Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2871/2025 25.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: O, hal-hazırda yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.1947-ci ildə anadan olmuş X7 onun atasıdır. Atası 04 dekabr 2001-ci il tarixdə ölmüşdür. O, el adəti qaydasında X2nu şəhər qəbristanlığında dəfn etmişdir. Onun həmin qəbiristanlıqda dəfn edilməsini şahidlər və qəbiristanlıqda olan qəbur daşı təsdiq edir. Qeyd edir ki, atasının ölümü ilə bağlı tibbi şəhadətnamə olmadığından və göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan həmin sənədin verilməsindən imtina etdiyindən o, atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin tələbi: xx.xx.1947-ci il tarixdə anadan olmuş oğlu X4 xx.xx.2001-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.1947-ci il tarixdə anadan olmuş X2nun xx.xx.2001-ci il tarixdə Masallı rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum X2nun xx.xx.2001-ci il tarixdə ev şəraitində insult keçirməsi səbəbindən vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını bildirdi. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, ərizəçi onun dostunun qardaşıdır. X1 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı barədə gec məlumatı olduğundan dəfnində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, ərizəçi onun həm uzaq qohumu, həm də qonşusudur. X6 fizika müəllimi olmuşdur. Yusif Əhmədov xx.xx.2001-ci ildə vəfat edib. Mərhumun son nəfəsində yanında olmuşdur. Dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşı, X11 isə atası olmuşdur. Atası xx.xx.2001-ci il tarixdə Masallı rayonunda yaşadığı evdə insult keçirərək vəfat etmişdir. O, Masallı şəhər qəbristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. X2, anası X3r. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş X2nun ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025ci il tarixli, 1355 saylı arayışından görünür ki, X7 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və o, Masallı şəhər qəbiristanlığında dəfn edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2025-ci il tarixli, 18-1-60/2-Ə-***-***- **-**0/2025 saylı məktubundan görünür ki, X7 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X9 ölüm aktı üçün müraciət daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, xx.xx.1947-ci ildə doğulmuş X7 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X4 xx.xx.2001-ci il tarixdə Masallı rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1947-ci ildə doğulmuş X4 xx.xx.2001-ci il tarixdə Masallı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2871/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2871/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver