Məhkəmə qərarları › İş №2(050)-3001/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3001/2025

28.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3001/2025 28.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.17-ci maddələrinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual normanın tələblərindən müəyyən olunur ki, qanunverici iddia ərizəsini (ərizəni) adi ərizələrdən fərqləndirmiş, bu ərizə növünün mümkünlüyünü onun qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilməsi ilə də bağlı etmişdir. İddiaçı ərizəsindən görünür ki, o, ərizəsində iş üzrə tərəfləri ərizəçi və maraqlı şəxs kimi qeyd etməli olduğu halda, iddiaçı və cavabdeh kimi göstərmişdir. Bununla da iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Belə olan halda ərizə və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar