Məhkəmə qərarları › İş №2(050)-2912/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2912/2025

03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2912/2025 03.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Qardaşı, 21 yanvar 1979-cu il təvəllüdlü X10 10 iyul 1979-cu il tarixdə vəfat edərək kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Ərizəçinin tələbi: Mərhum qardaşı 21 yanvar 1979-cu il təvəllüdlü X5 10 iyul 1979-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.1979-cu il tarixdə anadan olmuş qardaşı X5 xx.xx.1979-cu il tarixdə Masallı rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum qardaşı X5 xx.xx.1979-cu il tarixdə ev şəraitində altı aylıqkən vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını bildirdi. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, ərizəçi onun bacısı oğludur, həmçinin mərhum X10 da onun bacısı oğlu olmuşdur. O, xx.xx.1979cu il tarixdə vəfat etmişdir. Dəfnində iştirak etmişdir. Masallı rayon Çaxırlı kənd qəbiristanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, ərizəçi ilə həmkəndlidir. X15 1979-cu ilin yayında vəfat edib. Dəfnində iştirak etmişdir. Mərhum Masallı rayon Çaxırlı qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, ərizəçi onun bacısı oğludur, həmçinin mərhum X10 da onun bacısı oğlu olmuşdur. O, xx.xx.1979cu il tarixdə vəfat etmişdir. Dəfnində iştirak etmişdir. Masallı rayon Çaxırlı kənd qəbiristanlığında dəfn edilib. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. X4, anası X1r. Doğum haqqında arayışdan görünür ki, X10 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. X4, anası X1r. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş qardaşı X5 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2025-ci il tarixli, 18-1-60/2-T-645-42- 711/2025 saylı məktubundan görünür ki, X10 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X13 ölüm aktı üçün müraciət daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, xx.xx.1979-cu ildə doğulmuş X10 xx.xx.1979-cu il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X5 xx.xx.1979-cu il tarixdə Masallı rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə doğulmuş X5 xx.xx.1979-cu il tarixdə Masallı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar