Məhkəmə qərarları › İş №2(050)-2987/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2987/2024

15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2987/2024 15.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı xx.xx.1989-ci il təvəllüdlü X2 xx.xx.1991-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qızı X5 01 avqust 1989-cu ildə anadan olmuş və 11 aprel 1991-ci ildə nəfəs çatışmamazlığı səbəbindən vəfat etmişdir. Qızını Masallı rayonu, Boradigah qəsəbə qəbristanlığında dəfn etmişlər. Qızı vəfat edərkən təcili tibbi yardıma məlumat verilməmiş, buna görə də Maraqlı şəxs mərhum qızının ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda qızının ölüm haqqında şəhadətnaməsi bir sıra sənədlərin düzəldilməsində lazım olduğundan onu əldə edə bilməmişdir. Odur ki, mərhum qızının 11 aprel 1991-ci ildə vəfat etməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçinin mərhum qızı Aytəkin Sərəstani 01 avqust 1989-cu ildə anadan olmuş və 11 aprel 1991-ci il tarixdə xəstəlikdən ölmüş, onu Masallı rayonu, Boradigah kənd qəbirstanlığında el adəti ilə dəfn etmişlər. O da qardaşı qızı Aytəkinin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində X4 şahid X1 ilə eyni məzmunlu ifadə verdi. İş materillarına əlavə edilmiş; -Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 01 avqust 1989-cu il tarixdə Masallı rayon Boradigah kəndində anadan olmuş, atası Ərizəçi, anası X3r. -Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 01 avqust 1989-cu il tarixdə Masallı rayonu, Boradigah kəndində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 01 oktyabr 2024-cü ilək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. -Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Ərizəçi vəfat etmiş övladı X2 ölmünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmiş, bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -Masallı RİHB-nın Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli, 306 saylı arayışdan görünür ki, X5 11 aprel 1991-ci il tarixdə vəfat etmiş və Boradigah qəsəbə qəbiristanlığında dəfn edilmişdir. -“Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X2 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ölüm aktı ilə bağlı müraciət daxil olmamışdır. -Məzar daşının foto şəklindən görünür ki, X5 01 avqust 1989-ci il anadan olmuş və 11 aprel 1991-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, ərizəçinin mərhum qızı X5 01 avqust 1989-cu ildə anadan olmuş və 11 aprel 1991-ci ildə xəstəlik nəticəsində vəfat edərək Masallı rayonu, Boradigah kənd qəbirstanlıqda dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinin tələbinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 01 avqust 1989-cı ildə anadan olmuş X2 11 aprel 1991-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.3, 308, 315.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 avqust 1989-cı ildə anadan olmuş X2 11 aprel 1991-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində ölüm faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X2 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar