Məhkəmə qərarları › İş №2(050)-3138/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3138/2023

04.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3138/2023 04.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət oğlunun katibliyi ilə. Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MT014/2023-00125 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2013-cu il təvəllüdlü X2, xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, üç uşağa görə cəmi 300 manat alimentin ondan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuş. Birgə yaşadığları müddətdə xx.xx.2013-cu ildə X5, xx.xx.2016-ci ildə X10 və xx.xx.2018-ci ildə X6 adlı uşağları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Teymur uşaqlara baxmadığından və uşaqın xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı əvvəl məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanılması üçün 80 manat, üç uşağa görə 240 manat aliment kəsilmişdir. Qeyd edilən pulla uşaqları saxlamaq mümkün olmadığından 2023-cü ildə mediasiya müraciət etmiş, Teymurla xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00125 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs üç nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 100 manat alimenti ona özü ödəyəçəkdir. Lakin Teymur barışıq sazişi imzaladığımız vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki. Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MT014/2023-00125 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs üç nəfər uşaqın saxlanılması hər ay hər bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş lakin,ərizə ünvanlayaraq azyaşlı uşaqları olduğundan məhkəmə prosessində iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxıb barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2013-cü ildə X5, xx.xx.2016-cı ildə X10 və xx.xx.2018-ci ildə X6 adlı uşaqlar doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00125 nömrəli barışıq sazişindən görünür ki İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2013-ci il təvəllüc X7, xx.xx.2016-cu ü təvəllüdlü X11 və xx.xx.2018 -c təvəllüdlü X8 adlı aşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş har bir uşağa görə 80 manat üç uşağa görə cəmi 240 manat məbləğində aliment pulunu artıraraq hər ay bir uşağa görə 100 manat üç uşağa görə cəmi 300 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 1-də gün ərzində nağd qaydada köçürmə yolu ilə poct və ya bank vasiı ilə ödəyəcəkdir. 28 noyabr 2022-ci il tarixli barışıq sazişinə əsasən onların birgə uşaqları X21 və X18 anaları Ərizəçi yanında saxlanılmaqla onun himayəsinə verilimiş və yetkinlik yaşma çatana qədər uşaqların saxlanılması üçün hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment müəyyən edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli qətnamə ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Lakin 07 yanvar 2023-cü il tarixdə tərəflərin əkiz uşaqları doğulmşdur. xx.xx.2023-cü il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X13. Ona görə də tərəflər sonradan doğulmuş iki uşaq üçün aliment müəyyən edilməsi mübahisəsi üzrə könüllü olaraq mediasivaya müraciət etmişlər. 24 may 2023-cü il tarixdə tərəflərlə iki uşaq üçün aliment müəyyən edilməsi mübahisəsi üzrə mediasiya prosesi keçirildi və tərəflər aralarında yaranmış mübahisəni həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəldilər. Sonradan doğulmuş X12 və X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment müəyyən edilir. X21, X18, X12 və X13 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçina ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞL/MTO14/2023-01178 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə görə hər ayın 01-də xx.xx.2013-cu il təvəllüdlü X2, xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi nağd qaydada, köçürmə yolu ilə vəə ya bank vasitəsi ilə ödənilsin. Alimentin tutulması 18.01. 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar