Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3183/2024 27.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, uşaqları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 17:00-dək ünsiyyətdə olmağının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxsla xx.xx.2010-cu ildə nikaha daxil olmuşdur və birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə uzun müddət birgə yaşamışlar, lakin sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Maraqlı şəxsla aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtinə əsasən uşaqlar atanın yanında qalmış və uşaqları ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 17:00-dək ünsiyyətdə olmağına dair razılığa gəlmişlər. X6 barışıq sazişinin şərtlərini icra etməmiş, uşaqlarla görüşməyinə şərait yaratmamışdır. Barışıq sazişi mediasiya orqanında bağlanmış, o və Maraqlı şəxs sazişin şərtlərini özləri könüllü olaraq müəyyənləşdirmişlər və mediatorda sazişi təsdiq etmişdir. Lakin Maraqlı şəxs hazırda sazişin şərtlərini icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 31 oktyabr 2010-cu ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 16 fevral 2012-ci ildə Masallı rayonu, 1-ci Yeddioymaq kədnində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-1216/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 25 noyabr 2010-cu il tarixdə Masallı rayon Yeddioymaq ərazi nümayəndəliyində bağlanmış, 38 saylı nikah pozulması, 31 oktyabr 2010-cu il təvəllüdlü X3 və 16 fevral 2012-ci il təvəllüdlü X4 ataları Maraqlı şəxs yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli, MŞM/MT036/2024-00158 nömrəli Barışıq Sazişindən görünür ki, birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxsdur. Tərəflər 2009-cu ilin iyun ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və 25 noyabr 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan iki uşaq doğulmuşdurxx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4. Son dövrlərdə Tərəflər arasındakı ailədaxil münasibətlər korlandığı üçün ayrılmışlar və hal-hazırda ayrı-ayrı ünvanlarda yaşayırlar. Ona görə də Maraqlı şəxs nikahın pozulması və uşaqların atanın yanında qalması mübahisəsi üzrə mediasiya prosesi keçirilməsindən ötrü ilkin mediasiya sessiyası üçün ərizə ilə mediasiyaya müraciət etmişdir. 01 mart 2024-cü il tarixdə Tərəflərlə həmin mübahisə üzrə ilkin mediasiya sessiyası keçirildi və ilkin mediasiya sessiyası zamanı Tərəflər tələblərinin həcmini artıraraq, uşaqlarla ünsiyyətdə olmaq mübahisəsi üzrə də mediasiya prosesinin keçirilməsini tələb edərək, tam mediasiya sessiyasına keçmək barədə qərar qəbul etdilər. Tam mediasiya prosesi zamanı Tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlmədilər. Lakin uşaqların atanıın yanında qalması və uşaqlarla ünsiyyətdə olmaq mübahisəsini həll edərək aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər-Tərəflər uşaqların atalarının yanında qalmaq istədiklərini bildirmələrini və uşaqların anaları Ərizəçi da uşaqların atalarınin yanında qalmalarına razılıq verməsini nəzərə alaraq, onların birgə uşaqları X3 və X4 ataları Maraqlı şəxs himayəsinə verilməklə onun yanında qalır. 2.2. Maraqlı şəxs uşaqların saxlanması üçün Ərizəçi aliment tələb etmir və uşaqlar yetkinlik yaşına çatanadək Ərizəçi qarşı aliment tələbi iddiası qaldırmayacağını öhdəsinə götürmüşdür. Ərizəçi hər həftənin şənbə günü saat 10:00-da uşaqları X3 və X2 ataları Maraqlı şəxs təhvil alıb özü ilə aparır və ertəsi bazar günü saat 17:00-da geri qaytararaq Maraqlı şəxs təhvil verməyi razılaşdırılmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 01 mart 2024-cü il tarixli, MŞM/MT036/2024-00158 nömrəli barışıq sazişi təsdiq edilsin. Ərizəçi övladları 31 oktyabr 2010-cu il təvəllüdlü X3 və 16 fevral 2012-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 17:00-dək ünsiyyətdə olmaq üçün vaxt müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3183/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3183/2024
27.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver