Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3126/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Mərhum anası X8 xx.xx.1908-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş və xx.xx.1988-ci ildə vəfat etmişdir. Lakin anasının vəfatı ilə bağlı Masallı rayon Qeydiyyat şöbəsində və Masallı rayon Mərkəzi Xəstəxanasında hər hansı qeydiyyat aparılmamışdır. Buna görə də hazırda anasının ölüm haqqında akt qeydi mövcud deyildir. Anasının vəfat etməsini təsdiq edən şahidləri vardır. Həmçinin, ərazi nümayəndəliyinin arayışı və məzar daşının şəkilindən görünür ki, anası xx.xx.1988-ci ildə vəfat etmiş və Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ölüm faktının müəyyən olunması hazırda müəyyən sənədləşmə işləri üçün zəruridir, lakin anasının vəfatı ilə bağlı Masallı rayon Qeydiyyat şöbəsində ölüm aktı mövcud deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciət olunsa da, ona ölümü haqqında faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək barədə hüquqları izah olunmuş və bu barədə Maraqlı şəxs tərəfindən məktub verilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X5 xx.xx.1988-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verərək, arvadı Ərizəçi mərhum anası X5 xx.xx.1988-ci il tarixdə vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını bildirdi. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Şahid ifadəsi: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, mərhumun qonşusu olmuşdur. X2 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, mərhumun qonşusu olmuşdur. X2 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Mərhumun başqa sağ olan övladı yoxdur. İş materiallarında olan: Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəyindən görünür ki, X4 etibarnamə ilə təmsil etdiyi Ərizəçi vəfat etmiş anası X5 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin doğum haqqında arayışından görünür ki, X8 xx.xx.1908-ci il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. Masallı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 haqqında Masallı Rayon Qeydiyyat Şöbəsinin arxivində onun nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Masallı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-52/2024 saylı arayışından görünür ki, X9 xx.xx.1953-cü il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. X1r. “Masallı Rayon Mərkəzi Xəstəxanası” X18 09 sentyabr 2024-cü il tarixli, 18-1-60/2- 1447/2024 saylı məktubundan görünür ki, X8 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X17 ölüm aktı üçün müraciət daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 9-cu maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla yanaşı həmin qərarın 9.3-cü maddəsinə əsasən Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, xx.xx.1908-ci ildə doğulmuş X8 xx.xx.1988-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X5 xx.xx.1988-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1908-ci ildə doğulmuş X5 xx.xx.1988-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3126/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3126/2024
07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver