Məhkəmə qərarları › İş №2(050)-2824/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2824/2024

26.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2824/2024 26.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızı 01 sentyabr 1983-cü ildə doğulmuş X1 21 may 1992-ci ildə, mərhum oğlu 10 yanvar 1987-ci ildə doğulmuş X3 22 yanvar 1998-ci ildə ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X4 oğlu 21 may 1992-ci ildə, oğlu X6 22 yanvar 1998-ci ildə ölmüş və Masallı şəhər Digah qəbirstanlığında dəfn olunmuşlar. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin, ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum övladlarının meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirdi ki, onun 6 uşağı olmuşdur. Uşaqlardan ikisində yəni Sevda və Asifdə asma xəstəliyi olmuş, uzun müalicələr etsələr də, onlar sağalmamış və ölmüşlər. Sonda Ərizəçi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumu və həmkəndlisidir. Onun uşaqlarından ikisi Sevda və Asif xəstəlikdən vəfat etmişdir. Onlar Masallı şəhər Digah qəbirstanlığında dəfn edilmişdir. Onların dəfn və yas mərasimlərində iştrak etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı arvadıdır. Onun uşaqlarından ikisi 1992-ci ildə Sevda və 1998-ci ildə Asif xəstəlikdən vəfat etmişdir. Onlar Masallı şəhər Digah qəbirstanlığında dəfn edilmişdir. Onların dəfn və yas mərasimlərində iştrak etmişdir. İş materiallarına əlavə edilmiş: Nikah haqqında arayışdan görünür ki, X2 ilə X5 arasında Masallı rayon VVAQ şöbəsində 02 fevral 1982-ci il tarixdə bağlanmış, nikah 07 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Əsədov (a) soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, 01 sentyabr 1983-cü il təvəllüdlü X1 və 10 yanvar 1987-ci il təvəllüdlü X3 atası X2, anası Ərizəçidır. Masallı RİHB-nın Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 iyul 2024-cü il tarixli, 1650 saylı arayışından görünür ki, X4 21 may 1992-ci ildə, X6 22 yanvar 1998-ci ildə vəfat etmiş və Masallı şəhəri Digah qəbirstanlığında dəfn edilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş övladı X1 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş övladı X3 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkilindən görünür ki, qəbirin baş daşının üzərinə həkk edilmiş “X4, sözləri və “xx.xx.1983-xx.xx.1992” rəqəmləri yazılmışdır. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkilindən görünür ki, qəbirin baş daşının üzərinə həkk edilmiş “X7, sözləri və “xx.xx.19897-xx.xx.1998” rəqəmləri yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X4 01 sentyabr 1983-cü ildə doğulmuş, 21 may 1992-ci ildə vəfat etmiş, X6 10 yanvar 1987-ci ildə doğulmuş, 22 yanvar 1998-ci ildə vəfat etmiş, Masallı şəhəri Digah qəbirstanlığında dəfn edilmişlər. Onların ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 21 may 1992-ci il tarixdə, X3 22 yanvar 1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 21 may 1992-ci il tarixdə ölmüş X1 və 22 yanvar 1998-ci il tarixdə ölmüş X3 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 sentyabr 1983-cü ildə doğulmuş X1 21 may 1992-ci il tarixdə, 10 yanvar 1987-ci ildə doğulmuş X3 22 yanvar 1998-ci il tarixdə ölmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar