Məhkəmə qərarları › İş №2(050)-2893/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2893/2025

29.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2893/2025 29.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında imzaladıqları MŞM/MT036/2025-00319 saylı barışıq sazişin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizə ilə müraciət edib barışıq sazişinin qismən təsdiq edilərək Maraqlı şəxs mətbəx mebel dəstinin dəyəri olan 1350 (min üç yüz əlli) manat, bir dəst qızıl komplektin dəyəri olan 2000 (iki min) manat, üç ədəd qızıl üzüyün dəyəri olan 700 (yeddi yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 100 (yüz) manat pulun alınıb ona verilməsini xahiş etdi. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Masallı rayonu, Xırmandalı kənd sakini Maraqlı şəxs ilə faktiki nikaha daxil olub evlənmiş, 30 noyabr 2023-cü il tarixdə isə Masallı Regional “ASAN Ximdət” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını rəsmləşdirmişlər. Bir müddət birlikdə yaşadıqdan sonra xasiyyətləri düz gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2025-00319 saylı barışıq sazişi imzalayaraq, aralarında olan nikahın pozulmasına məhkəmədə heç bir vaxt verilmədən həyata keçirilməsi barədə razılığa gəlməklə yanaşı, İsayev X6 rayonu, Xırmandalı kəndində yerləşən ona məxsus cehiz əşyalarını xx.xx.2025-ci il tarixədək, mətbəx mebelinin və qızılların pulunu xx.xx.2025-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Cehiz əşyaları ona qaytarılsa da, mətbəx mebel dəstinin dəyəri olan 1350 manat, bir dəst qızıl komplektin dəyəri olan 2000 manat və üç ədəd qızıl üzüyün dəyəri olan 700 manat halhazıradək ona verilməmişdir. Ona görə də məhkəmədən Maraqlı şəxs ilə xx.xx.2025-ci tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞM/MT036/2025-00319 saylı barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs mətbəx mebel dəstinin dəyəri olan 1350 manat, bir dəst qızıl komplektin dəyəri olan 2000 manat, üç ədəd qızıl üzüyün dəyəri olan 700 manat və dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun alınıb ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi X3 məhkəmə iclası zamanı Ərizəçi ilə eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maralı şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00319 nömrəli barışıq sazişindən görünür ki, birinci tərəf Maraqlı şəxs ikinci tərəf Ərizəçi qarşı nikahın pozulması, cehizlərin evdən çıxarılması tələbi ilə mediasiyaya müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə tərəflərlə (2-ci tərəfin nümayəndəsi) həmin mübahisə üzrə tam mediasiya sessiyası keçirildi. Mediasiya prosesi zamanı tərəflər xx.xx.2023-cü il tarixdə Masallı regional “Asan” xidmət mərkəzi Qeydiyyat şöbəsində 1132 nömrə ilə qeydə alınmış nikahın məhkəmədə əlavə müddət verilmədən pozulmasına razılaşdılar. İsayev X6 rayonu, Xırmandalı kəndində yerləşən Ərizəçi məxsus cehiz əşyalarının xx.xx.2025-ci il tarixdə Ərizəçi qaytarmağı öhdəsinə götürür. Cehiz siyahısına daxildir - Yataq dəsti, qonaq dəsti 1800 (min səkkiz tarixdə yüz) manat, qonaq dəsti 1600 (min altı yüz) manat, mətbəx 1350 (min üç yüz əlli) manat, televizor 1000 (min) manat, kondisioner 750 (yeddi yüz əlli), tozsovuran 170 (yüz yetmiş), ət çəkən 150 (yüz əlli) manat, qaz soba 150 (yüz əlli) manat, elektrik soba 150 (yüz əlli) manat, asperator 100 (yüz) manat, çanaq 60 (altımış) manat, ədva dəsti 40 (qırx) manat, qab dəsti 145 (yüz qırx beş) manat, parça 350 (üç yüz əlli) manat, yemək dəsti 56 (əlli altı) manat, parça 250 (iki yüz əlli) manat, stəkan 24 ədəd 36 (otuz altı) manat, nəlbəki 24 ədəd 36 (otuz altı) manat, qənd qabı 12 ədəd 30 (otuz) manat, podnus 4 ədəd 40 (qırx) manat, çörək qabı 3 ədəd 20 (iyirmi) manat, keramik qazan dəsti 150 (yüz əlli) manat, çuqun qazan 100 (yüz) manat, tava 10 (on) manat, suviner qab 4 ədəd 80 (səksən) manat, çaydan 3 ədəd, rumka 18 ədəd, 5 ədəd yorğan, 5 ədəd döşək, 12 yastıq, 12 nalça 40 (qırx) manat, sintefon yorğan 1 ədəd, yastıq 2 ədəd 15 (on beş) manat, 2 ədəd ədyal 40 (qırx) manat, 3 ədəd xalça 240 (iki yüz qırx) manat, pərdə dəsti 170 (bir yüz yetmiş) manat, 1 gecə fanarı 20 (iyirmi) manat, 1 ədəd çıl-çıraq 100 (bir yüz) manat, çüyün ləyən 1 ədəd 25 (iyirmi beş) manat, kalçuk ləyən 2 ədəd 10 (on) manat, soğan çəkən 10 manat, çömçə dəsti kalçuk 25 (iyirmi beş) manat, çömçə dəsti 30 (otuz) manat, dəmir pıçaq dəsti 50 (əlli) manat, miz örtüyü 2 ədəd 45 (qırx beş) manat, dəsmal dəsti 8 ədəd, ütü masası 35 manat, ütü 100 manat, tort qabı 25 (iyirmi beş) manat, mikser 65 (altımış beş) manat, simovar tefal çaydan 70 (yetmiş) manat, çamadan qaşıq dəsti 60 (altımış) manat, asqı 12 ədəd 12 (on iki) manat, qaşıq dəsti 48 parça 50 (əlli) manat, çıxol 2 dəst 90 (doxsan) manat, zibil qabı 10 (on) manat, pol silən 15 (on beş) manat. Ərizəçi yuxarıda yazılan cehizlik əşyalarını xx.xx.2025-ci il tarixində, Masallı rayonu, Xırmandalı kəndində yerləşən Maraqlı şəxs evindən çıxarmasına öhdəlik götürür. İsayev X6 rayonu, Xırmandalı kəndində ona məxsus evdə yerləşən yuxarıda göstərilən cehiz əşyalarını xx.xx.2025-ci il tarixində X2 verilməsini öhdəsinə götürür. Ərizəçi məxsus mətbəx mebel dəstinin əvəzinə həmin mebelin dəyərini yəni 1350 (min üç yüz əlli) manatı, 1 dəst qızıl komplekt 2000 (iki min) manat və 3 qızıl üzük 700 (yeddi yüz) manatı Maraqlı şəxs xx.xx.2025-ci il tarixinədək Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ərizəçini və nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin birinci tərəfi olan Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra ikinci tərəf Ərizəçi qarşı aralarında olan nikahın pozulmasına məhkəmədə heç bir vaxt verilmədən həyata keçirilməsi barədə razılığa gəlməklə yanaşı, İsayev X6 rayonu, Xırmandalı kəndində yerləşən Ərizəçi məxsus cehiz əşyalarını xx.xx.2025-ci il tarixədək, mətbəx mebelinin və qızılların pulunu xx.xx.2025-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Cehiz əşyaları Ərizəçi qaytarılsa da, mətbəx mebel dəstinin dəyəri olan 1350 manat, bir dəst qızıl komplektin dəyəri olan 2000 manat və üç ədəd qızıl üzüyün dəyəri olan 700 manat hal-hazıradək ona verilməmişdir. Göründüyü kimi Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, bu səbəbdən Ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi icra olunmayan hissədə təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25 və 360cı maddələrinin tələblərinə əsasən, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. 19 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00319 nömrəli barışıq sazişi qismən təsdiq edilsin. Maraqlı şəxs mətbəx mebel dəstinin dəyəri olan 1350 (bir min üç yüz əlli) manat, bir dəst qızıl komplektin dəyəri olan 2000 (iki min) manat, üç ədəd qızıl üzüyün dəyəri olan 700 (yeddi yüz) manat və dövlət rüsumuna görə 100 (bir yüz) manat, cəmi 4150 (dörd min yüz əlli) manat pul alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar