Məhkəmə qərarları › İş №2(050)-2932/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2932/2024

03.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2932/2024 03.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanılmış MŞL/MT014/2024-00955 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, iki uşağa görə 180 manat alimentin Maraqlı şəxs tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər el adəti ilə toy etməklə ailə həyatı qurmuşlar. Nikahlarını xx.xx.2009-cu ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2010-cu ildə X2, xx.xx.2020-ci ildə X3 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Rüstəm uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Rüstəm ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞL/MT014/2024-00955 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs bir nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, iki uşağa görə cəmi 180 manat alimenti ödəyəcəkdir. Lakin, Rüstəm barışıq sazişi imzaladıqdan sonra 180 manat alimenti ödəməmişdir. Odur ki, xx.xx.2024-cü ildə Maraqlı şəxs ilə mediasiya prosesində bağlanılmış MŞL/MT014/2024-00955 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 90 manat, iki uşağa görə 180 manat alimentin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MŞM/MT 014/2024-00955 saylı, 04 iyul 2024-cü il tarixli barışıq sazişində göstərilir ki, Maraqlı şəxs bu sazişi imzalamaqla Ərizəçi ilə birgə nikahdan olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 90 manat, iki uşağa görə cəmi 180 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 23 may 2010-cu ildə X2 və xx.xx.2020-ci ildə X5 anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və Məmmədova (Ağayeva) Aybəniz Vüqar qızı arasında xx.xx.2009-cu il tarixdə Masallı RİHB-nin Boradigah qəsəbəsi ərazisi üzrə nümayəndəliyində 45 saylı nikah aktı bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 180 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 23 avqust 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞM/MT014/2024-00955 saylı, 04 iyul 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 23 may 2010-cu il təvəllüdlü X2 və 26 avqust 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 90 manat, iki uşağa görə cəmi 180 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 10 iyun 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar