, torpağın alqı-satqısını həyata keçirmək üçün bu sənədin zəruri olduğunu bildirdi. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 izahatlarında bildirmişlər ki, mərhum X3 18 aprel 1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, X3 24 iyul 1993-cü il tarixdə anadan olmuşdur. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 07 avqust 2024-cü il tarixli arayışdan görünür ki, ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilməyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır. Masallı rayon RİHB Çaxırlı kənd İƏDÜN-nün 09 avqust 2024-cü il tarixli, 516 saylı arayışından görünür ki, X3 həqiqətən 18 aprel 1994-cü il tarixdə vəfat etmiş və Masallı rayon, Sarıcəfərli kənd uşaq qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 24 iyul 1993-cü ildə doğulmuş X3 18 aprel 1994-cü il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X2 18 aprel 1994-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 iyul 1993-cü ildə doğulmuş X2 18 aprel 1994-cü il tarixdə Masallı rayonu, Sarıcəfərli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar