Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2962/2023 04.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 1 ədəd qızıl boyunbağı klon 585 əyar, 8 qram-720 manat, 1 ədəd qızıl qolbaq 585 əyar 15 qran-1350 manat, 1 ədəd qızıl nişan üzüyü 750 əyar, 1.5 karat, 8 qram-1300 manat, 1 ədəd qızıl üzük 585 əyar, 3.5 qram-315 manat, 1 ədəd qızıl üzük 585 əyar, 3.5 qram-315 manat, 1 ədəd qızıl üzük alyans 750 əyar, 6 qram-750 manat, 1 ədəd qızıl komplekt, 585 əyar, 17 qram-1530 manat, 1 ədəd qızıl üzük 585 əyar, 2 qram-180 manat, 1 ədəd qızıl boyunbağı klon, 585 əyar, 3 qram-270 manat, 1 ədəd qızıl üzük, 585 əyar, 4 qram-360 manat, 1 ədəd qızıl üzük alyans, 750 əyar, 6 qram-750 manat qızıl-zinət əşyaları tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə qurmuş, onun valideynlərinə məxsus Masallı rayonunda yerləşən evlərinə gəlin köçmüşdür. Gəlin köçərkən cavabdeh, o cümlədən özünün valdeynləri tərəfindən ona müxtəlif adda qızıl- zinət əşyları hədiyyə verilmişdir. Həmin qızıl əşyalaerın bir hissəsini isə əri Sahib ondan almışdır. 1 ədəd qızıl boyunbağı klon 585 əyar, 8 qram-720 manat, 1 ədəd qızıl qolbaq 585 əyar 15 qran-1350 manat, 1 ədəd qızıl nişan üzüyü 750 əyar, 1.5 karat, 8 qram-1300 manat, 1 ədəd qızıl üzük 585 əyar, 3.5 qram-315 manat, 1 ədəd qızıl üzük 585 əyar, 3.5 qram-315 manat, 1 ədəd qızıl üzük alyans 750 əyar, 6 qram- 750 manat, 1 ədəd qızıl komplekt, 585 əyar, 17 qram-1530 manat, 1 ədəd qızıl üzük 585 əyar, 2 qram-180 manat, 1 ədəd qızıl boyunbağı klon, 585 əyar, 3 qram-270 manat, 1 ədəd qızıl üzük, 585 əyar, 4 qram-360 manat, 1 ədəd qızıl üzük alyans, 750 əyar, 6 qram- 750 manat-adları sadalanan qızıl əmlakları cavabdehin qanunsuz sahibliyindədir və ona gei qaytarmır. Qızıl əmlaklarının geri qaytarılması ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, adları çəkilən qızıl əmlaklarının naturada qaytaılması, əmlaklarının naturada olmadıqda, onların ümumi dəyəri-7840 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, tələb olunan qızıl-zinət əşyaları iddia ərizəsində hər biri ayrı-ayrı qeyd olunsa da, faktiki olaraq onlardan üzük, sırğa, qolbağ və klondan ibarət komplektdir. Həmin komplekt, brilyant qaşlı nişan üzüyü, boyunbağı, bayramda adətə görə bişmiş balıq ağzında gətirilən 1 ədəd üzük, 1 ədəd 6 qramlıq alyans cavabdeh tərəfindən, 2 qramlıq 1 ədəd üzük balıdızı tərəfindən hədiyyə edilmişdir. Bundan başqa tələb etdiyi üzüklərdən 1 ədəd 4 qramlıq nişan üzüyü, 1 ədəd 6 qramlıq alyans üzük onun öz valideynləri tərəfindən Cavabdeh hədiyyə edilmişdir. Ailə qurduqdan bir neçə ay sonra cavabdeh borclarının olmasını bildirmiş, bu səbəblə ona və cavabdehin bacısına məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymuşdur. Cavabdeh bacısının qızıllarını sonradan qaytarmış, lakin onun qızıllarını qaytarmamışdır. Qızılları gorpv qoyarkən cavabdeh borcu ödəyib qızılları geri qaytaracağını bildirsə də, vədinə əməl etməmişdir. Ona görə də qızıl-zinət əşyalarını tələb edir. Qızıl əşyaların dəyərini və çəkisini müxətəssis rəyi əsasında qeyd etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə onunla eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh izahatında qeyd etmişdir ki, iddianı qəbul etmir. Tələb olunan qızıl-zinət əşyalarının dəyəri və çəkisi artıq qeyd olunmuşdir. O, qızıllara 1300 manat pul vermişdir. Covid-19” virusuna yoluxduqları vaxt, 2019-cu ildə pandemiya dövründə kredit borcu olmuş, iddiaçının razılığı ilə qızılları girov qoymuşdur. Lombarda pulu ödəyə bilmədiyinə görə, qızıllar satılmışdır. O, iddiaçıya məxsus olan 1 ədəd 3,65 qramlıq, 585 əyarlı boyunbağı, 14,58 qramlıq, 585 əyarlı qolbağı, 13,55 qramlıq, 585 əyarlı sırğa, 4,09 qramlıq, 585 əyarlı klon, 5,85 qramlıq, 750 əyarlı, brilyant qaşlı üzük, 10 qramlıq, 585 əyarlı, 4 ədəd üzük girov qoymuşdur. Həmin qızıllardan klon, 1 ədəd üzük, qolbağ və sırğa komplekt dəst olmuşdur. Lombarda bundan başqa anasına məxsus boyunbağı və bacısının da qızıllarını girov qoymuşdur. Kredit pulunu müalicələrə xərcləmişdir. Buna iddiaçının razılığı olmuşdur, ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İddiaçı tərəfindən təqdim edilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə 16 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd boyunbağı və klon 585 əyar- 8 qr, 720 manat dəyərində, 1 ədəd qolbaq 585 əyar -15 qr 1350 manat dəyərində, 1 ədəd üzük və nişan üzüyü 750 əyar, 1.5 karat -8 qr 1300 manat dəyərində, 1 ədəd üzük 585 əyar – 3.5 qr 315 manat dəyərində,1 ədəd üzük və alyans 750 əyar, 6 qram, 750 manat dəyərində, 1 ədə komplekt 585 əyar 17 qram, 1530 manat dəyərində, 1 ədəd üzük 585 əyar, 2 qram 180 manat dəyərində, qeyd olunan qızıl-zinət əşyalarının hamısı 6460 manat dəyərindədir. Cavabdeh tətəfindən təqdim edilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 1 ədəd boyunbağı, 585 əyar, 3.63 qram-290 manat, 1 ədəd qolbaq 585 əyar, 14.58 qram-1160 manat, 1 ədəd boyunbağı 375 əyar, 13.31 qram- 540 manat, 1 cüt sırğa, 8 qram, 585 əyar, 8 qram-640 manat, 1 ədəd klon, 585 əyar, 4 qram-320 manat, 4 ədəd üzük, 585 əyar, 10 qram-800 manat, 1 ədəd üzük 750 əyar, 5.85 qram-580 manat dəyərindədir. Girov qoyulmuş qiymətlilərin və dəyərlilərinin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 1 ədəd boyunbağı, 585 əyar, ümumi çəki-3.63 qram, 1 ədəd qolbaq, 585 əyar, ümumi çəki 14.58 qram, 1 ədəd boyunbağı, 375 əyar, ümumi çəki-13.61 qram, 2 sırğa, ümumi çəki 13.25 qram, 1 ədəd klon, 585 əyar, ümumi çəkisi 4.09 qram, 4 ədəd üzük, 585 əyar, ümumi çəki 10 qram, 1 ədəd üzük, 750 əyar, ümumi çəki-5.85 qram təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən məlum olmuşdur ki, onun toy mərasimində barmaqlarında 5 ədəd üzük olmuşdur. Cavabdeh tətəfindən təqdim edilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 1 ədəd boyunbağı, 585 əyar, 3.63 qram-290 manat, 1 ədəd qolbaq 585 əyar, 14.58 qram-1160 manat, 1 ədəd boyunbağı 375 əyar, 13.31 qram- 540 manat, 1 cüt sırğa, 8 qram, 585 əyar, 8 qram-640 manat, 1 ədəd klon, 585 əyar, 4 qram-320 manat, 4 ədəd üzük, 585 əyar, 10 qram-800 manat, 1 ədəd üzük 750 əyar, 5.85 qram-580 manat dəyərindədir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin faktiki və mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, İddiaçı və Cavabdeh ayrı yaşayırlar. Tələb olunan və əsaslı hesab edilən qızılların toy hədiyyəsi olması da mübahisəli deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1. və 34.2.-ci maddələrinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iddianın əsaslı hissəsində iddiaçıya hədiyyə olunmuş qızıl-zınət əşyaları iddiaçının öz mülkiyyətinə aiddir. Həmin əşyaları tələb etmək onun mülkiyyət hüququndan irəli gələn subyektiv hüququdur. Məhkəmə əsaslı hesab edilən qızıl-zinət əşyaları ilə bağlı qeyd edir ki, lombarda girov qoyulmuş qızılların təhvil-təslim aktından görünür ki, 1 ədəd boyunbağı, 585 əyar, ümumi çəki-3.63 qram, 1 ədəd qolbaq, 585 əyar, ümumi çəki 14.58 qram, 1 ədəd boyunbağı, 375 əyar, ümumi çəki-13.61 qram, 2 sırğa, ümumi çəki 13.25 qram, 1 ədəd klon, 585 əyar, ümumi çəkisi 4.09 qram, 4 ədəd üzük, 585 əyar, ümumi çəki 10 qram, 1 ədəd üzük, 750 əyar, ümumi çəki-5.85 qram təşkil edir. İşin faktiki halları, tədqiq edilən lombard aktı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əsaslı hesab olunan qızıl-zinət əşyalarından 14,58 qramlıq, 585 əyarlı qolbağı, 13,55 qramlıq, 585 əyarlı sırğa, 4,09 qramlıq, 585 əyarlı klon komplekt təşkil edir və onların ümumi çəkisi 32,20 qramdır. Bundan başqa 1 ədəd 585 əyarlı boyunbağının çəkisi 3,65 qram, 4 ədəd 585 əyarlı üzüklərin ümumi çəki 10 qram, 1 ədəd 750 əyarlı, brilyant qaşlı nişan üzüyü 5.85 qram təşkil edir. Bundan başqa iddiaçı tərəfin təqdim etidiyi qiymətləndirmə barədə mütəxəssis rəəyindən görünür ki, 585 əyarlı qızılların qramı 90 manat, 750 əyarlı brilyant qaşlı üzüyün qramı 125 manat dəyərləndirilmişdir. Belə olan halda qızıl əşyalarının dəyəri 1 ədəd 14,58 qramlıq, 585 əyarlı qolbaq- 1312,20 manat, 1 cüt 13,55 qramlıq, 585 əyarlı sırğa-1219,50 manat, 1 ədəd 4,09 qramlıq, 585 əyarlı klon 368,10 manat, 1 ədəd 3,65 qramlıq, 585 əyarlı boyunbağı-328,50 manat, ümumi çəki 10 qram olan 4 ədəd (baldızının hədiyyəsi, bayram hədiyyəsi, alyans və komplekt dəstə aid üzük) 585 əyarlı üzüklər 900 manat, 1 ədəd 750 əyarlı, 5.85 qramlıq brilyant qaşlı nişan üzüyü-731,25 manat, ümumi dəyərləri 4859,55 manat təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdehə hədiyyə edilmiş 1 ədəd alyans üzük və 1 ədəd nişan üzüyü Cavabdeh mülkiyyətinə aid olduğuna görə, iddiaçının həmin üzükləri tələb etmək hüququ yoxdur. Bundan başqa 17 qramlıq qızıl kompektin, 3 qramlıq 1 ədəd boyunbağı klonun cavabdehdə olması. Ümumiyyətlə mövcudluğu sübuta yetmir. Ona görə də həmin hissədə iddia əsassız hesab olunmalıdır. Cavabdeh tərəfin qızıl-zinət əşyalarının dəyəri barədə təqdim etdiyi mütəxəssis rəyi məhkəmə hazırlıq iclasında deyil, məhkəmə baxışı iclasında təqdim edildiyi üçün, məhkəmə prosessual tələblərə uyğun olaraq sübut kimi nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işi üçün əhəmiyyətli olan hallara və onlara məlum olan faktları barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Qeyd ounmuş Məcəllənin 118.3-maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, tələb sübuta yetən hissədə, qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd 14,58 qramlıq, 585 əyarlı qolbaq-1312,20 manat, 1 cüt 13,55 qramlıq, 585 əyarlı sırğa-1219,50 manat, 1 ədəd 4,09 qramlıq, 585 əyarlı klon 368,10 manat, 1 ədəd 3,65 qramlıq, 585 əyarlı boyunbağı-328,50 manat, ümumi çəki 10 qram olan 4 ədəd (baldızının hədiyyəsi, bayram hədiyyəsi, alyans və komplekt dəstə aid üzük) 585 əyarlı üzüklər 900 manat, 1 ədəd 750 əyarlı, 5.85 qramlıq brilyant qaşlı nişan üzüyü-731,25 manat, ümumi 4859,55 manat dəyərində qızıl-zinət əşyaları və ya qətnamə icra olunan vaxt olmayan qızılın dəyəri, həmçinin ödənilmiş dövlət rüsumuna görə 50 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaraılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2962/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2962/2023
04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver