Məhkəmə qərarları › İş №2(050)-3042/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3042/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3042/2024 14.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il tarixdə anadan olmuş anası X4 xx.xx.1991-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə anadan olmuş və hal-hazırda yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.1937-cı ildə anadan olmuş X8 onun anasıdır. X3 xx.xx.1991-ci ildə xəstəlikdən ölmüşdür. Onlar el adəti qaydasında X3nı Masallı rayonu Ərkivan qəsəbəsi Bağlaküçə qəbristanlığında dəfn etmişlər. Onun həmin qəbristanlığında dəfn etməklərini şahidlər və verilmiş arayış təsdiq edir. Anasının başdaşı vardır, həmin daşın üzərində onun doğum və ölüm tarixi, adı, soyadı və ata adı qeyd edilmişdir, ərazi icra nümayəndəliyinində ölüm barədə arayışı vardır. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan həmin sənədin verilməsindən imtina etdiyindən o, anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktı vərəsəlik üzrə miras əmlaklarında payların müəyyən edilməsi məqsədi ilə təsdiq edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ərizəçi əmisi arvadıdır. Onun anası xx.xx.1937-ci il təvəllüdlü X8 xx.xx.1991-ci ildə xəstəlikdən ölmüşdür. Mərhum X1 rayonu, Ərkivan qəsəbəsində Bağlaküçə qəbiristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ərizəçi bacısıdır. xx.xx.1937-ci il təvəllüdlü X8 onların anası olmuş və xx.xx.1991-ci ildə xəstəlikdən ölmüşdür. Mərhum X1 rayonu, Ərkivan qəsəbəsində Bağlaküçə qəbiristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. XVİİİ-JQ №602668 saylı pasportundan görünür ki, 15 mart 1937-ci il təvəllüdlü X1 rayonu, Ərkivan kəndində qeydiyyatda olmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1968-ci ildə doğulmuş Ərizəçi atası X7, anası X6r. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X4 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli, 1320 saylı arayışdan görünür ki, X8 xx.xx.1991-ci il tarixdə vəfat etmiş və Masallı rayon Ərkivan qəsəbəsində Bağlaküçə küçəsindəki qəbirstanlığında dəfn edilmişdir. Nikah haqqında arayışdan görünür ki, X7 ilə X10 arasında Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.1965-ci il tarixdə nikah bağlanmış, bu barədə 03 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Qənbərov (a) soyadı verilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X10 15 mart 1937-ci ildə doğulmuş, xx.xx.1965-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ona Qənbərova soyadı verilmiş, xx.xx.1991-ci ildə vəfat etmiş, Masallı rayonu, Ərkivan qəsəbəsi Bağlaküçə qəbiristanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 02 noyabr 1991-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, xx.xx.1937-ci il tarixdə anadan olmuş X4 xx.xx.1991-ci il tarixdə ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1937-ci il tarixdə anadan olmuş X4 xx.xx.1991-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar