Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2949/2023 14.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağladığları xx.xx.2023- cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01862 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birinə 50( əlli) yəni üç uşaqa görə 150 (bir yüz əlli ) manat aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Maraqlı şəxs ilə ailə həyatı qurduğu dövrdə xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı üç övladları olmuşdur. Ayrıldıqdan sonra uşaqlar onun yəni anaları Ərizəçi yanında saxlanılır. O, Maraqlı şəxs ilə xx.xx.2023.-cü ildə mediasiya prosesində MŞLMT 014/2023- 01862 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə cavabdeh tərəf yəni Maraqlı şəxs övladları xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2019cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birinə 50 (əlli) yəni üç uşaqa görə 150 (bir yüz ə l l i ) manat aliment pulunu ödəməsinə öhdəlik götürmüşdür. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01862 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 11 yanvar 2010-cu ildə X11, 31 dekabr 2010-cu ildə X4 və 13 fevral 2019-cu ildə X9 adlı uşaqları doğulmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il MŞL/MT 014/2023-01862 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəflər yəni Maraqlı şəxs Allahverdı oğlu bu sazişi imzaladıqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il X2 anaları yəni birinci tərəf Ərizəçi yanında saxlıanılmasma razılıq verdi. İkinci tərəflər yəni X1 bu sazişi imzaladıqdan sonra xx.xx.2019-cu ıl təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il X4 hər ay yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birisinə 50 (əlli) yəni üç uşaqa görə 150 (bir yüz əlli) manat aliment pulunu ödəməsinə öhdəlik göturmüşdür. Alimentin köçürülməsi hər ayın 01-dən gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 1-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 04 avqust 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01862 nömrəli barışıq sazişi təsdiq edilsin. 11 yanvar 2010-cu il təvəllüdlü X6, 31 dekabr 2010-cu il X2 və 13 fevral 2019 -cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01 avqust 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2949/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2949/2023
14.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver