Məhkəmə qərarları › İş №2(050)-2812/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2812/2025

18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2812/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı 14 yanvar 1976-cı ildə doğulmuş X2 05 noyabr 1996-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X3 05 noyabr 1996cı ildə ölmüş və Masallı rayonu Təzə Alvadı kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin, ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum qardaşının meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. İş üzrə alınmış izahatlar: Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirdi ki, ərizəçi onun həyat yoldaşı, mərhum Sərəstan Abışov isə onun qaynı olmuşdur. Qaynı mərhum Sərəstan Abışov subay olmuşdur. O, xəstəlikdən vəfat etmişdir. Onun ölümü qeydiyyat orqanında qeydə alınmamışdır. Bu səbəbdən də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun kürəkəni, mərhum Sərəstan Abışov isə onun kürəkəninin qardaşı olmuşdur. Bundan başqa həmçinin əvvəldən Zahid və Sərəstanla qohumluq əlaqələri olmuşdur. Belə ki, Zahid və Sərəstan onlara dayı sayılmışlar. Sərəstan hələ cavan ikən xəstəlikdən vəfat etmişdir. Sərəstan vəfat etdikdən sonra Masallı rayonu Təzə Alvadı kənd qəbristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi və mərhum Sərəstan Abışov onun qayınlarıdırlar. O, 1993-cü ildə ailə qurmuş, Sərəstan isə 1996-cı ildə cavan ikən xəstəlikdən vəfat etmişdir. Sərəstan vəfat etdikdən sonra Masallı rayonu Təzə Alvadı kənd qəbristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan görünür ki, 14 yanvar 1976-cı il təvəllüdlü X2 atası X4, anası X1r. Doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1980-ci il təvəllüdlü Ərizəçi atası X4, anası X1r. Nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X6 arasında Masallı rayon Təzə Alvadı ərazi nümayəndəliyində 11 fevral 2008-ci il tarixdə nikah bağlanmış, bu barədə 18 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Abışov (a) soyadı verilmişdir. Masallı RİHB-nın Təzə Alvadı kənd qəsəbə İnzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-66-31/xx-xx/2025 saylı arayışından görünür ki, 14 yanvar 1976-cı il təvəllüdlü X3 05 noyabr 1996-cı il tarixdə vəfat etmiş və Masallı rayonu Təzə Alvadı kənd qəbiristanlığında dəfn edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-60/2-A-6xx-xx-6702/2025 saylı arayışından görünür ki, X2 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar olunmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş qardaşı X2 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tələb olunan sübutedici sənədlərin təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkilindən görünür ki, qəbirin baş daşının üzərinə “X3” “14.İ.1976-1996.Xİ.05” rəqəmləri və sözləri yazılmış və daşın üzərinə fotoşəkil həkk edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən olunur ki, X3 14 yanvar 1976-cı ildə doğulmuş, 05 noyabr 1996-cı ildə vəfat etmiş, Masallı rayonu Təzə Alvadı kənd qəbristanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 05 noyabr 1996-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərinin ifadəsi ilə tam sübuta yetirilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X2 05 noyabr 1996-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 yanvar 1976-cı ildə doğulmuş X2 05 noyabr 1996-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar