Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2862/2024 05.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Ərizəçi Masallı rayonun Təzə Alvadı kəndində xx.xx.1956-cı ildə doğulmuşdur. X1 onun arvadıdır və o, xx.xx.1960-cı il tarixdə Masallı rayon Təzə Alvadı kəndində anadan olmuşdur. Mərhum arvadı X5 xx.xx.2019-cu ildə vəfat etmiş və Təzə Alvadı kənd qəbiristanlığında dəfn olunmuşdur. Arvadının ölümü təbii ölüm hadisəsi olmuşdur. Onun ölümü ilə bağlı qeydiyyat aparılması üçün lazımi sənədlər (həkim arayışı və sair) vaxtında alınmadığına görə hal-hazırda ölüm faktının müəyyən olunması barədə müvafiq İcra Hakimiyyəti orqanına müraciət olunmasına baxmayaraq ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Odur ki, ərizə ilə Məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi: xx.xx.1960-cı ildə Masallı rayonun Təzə Alvadı kəndində doğulmuş X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Masallı regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şahid İfadələri: Şahid2 ifadəsində ərizəçinin onun əmisi, mərhum Sara Əşrəfovanın əmisi arvadı olduğunu, X1nın xx.xx.2019-cu il tarixdə vəfat etdiyini və dəfnində iştirak etdiyini bildirmişdir. Şahid1 ifadəsində mərhum Sara Əşrəfovanın onun atasının əmisi qızı olduğunu, ərizəçinin İsgəndər Məmmədovla evli olduğunu, mərhum Sara Əşrəfovanın 2019-cu ildə Bakı şəhərində vəfat etdiyini, Təzə Alvadı kənd qəbiristanlığında dəfn olunduğunu və mərhumun dəfnində iştirak etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Masallı RİHB-nın Təzə Alvadı İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 956 №-li arayışdan görünür ki, Ərizəçi mərhum arvadı X5 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Təzə Alvadı kənd qəbiristanlığında dəfn olunmuşdur. Foto şəkildən X4 aid qəbirüstü abidənin olduğu müəyyən edilir. Masallı RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1960-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur. X9 Məsləhətxanasının xx.xx.2019-cu il tarixli 347 №-li arayışından görünür ki, həqiqətən Təzə Alvadı kənd sakini X1, xx.xx.2019-cu il tarixdə “X6” diaqnozu ilə vəfat etmişdir. Masallı regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin ölümün qeydə alınması ilə bağlı ərizənin qəbulundan imtina edilməsi barədə rəyindən görünür ki, ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilməyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 19 noyabr 1960-cı il təvəllüdlü X5 13 oktyabr 2019-cu il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X3 13 oktyabr 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 noyabr 1960-cı il tarixdə doğulmuş X3 13 oktyabr 2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2862/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2862/2024
05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver