Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2870/2025 30.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum bacısı 13 mart 1965-ci ildə doğulmuş X4 25 may 2025-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, ərizədə X4 25 may 2025-ci ildə ölməsinin müəyyən edilməsini qeyd etmişdir. Ərizədə dəqiqləşmə apararaq X1 16 may 2025-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X6 16 may 2025-ci ildə ölmüş və Masallı rayon Ərkivan qəsəbəsi Ramazanlı məhəllə qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin, ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum bacısının meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. İş üzrə alınmış izahatlar: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mərhum bacısı uzun sürən xəstəlikdən vəfat etmişdir. O, Abşeron rayonu Saray qəsəbəsində yaşamışdır. Onun əri vəfat etmiş və övladı olmamışdır. Xəstələndikdən sonra onu öz evinə, yəni Masallı rayonu Ərkivan qəsəbəsinə gətirmiş və bir müddət sonra onun evində vəfat etmişdir. Bacısı vəfat etdikdən sonra onu Masallı rayon Ərkivan qəsəbəsi Ramazanlı küçəsində yerləşən qəbirstanlığında dəfn etmişlər. Həmçinin, Firadə evləndikdən sonra onun soyadı dəyişdirilərək “Əliyeva” soyadından “Əbdülova” soyadı ilə əvəz edilmişdir. Sonda Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun həyat yoldaşı və mərhum X6 onun baldızı olmuşdur. Firadə Əbdülova 16 may 2025ci ildə xəstəlikdən vəfat etmişdir. O, Abşeron rayonu Saray qəsəbəsində yaşamışdır. Onun əri vəfat etmiş və övladı olmamışdır. Xəstələndikdən sonra onu öz evlərinə, yəni Masallı rayonu Ərkivan qəsəbəsinə gətirmişlər və bir müddət sonra onların evində vəfat etmişdir. Firadə vəfat etdikdən sonra onu Masallı rayon Ərkivan qəsəbəsi Ramazanlı məhəllə qəbirstanlığında dəfn etmişlər. Onun yas mərasimi keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynatası və mərhum X6 onun həyat yoldaşının bibisidir. Firadə Əbdülova 16 may 2025-ci ildə xəstəlikdən vəfat etmişdir. O, Abşeron rayonu Saray qəsəbəsində yaşamışdır. Onun əri vəfat etmiş və övladı olmamışdır. Xəstələndikdən sonra onu öz evlərinə, yəni Masallı rayonu Ərkivan qəsəbəsinə gətirmişlər və bir müddət sonra onların evində vəfat etmişdir. Firadə vəfat etdikdən sonra onu Masallı rayon Ərkivan qəsəbəsi Ramazanlı məhəllə qəbirstanlığında dəfn etmişlər. Onun yas mərasimi keçirilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan görünür ki, X7 13 mart 1965-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuşdur. Onun atası X5, anası X2 qeyd edilmişdir. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxx 1957-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuşdur. Onun atası X5, anası X3 qeyd edilmişdir. Masallı rayon Ərkivan bələdiyyəsinin 17 iyul 2025-ci il tarixli, 129 saylı arayışından görünür ki, Ərizəçi bacısı X6 16 may 2025-ci il tarixdə vəfat etmiş və Masallı Ərkivan qəsəbəsi Ramazanlı küçəsində yerləşən qəbiristanlığında dəfn edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 16 iyul 2025-ci il tarixli, 18-1-60/2-Ə-569-31-607/2025 saylı arayışından görünür ki, X1 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar olunmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş bacısı X1 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tələb olunan sübutedici sənədlər təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkilindən görünür ki, qəbirin baş daşının üzərinə “X6” “xx.xx.1965-xx.xx.2025” rəqəmləri və sözləri yazılmış və fotoşəkil həkk edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən olunur ki, X6 13 mart 1965-ci ildə doğulmuş, 16 may 2025-ci ildə vəfat etmiş, Masallı rayon Ərkivan qəsəbəsi Ramazanlı küçəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 16 may 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X1 16 may 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 mart 1965-ci ildə doğulmuş X1 16 may 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2870/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2870/2025
30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver