Məhkəmə qərarları › İş №2(050)-2826/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2826/2024

26.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2826/2024 26.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: O, Cavabdeh ilə 01 iyul 2022-ci ildə faktiki nikaha daxil olmaqla el adəti ilə ailə həyatı qurmuş, nikahlarını 14 iyul 2022-ci ildə Masallı Regional “ASAN Xidmət” Mərkəzində rəsmiləşdirmiş və bu barədə 637 nömrəli akt qeydi tərtib olunmuşdur. Ümumi təsərrüfatı birgə idarə etməklə cavabdehlə 2023-cü ilə qədər birgə yaşamışlar. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşamaqlarına baxmayaraq, sonradan ailədə narazılıqlar olmuş, cavabdehlə xasiyyətləri düz gəlməmiş, bir-birilərini başa düşməmiş, tam fərqli düşüncələrlə bir-birilərinə yanaşmışlar. Cavabdeh onu ailəsi kimi saymamış, bu səbəbdən mütəmadi olaraq narazılıqlar baş vermişdir. Hazırda faktiki olaraq Masallı Rayon Məhkəməsinə nikahın ləğv olunması barədə müraciət etmişdir. Məhkəmə də boşanma ilə bağlı işə baxıb və qətnamə çıxarılması ərəfəsindədir. Ona görə cavabdehin evinə gəlin köçərkən apardığı cehizlər baxımsız hala düşür və cavabdehin evində qalan cehizləri, toy zamanı ona verilmiş qızıl hədiyyələrinin qaytarılmasını istəyir. Cehizlərinin əlavə siyahı və qiymətlərini göstərir. Beləliklə cavabdehdən cehizlərini və qızılzinət əşyalarını tələb edir. İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh 1 ədəd komplekt dəst-sarı qızıl brilyant qaşlarla boyunbağı; dəyəri 2500 manat olan bilərzik, üzük, 2 ədəd sırğa; dəyəri 1500 manat olan brilyant qaşlı nişan üzüyü; dəyəri 450 manat olan 1 ədəd qızıl sep; dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (sonsuzluq); dəyəri 40 manat olan 1 ədəd qızıl göz muncuğu (uşaq üçün); orta təhsil atestatı; dəyəri 880 manat olan künc divan jurnalni stolla birlikdə; dəyəri 300 manat olan 1 ədəd masa; dəyəri 340 manat olan 6 ədəd stul; dəyəri 420 manat olan 1 ədəd qorka; dəyəri 2300 manat olan yataq dəsti- taxt, şfoner, 2 ədəd tumba, sandıqça, termo, pufik; dəyəri 250 manat olan 1 ədəd taxtın qabaq yumşaq otucağı; dəyəri 500 manat olan uşaq mebel dəsti, dəyəri 650 manat olan kuxna mebeli; dəyəri 70 manat olan aspirator; dəyəri 150 manat olan soba; dəyəri 600 manat olan soyuducu, dəyəri 450 manat olan paltaryuyan; dəyəri 55 manat olan blendr naboru, dəyəri 25 manat olan mikser; dəyəri 30 manat olan kofemolka; dəyəri 140 manat olan ət çəkən maşın; dəyəri 150 manat olan tozsoran; dəyəri 65 manat olan tok samovarı; dəyəri 580 manat olan televizor (plazma); dəyəri 45 manat olan paltar ütüsü; dəyəri 170 manat olan pakrıval (taxt üçün); dəyəri 790 manat olan 7 ədəd xalça; cəmi dəyəri 2600 olan – 12 ədəd ağ boşqab, 12 ədəd düz boşqab, 12 ədəd böyük tarelka, 12 ədəd balaca tarelka, 12 ədəd kasa, 12 ədəd maskura, 2 ədəd bulud, 1 ədəd çaydan, 12 ədəd böyük qaşıq, 12 ədəd balaca qaşıq, 12 ədəd çəngəl, 2 ədəd mürəbbə qaşığı, 12 ədəd yağ bıçağı, 2 ədəd tək bıçaq, qıymakeş dəsti, kəfkir dəsti (kauçuk), kəfkir dəsti (dəmir), 12 ədəd xrustal nəlbəki dəsti, 12 ədəd şirə stəkanı, dolça dəsti, 3 ədəd meyvə qabı, 3 ədəd çərəz qabı, 2 ədəd lotqa, 3 ədəd podnus, 6 ədəd xrustal duz qabı, 3 ədəd mışqa (kauçuk), 3 ədəd ədviyyat qabı, şəkər tozu qabı, çay qabı, oxlov, ələk, 2 ədəd tort qabı, 3 ədəd tort bişirmə qabı, 4 ədəd kauçuk ləyən, xəmir ləyəni, çuqun vedrə, 2 ədəd çörək qabı, ütü altlığı, paltar setkası, 2 paket paltar sancağı, gecə lampası, külqabı, 2 ədəd salfetka qabı, 2 ədəd qənd qabı, 3 ədəd qazan dəsti, keks qabı, qorapalan, 2 ədəd bulud qaşığı, kartof-soğan qabı, xəkəndaz, fincan, qoz çəkən, troyka, 5 ədəd yağ qabı dəsti, bogema dəsti, yemək-çay servisi, 6 ədəd xrustal rumka, 3 ədəd meyvə qabı, 6 ədədlik armudu stekan dəsti, hamam dəsti naboru (uşaq üçün); dəyəri 185 manat olan 3 ədəd çilçıraq; dəyəri 500 manat olan 12 ədəd pərdə; dəyəri 60 manat olan 18 m karniz, dəyəri 35 manat olan pərdə qaşı; dəyəri 50 manat olan tüklü ədyal; dəyəri 120 manat olan 4 ədəd yorğan; dəyəri 50 manat olan 1 ədəd pakrıval; dəyəri 230 manat olan 7 ədəd pastel; dəyəri 140 manat olan 17 ədəd dəsmal; dəyəri 30 manat olan taxt üstü; dəyəri 50 manat olan divan üstü; dəyəri 60 manat olan miz üstü; dəyəri 30 manat olan 2 ədəd süfrə; epilyator; qaş epilyatoru; daraqlı fen; saç düzləşdirici fen; saç quruducu fen; 2 ədəd döşək; 8 ədəd balış; 9 ədəd nalça; 4 ədəd sintifon yorğan; 4 ədəd tərlik, 6 ədəd ayaqqabı; paltarlar; dırnaq naboru; qara sumka; hamam dəsti; daraq; qar kürəsi; uşaq oyuncaqları; uşaq masaj topu; 2 ədəd uşaq ədyalları; 1 ədəd uşaq pasteli, onlar olmadığı halda əmlaklarının dəyəri olan 17790 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin Etirazı: İddiaçı ilə xx.xx.2022-ci il tarixdə el adəti ilə toy edib ailə həyatı qurmuşlar. Nikahları xx.xx.2022-ci il tarixdə Masallı Regional “ASAN” xidmət mərkəzində rəsmiləşdirilmişdir. Birgə nikah dövründə xx.xx.2023-cü il tarixdə Fatimə adlı bir övladları dünyaya gəlmişdir. İddiaçı ilə 2024-cü ilin aprel ayına kimi birgə yaşamışlar. İddia ərizəsində göstərilən və istinad edilənlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 1) “Cavabdeh məni ailəsi kimi saymırdı” və s. bu kimi iddialar yalandır. Mübahisə və narazılıqların səbəbləri başqadır. 2) “Cehizlər baxımsız hala düşür” iddiası yalandır. Cehizləri demək olar ki, istifadə etmirlər. Heç evlilik dövründə belə cehizlərin əksəriyyəti ucuz, keyfiyyətsiz və texniki göstəriciləri zəif olduğu üçün istifadə edilə bilməmiş, əvəzinə digər evdəki əşyalardan yararlanmışlar. 3) Ümumilikdə cehizlər, hədiyyə etdiyi əşyalar və hədiyyə etdiyi qızıllar barəsindəki fikirləri: Qızıllar toy zamanı qadına hədiyə verilir və bu onun üçün ümumiyyətlə mübahisə predmeti deyil. Belə ki, müqəddəs Qurani-Kərimdə də qızıl mehriyə adlanır və qadına aid edilir. İddiaçının ailəsinin verdiyi cehizlər və onun hədiyyə etdiyi əşyalar barəsində də onun hər hansı bir mübahisəsi yoxdur. Etirazının əsası onun qeyd etdiyi məsələlərə dair mübahisəsi olmadığı halda qarşı tərəf onu niyə görə məhkəməyə vermişdir. Hadisələrin gedişatını təhlil edərək, onların məqsədinin başqa olduğu qənaətinə gəlmişdir. Belə ki, 12 iyun 2024-cü il tarixində 2(050)-1911/2024 saylı mülki iş üzrə nikahın pozulması ilə əlaqədar keçirilən məhkəmə iclasında Ləmanın atası cehizlə bağlı fikir səsləndirərkən o, cehizləri elə həmin gün verməyə hazır olduğunu demiş, tək istəyinin şahid iştirakı ilə olması olmuşdur. Bu zaman işə baxan hakim qarşı tərəfə icra nümayəndəsinin iştirakı ilə əşyaları götürməsini təklif etmiş və o bu fikrə müsbət yanaşmışdır. Lakin 3 ay keçməsinə baxmayaraq qarşı tərəf bu barədə heç bir addım atmamışlar. Hesab edir ki, qarşı tərəf sanki onun əşyaları vermədiyi illüziyasını yaratmağa çalışırlar. Bu yalan fonunda isə külli miqdarda pul əldə etmək istəyirlər. Belə ki, faktiki olaraq ortada 17790 manatlıq əşya olmadığını onlar özləri də çox gözəl bilirlər. Onlara əşya yox pul lazımdır və ona görə də bu planı yaradıblar. O, isə pul verməyə razı deyil əşyaların aparılmasına razıdır. Ona görə də iddiaçının pul tələbinə qəti surətdə etiraz edir. Qeyd edir ki, şahid istəməyində iki məqsəd var: 1) təhlükəsizliyinin təmini – qarşı tərəfin onu öldürməklə hədələməsi və s. 2) – Əşyaları apardıqdan sonra təkrar hər hansı iddia qaldırılmaması – qarşı tərəfin ona atdığı saysız-hesabsız böhtanlar və s. səbəbilə. Etiraz etdiyi digər məsələlər aşağıdakılardır: 5) Siyahıda göstərilən qiymətlər şişirilmiş ədədlərdir. Hətta bəzi əşyaların qiyməti qalıb və hər şeyin bazar qiyməti bəllidir. Hesab edir ki, bu Məhkəməyə qarşı yalan məlumat vermək cəhdidir. Eyni şeylər bir neçə dəfə təkrar-təkrar yazılıb. Bəzi olmayan əşyalar qeyd olunub. Ümumiyətlə siyahı düzgün tərtib olunmayıb. Evlilik müddəti boyunca iddiaçı məişət-mətbəx işləri görərkən bəzi əşyaları qəsd olmadan sındırmışdır. Ona görə də, bəzi saylar üst-üstə düşməyə bilər. Bu barədə ədalətli tənzimləmə edilməlidir. Onların yaratdığı illüziyanın əksinə, o, ən qısa zamanda, əlavə vaxt itkisi olmadan yeni tədris ilinin başlanğıcına qədər - 15 sentyabradək evdə qalan bütün əşyaların çıxarılmasını istəyir. İddia ərizəsindəki siyahı doğru və düzgün deyil. Aparılmış əşyalar, uydurulmuş əşyalar və s. doğru olmayan qeydlər çıxarılmalı, qiymətlər düzgün göstərilməlidir. Siyahı yenidən doğru və düzgün tərtib olunaraq baxılmalı və icra üçün göndərilməlidir. Bu barədə dəqiqləşdirmələr aparılmasını, onun hüquqlarının pozulmasına yol verilməməsini məhkəmədən xahiş edir. İddiaçı Ləman 15 aprel 2024-cü il tarixində gedərkən atasının ailəsi və dayısının ailəsi ilə bərabər əşyaların bir qismini aparmışdır. Belə ki, atasına və dayısına məxsus iki avtomobil dolusu əşya aparmağına rəğmən apardığı əşyaların bir qismini təkrarən iddia ərizəsinə yazmışdır. Bu dürüst davranış deyildir. Bu hal onun şahid istəməyində haqlı olduğunu sübut edir. AR mülki prosessual məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Ona görə də həmin məcəllənin 62.1, 62.2, 62.3-cü və 197-ci maddələrini rəhbər tutaraq həmin şəxslərin məhkəməyə şahid kimi dəvət olunmasını və digər qanuni tədbirlər görülməsini məhkəmədən xahiş edir. Həmin şəxslərə aiddir: Ləmanın dayısı, dayısının arvadı, dayısının övladı. Yuxarıda qeyd etdiklərinə əsaslanaraq şahidlərin iştirakı ilə doğruluğu təsbit olunmuş düzgün siyahıya əsaslanaraq iddiaçının qalan bütün əşyalarını çıxararaq evi boşaltmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icra məmuru tərəfindən tərtib edilmiş aktla tanış olmuşdur. Həmin aktda qeyd edilmiş 102 adda əmlakın qaytarılmasına razıdır. İddia ərizəsində göstərilən lakin siyahıda olmayan bəzi əşyaları qızı özü ilə gələrkən gətirmişdir. Odur ki, iddia tələbinin tərtib edilmiş aktda göstərilmiş əmlaklar hissəsində təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, uşağa məxsus gözmuncuğu siyahıda göstərilməyib. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, akt əsasında evdə olduğu aşkar edilmiş əmlakların onun evdə olduğu zaman siyahı tərtib edilməklə geri qaytarılmasına etirazı yoxdur. Lakin həmin əmlaklardan bəziləri iddiaçının özünün istifadəsində olan zaman sınmış və ya zərər görmüşdür. Əmlaklar evdən çıxarılarkən bu halın nəzərə alınmasını xahiş edir. Uşağa məxsus gözmuncuğuna nəzərən qızıl qabında gözmuncuğunun olmadığını, lakin qarşı tərəf tələb edəcəyi halda gözmuncuğuna görə 50 manat verməyə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: İş materiallarında olan Masallı rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-109/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar əmlakların olduğu evdə olmuşlar və tərəflərindən 102 adda əmlak siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. Aktla siyahıya alınan əmlaklar: 1 ədəd komplekt dəst-(sarı qızıldan 1 cüt sırğa, 1 ədəd qolbaq, sep və onun klonu, 1 ədəd üzük) 1 ədəd nişan üzüyü; 1 ədəd qızıl üzük (sonsuzluq); 1 ədəd künc divan; 1 ədəd masa; 6 ədəd stul; 1 ədəd qorka; yataq dəsti- taxt, şfoner, 2 ədəd tumba, sandıqça, termo, pufik; taxtın qabaq yumşaq oturacağı, uşaq yatağı, kuxna mebeli, aspirator, soba, paltaryuyan, mikser, ət çəkən maşın, tozsoran, tok samovarı, televizor, paltar ütüsü, pakrıval, 3 kiçik və 4 böyük xalça, 11 ədəd ağ boşqab, 12 ədəd düz boşqab, 11 ədəd böyük tarelka, 10 ədəd balaca tarelka, 12 ədəd kasa, 9 ədəd maskura, 2 ədəd bulud, 1 ədəd çaydan, 12 ədəd böyük qaşıq, 12 ədəd balaca qaşıq, 12 ədəd çəngəl, 12 ədəd mürəbbə qaşığı, 12 ədəd yağ (meyvə) bıçağı, 2 ədəd tək bıçaq, qıymakeş dəsti, kəfkir naboru (kauçuk), kəfkir naboru (dəmir), 12 ədəd xrustal nəlbəki dəsti, 6 ədəd şirə stəkanı, 6 ədəd stəkan (xət-xət), zibil qabı, 3 ədəd meyvə qabı, 3 ədəd çərəz qabı, 3 ədəd podnus, 6 ədəd xrustal duz qabı, pesok qabı, çay qabı, oxlov, ələk, 1 ədəd tort qabı, 2 ədəd tort bişirmə qabı, 2 ədəd ləyən, 1 ədəd vedrə, 1 ədəd çörək qabı, 1 ədəd ütü altlığı, paltar setkası, 12 ədəd paltar sancağı, 1 ədəd gecə lampası, 1 ədəd külqabı, 2 ədəd salfetka qabı, 2 ədəd qənd qabı, 9 ədəd nalça, 5 ədəd tərlik, 5 cüt ayaqqabı, qara sumka, hamam dəsti, daraq, qar kürəsi, uşaq masaj topu, uşaq oyuncağı, uşaq ədyalı, uşaq pasteli. Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X1 nikahı haqqında xx.xx.2022-ci ildə 637 №-li akt qeydi tərtib edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 144 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4. mülkiyyətin toxunulmazlığı Mülki qanunvericiliyin prinsiplərindəndir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-cil tarixli Qərarında qeyd edilir ki; Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İşə baxan məhkəmənin mövqeyi: Mülki işə məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçıya toy mərasimi zamanı qızıl-zinət əşyaları və cehiz əmlakları hədiyyə edilmişdir. Qeyd edilən əmlakları gəlin köçərkən hazırda cavabdehin yaşadığı evə aparmışdır və həmin əşyaların geri qaytarılmasını tələb edir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-109/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt üzrə qeydə alınmış əşyaların siyahısı ilə tərəflər tanış edilmiş və münasibətləri öyrənilmişdir. Cavabdeh aktda evə baxış zamanı müəyyən edilmiş əşyaların geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin aktda göstərilən cehiz əmlaklara və qızıl-zinət əşyalarına münasibətdə etirafedici ifadəsini işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Digər əşyaların mövcudluğu və cavabdehdə olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı rayon icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda göstərilən qızıl zinət əşyaları və cehiz əmlakları- 1 ədəd komplekt dəst-(sarı qızıldan 1 cüt sırğa, 1 ədəd qolbaq, sep və onun klonu, 1 ədəd üzük) 1 ədəd nişan üzüyü; 1 ədəd qızıl üzük (sonsuzluq); 1 ədəd künc divan; 1 ədəd masa; 6 ədəd stul; 1 ədəd qorka; yataq dəsti- taxt, şfoner, 2 ədəd tumba, sandıqça, termo, pufik; taxtın qabaq yumşaq otucağı, uşaq yatağı, kuxna mebeli, aspirator, soba, paltaryuyan, mikser, ət çəkən maşın, tozsoran, tok samovarı, televizor, paltar ütüsü, pakrıval, 3 kiçik və 4 böyük xalça, 11 ədəd ağ boşqab, 12 ədəd düz boşqab, 11 ədəd böyük tarelka, 10 ədəd balaca tarelka, 12 ədəd kasa, 9 ədəd maskura, 2 ədəd bulud, 1 ədəd çaydan, 12 ədəd böyük qaşıq, 12 ədəd balaca qaşıq, 12 ədəd çəngəl, 12 ədəd mürəbbə qaşığı, 12 ədəd yağ (meyvə) bıçağı, 2 ədəd tək bıçaq, qıymakeş dəsti, kəfkir naboru (kauçuk), kəfkir naboru (dəmir), 12 ədəd xrustal nəlbəki dəsti, 6 ədəd şirə stəkanı, 6 ədəd stəkan (xət-xət), zibil qabı, 3 ədəd meyvə qabı, 3 ədəd çərəz qabı, 3 ədəd podnus, 6 ədəd xrustal duz qabı, pesok qabı, çay qabı, oxlov, ələk, 1 ədəd tort qabı, 2 ədəd tort bişirmə qabı, 2 ədəd ləyən, 1 ədəd vedrə, 1 ədəd çörək qabı, 1 ədəd ütü altlığı, paltar setkası, 12 ədəd paltar sancağı, 1 ədəd gecə lampası, 1 ədəd külqabı, 2 ədəd salfetka qabı, 2 ədəd qənd qabı, 9 ədəd nalça, 5 ədəd tərlik, 5 cüt ayaqqabı, qara sumka, hamam dəsti, daraq, qar kürəsi, uşaq masaj topu, uşaq oyuncağı, uşaq ədyalı, uşaq pasteli alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar