Məhkəmə qərarları › İş №2(050)-2776/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2776/2024

22.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2776/2024 22.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 28 avqust 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023MŞL-02217 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 23 iyul 2008-ci il təvəllüdlü X4,10 iyun 2011-ci il təvəllüdlü X5 və 28 iyun 2014-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, üç uşağa görə 240 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuşdur. Lakin nikahları rəsmiləşdirilməmiş, uşağların atalığı müəyyən edilmişdir. Birgə yaşadıqları müddətdə 23 iyul 2008-ci il təvəllüdlü X4,10 iyun 2011-ci il təvəllüdlü X5 və 28 iyun 2014-cü il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra İslam uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığmdan alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. İslam ilə 28 avqust 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023MŞL-02217 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs üç nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, üç uşağa görə cəmi 240 manat alimenti ona özü ödəyəçəkdir. Alimentin ödənilməsi 01 sentyabr 2023-cü il ilində müəyyən edilsədə İslam barışıq sazişi imzalandıqdan sonra 240 manatı ona ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə 28 avqust 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023MŞL-02217 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs üç nəfər uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 90 manat, üç uşağa görə 240 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 23 iyul 2008-ci il təvəllüdlü X4,10 iyun 2011-ci il təvəllüdlü X5 və 28 iyun 2014-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. 28 avqust 2023-cü il tarixli, MŞL/MT014/2023MŞL-02217 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 23 iyul 2008-ci il təvəllüdlü X4,10 iyun 2011-ci il təvəllüdlü X5 və 28 iyun 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər bir uşağa görə 90 manat, üç uşağa görə cəmi 240 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə olacaqdır.Barışıq sazişi 01 sentyabr 2023-cü il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi olan Maraqlı şəxs 01 sentyabr 2023-cü ildən başlamaqla hər ayın 01dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfi olan Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 28 avqust 2023-cü il tarixli, MŞL/MT014/2023MŞL-02217 nömrəli barışıq sazişi təsdiq edilsin. 23 iyul 2008-ci il təvəllüdlü X1,10 iyun 2011-ci il təvəllüdlü X2 və 28 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar