Məhkəmə qərarları › İş №2(050)-3127/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3127/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3127/2024 17.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası 1942-ci ildə doğulmuş X4 15 avqust 2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun atasıdır. O, xx.xx.2024-cü il tarixdə Mollaoba kəndində yerləşən evlərinin həyətində özünü asaraq intihar etmişdir. Bu barədə Masallı rayon Prokurorluğunda araşdırılma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Atasının intihar hadisəsi ilə əlaqədar affekt halında olduqlarından Masallı rayon Qeydiyyat şöbəsinə məlumat verilməmişdir. Məlumat verilmədiyinən atasının ölmü qeydiyyata alınmamışdır. Bu barədə Qeydiyyat şöbəsinə və Mərkəzi Xəstəxanaya rəsmi müraciət etsə də ona imtina məktubları verilmişdir. Atasının ölməsini təsdiq edən şahidlər və qəbri mövcuddur. Bundan başqa, ərazi nümayəndəliyi tərəfindən verilmiş arayış da atasının 2024-cu il tarixdə ölməsi təsdiq olunmuşdur. Ölüm faktının müəyyən olunması ona müəyyən sənədləşmə işlərinin aparılması üçün zəruridir. Həmçinin, ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciət olunsa da, ona ölümü haqqında faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək barədə hüquqlarım izah olunmuş və bu barədə Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən məktub verilmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun oğlu, mərhum Arif Əliyev onun əri olmuşdur. X6 yaşı ilə əlaqədər psixoloji problemlərindən əziyyət çəkmişdir. 15 avqust 2024-cü il ildə səhər saatlarında həyətə düşərkən, Arifin özünü həyətdəki təndirxanda asaraq intihar etdiyini görmüşdür. Bu barədə polisə müraciət etmişlər. Purokurorluqda da araşdırma aparılmış və cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X1 qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimi keçirilmişdir. İş materiallarına əlavə edilmiş: Masallı Rayon Purokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 intihar etməsi ilə bağlı araşdırma aparılmış, iş üzrə cinayət hadisəsi müəyyən olunmadığından, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş atası X4 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli, 18-1-60/3-1556/2024 saylı məktubdan görünür ki, X6 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ölüm aktı üçün müraciət daxil olmamışdır. Masallı RİHB-nın Boradigah bələdiyyəsinin 05 sentyabr 2024-cü il tarixli, 12 saylı arayışından görünür ki, Ərizəçi atası X6 vəfat etmiş və Mollaoba kənd qəbirstanlığında dəfn edilmişdir. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkilindən görünür ki, qəbirin baş daşının üzərinə həkk edilmiş “X6” sözləri və “xx.xx.1942-xx.xx.2024” rəqəmləri yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X6 1942-ci ildə doğulmuş, 15 avqust 2024cü ildə vəfat etmiş, Mollaoba kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 15 avqust 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidin ifadəsi ilə tam sübuta yetrilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X4 15 avqust 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1942-ci ildə doğulmuş X4 15 avqust 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar