Məhkəmə qərarları › İş №2(050)-3011/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3011/2023

18.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3011/2023 18.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 07 avqust 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-01911 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 11 yanvar 2012-ci il təvəllüdlü X1 və 24 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, cəmi 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə el adəti ilə toy etməklə qurmuşlar. Birgə nikahlarından 11 yanvar 2012-ci il təvəllüdlü Miryusif və 24 may 2013-cü il təvəllüdlü Elmir adlı uşaqları olmuşdur. Maraqlı şəxs ilə 07 avqust 2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01911 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, cəmi 200 manat alimenti ona ödəyəcəkdir. Odur ki, Maraqlı şəxs ilə 07 avqust 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-01911 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Bəşirov X2 (Əmənova) Aytən Əfrail qızı ilə nikahlarını 08 oktyabr 2012-ci il tarixdə Masallı rayon İHB-nın Ərkivan qəsəbə İƏDÜN-də rəsmiləşdirmişlər. İşdə olan doğum haqqında şəhadətnamələrin surətinlərdən görünür ki, 11 yanvar 2012-ci ildə X4 və 24 may 2013-cü ildə X6 adlı uşaqlar doğulmuş, uşaqların atası Maraqlı şəxs Micəlal oğlu, anası isə Ərizəçi qızı qeyd edilmişdir. MŞL/MT 014/2023-01911 nömrəli, 07 avqust 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Bəşirov Maraqlı şəxs Aytən Əfrail qızı ilə mediasiya sessiyasında nikahlarının pozulması, uşaqların ananın himayəsində saxlanılması və hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Razılığa əsasən alimentin köşürülməsi hər ayın 1-dən gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməlidir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, MŞL/MT 014/2023-01911 nömrəli, 07 avqust 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə görə alimentin cavabdeh Maraqlı şəxs tərəfindən hər ayın 01-də ödənilməsi qeyd olunmuş, ödəniş tarixi 01 sentyabr 2023-cü il tarixdə olmasına baxmayaraq, Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə 10 avqust 2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda barışıq sazişinin ödəniş tarixi ilə bağlı şərtinin pozulması halı, yəni alimentin könüllü qaydada icra edilməsindən imtina edilməsi halı müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizəçi Maraqlı şəxs ilə 07 avqust 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-01911 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar