Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-289/2024 25.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi məhrum atası X1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək məhrum atası X1 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, məhrum atası X3 xx.xx.1904-cü ildə anadan olmuş və xx.xx.1989-cu ildə vəfat etmiş, Masallı rayonu, Sığdaş kənd qəbiristanlığda dəfn olunmuşdur. Lakin atasının ölmü ilə bağlı Maraqlı şəxsndə və Masallı rayon Mərkəzi Xəstəxanasında hər hansı qeydiyyat aparılmamışdır. Ona görə də hazırda atasının ölüm haqqında akt qeydi mövcud deyil. Atasının ölməsini təsdiq edən şahidləri vardır. Ölüm faktının müəyyən olunması hazırda atasından qalmış mirasın sənədləşməsi və digər sənədləşmə işləri üçün zəruridir. Ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciyyət olunsada, ona ölüm haqqında faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək barədə hüquqları izah olunmuş və bu barədə Maraqlı şəxs tərəfindən məktub verilmişdir. Ona görə də, məhrum atası X1 xx.xx.1989-cu ildə Masallı rayonu, Babaküçə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, mərhum Qulu Məmmədəliyev onun qohumudur. O, 07 noyabr 1989-cu il tarixdə xəstə olması səbəbindən ölmüş və Masallı rayonu Sığdaş kənd qəbristanlığında dəfn edilmişdir. Masallı RİHBA-nın Sığdaş kənd İƏDÜN-nin arayışından görünür ki, Ərizəçi məhrum atası X3 07 noyabr 1989-cü il tarixdə Masallə rayonun Babaküçə kəndində vəfat etmişdir və Sığdaş kənd qəbristanlığında dəfn olunmuşdur. “Masallı Rayon Mərkəzi Xəstəxanasının” PHŞ-nin 22 noyabr 2023-cü il tarixli arayışından görünür ki, X4 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanasının” PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. İşdə olan Maraqlı şəxs 16 noyabr 2023-cü il tarixli, 3-16-5/8-242-2023 saylı məktubdan məlum olur ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilməyindən, ölümün dövlət qeydiyyatının aparılması mümkün mümkün olmamışdır. Maraqlı şəxs 21 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi 02 oktyabr 1958-ci ildə Masallı rayon, Masallı şəhərində anadan olmuşdur. 15 oktyabr 1958-ci il tarixdə Masallı rayon Kolatan ərazi nümayəndəliyi tərəfindən 101 nömrəli döğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 10 iyun 1904-cü ildə doğulmuş X4 07 noyabr 1989-cu il tarixdə vəfat etmiş və Masallı rayonu Sığdaş kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin mərhum Qulu Məmmədəliyevin ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X2 07 noyabr 1989-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 iyun 1904-cü ildə doğulmuş X2 07 noyabr 1989-cu il tarixdə Masallı rayonu Babaküçə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə tərəflər (“Elekron məhkəmə” informasiya sistemində yaraıdlan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-289/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-289/2024
25.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver