Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3151/2023 08.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 22 iyul 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-01761 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahlarından olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 200 manat onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2008-ci ilin iyul ayında el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuşdur. Nikahları isə 21 dekabr 2009-cu il tarixdə Masallı rayon İHB-nin Banbaşı ərazi nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2009-cu il təvəllüdlü Firuzə, xx.xx.2010-cu il təvəllüdlü Camal, xx.xx.2013-cü il təvəllüdlü Nigar və xx.xx.2017-ci il təvəllüdlü Elşən adlı dörd uşaqları olmuşdur. Maraqlı şəxs son vaxtlar uşaqların saxlanılmasına köməklik etmədiyindən aliment tələbi ilə bağlı Mediasiya Şurasma müraciət etmişdir. Maraqlı şəxs ilə 22 iyul 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-01761 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs yuxarıda göstərilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 200 manat alimenti ona ödəməli, alimentin köçürülməsi cari ilin iyul ayının 25-dən başlayaraq hər ayın 25-dək nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs ilə barışıq sazişini cari ilin iyul ayının 22-də imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Belə ki, o, alimenti ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə 22 iyul 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023- 01761 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X6 arasında 21 dekabr 2009-cu il tarixdə Masallı RİHB-nin Banbaşı ərazi üzrə nümayəndəliyində 54 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Səmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 10 may 2009-cu ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 04 iyun 2010-cu ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 24 mart 2013-cü ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 05 aprel 2017-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli, MŞL/MT014/2023-01761 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər 2008-ci ilin iyul ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və 21 dekabr 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan dörd uşaq doğulmuşdur-xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü Səmədova Nigar Cǝlal qızı, xx.xx.2017-ci il təvəllüdlü X9. Son dövrlərdə tərəflər arasındakı ailədaxili münasibətlər pozulduğuna görə, onlar aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və uşaqların saxlanması üçün aliment təyin edilməsi mübahisəsini həll etmək üçün könüllü olaraq mediasiyaya müraciət etmişlər. 22 iyul 2023-cü il tarixdə tərəflərlə mediasiya prosesi keçirildi və Tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlməmişlər. Lakin uşaqların ananın himayəsinə verilməsi və aliment təyin edilməsi mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər-tərəflərin birgə uşaqları X5, X8, X7 və X9 anaları Ərizəçi yanında saxlanılmaqla onun himayəsinə verilmiş, uşaqların saxlanması üçün hər bir uşaq üçün 50 (alli) manat sabit məbləğdə aliment müəyyən edilmiş, X5, X8, X7 və X9 yetkinlik yaşına çatana qədər, cari ilin iyul ayının 25-dən başlayaraq, gələn hər ayın 25-dək hər bir uşaq üçün 50 (ǝlli) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 25-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 25 iyul 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 22 iyul 2023-cü il tarixli, MŞL/MT014/2023-01761 nömrəli barışıq sazişi təsdiq edilsin. 25 iyul 2023-cü ildən başlayaraq Maraqlı şəxs 10 may 2009-cu il təvəllüdlü X1, 04 iyun 2010-cu il təvəllüdlü X4, 24 mart 2013-cü il təvəllüdlü X2 və 05 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3151/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3151/2023
08.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver