Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2894/2025 29.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: O, Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirsələr də sonradan ayrılmışlar. Birgə yaşadıqları müddətdə xx.xx.2014-cü il təvəlüdlü X3 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Vüqar uşağa baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Vüqar ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00857 saylı saylı barışıq sazişi imzalanmış, cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs bir nəfər uşağın saxlanılması üçün hər ay qazancından bir nəfər uşağa görə 200 manat ona aliment ödənilməlidir. Eyni zamanda alimentin hesablanmasını hər ayın 01-dən başlanmasına razılaşmışlar. Lakin həmin tarix keçməsinə baxmayaraq Vüqar sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00857 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin tələbi: Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00857 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşağın saxlanılması üçün bir uşağa görə 200 manat alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər: MŞL-00857 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişində tərəflər aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər:
1. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat aliment pulunu Ərizəçi ödənilməsinə öhdəlik götürür.
2. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3137/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2016-cı il tarixdə Masallı rayon Şərəfə kənd ərazi nümayəndəliyində bağlanmış, 07 sayla qeyd edilmiş nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanılmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommmersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadının:
35. barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir.
39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1).
47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün 200 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə
qət etdi: Ərizə təmin edilsin. MŞL-00857 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay uşağa görə 200 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 2022-ci ilin oktyabr ayından hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.
Hakim: Ellara Abbasova