Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2777/2025 11.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı 17 iyun 1964-cü ildə doğulmuş X1 08 fevral 2012-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X3 08 fevral 2012-ci ildə ölmüş və Masallı rayonu Türkoba kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin, ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum qardaşının meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. İş üzrə alınmış izahatlar: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirdi ki, mərhum Ramiz Nəzərov onun qardaşı olmuşdur. Qardaşı subay olmuşdur. O, uzun müddət Rusiya Federasiyasında yaşamış, sonra Azərbaycana qayıtmışdır. Burada da bir müddət yaşadığqan sonra xərçəng xəstəliyindən vəfat etmişdir. Onun ölmü qeydiyyat orqanında qeydə alınmamışdır. Bu səbəbdən də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun baldızı, mərhum Ramiz Nəzərov isə onun qaynı olmuşdur. Ramiz uzun müddət Rusiya Federasiyasında yaşamış, sonra Azərbaycana qayıtmışdır. Burada da bir müddət yaşadıqdan sonra xərçəng xəstəliyindən vəfat etmişdir. Ramiz vəfat etdikdən sonra Masallı rayonu Türkoba kənd qəbristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan görünür ki, 17 iyun 1964-cü il təvəllüdlü X1 atası X4, anası X2r. Doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1973-cü il təvəllüdlü Ərizəçil qızının atası X4, anası X2r. Masallı RİHB-nın Türkoba kənd qəsəbə İnzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 288 saylı arayışından görünür ki, 17 iyun 1964-cü il təvəllüdlü X3 08 fevral 2012-ci il tarixdə vəfat etmiş və Masallı rayonu Türkoba kənd qəbiristanlığında dəfn edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-60/2-N-592-31-643/2025 saylı arayışından görünür ki, X1 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar olunmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş qardaşı X1 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tələb olunan sübutedici sənədlərin təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkilindən görünür ki, qəbirin baş daşının üzərinə “X3” “10.Vİ.1964-8.İİ.2012” rəqəmləri və sözləri yazılmış və daşın üzərinə fotoşəkil həkk edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən olunur ki, X3 17 iyun 1964-cü ildə doğulmuş, 08 fevral 2012-ci ildə vəfat etmiş, Masallı rayonu Türkoba kənd qəbristanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 08 fevral 2012-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidin ifadəsi ilə tam sübuta yetirilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X1 08 fevral 2012-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17 iyun 1964-cü ildə doğulmuş X1 08 fevral 2012-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2777/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2777/2025
11.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver