Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3199/2023 08.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs X7 ilə 31 iyul 2023-cü ildə mediasiya prosesində imzalanmış MŞL/MT014/2023/MŞL-01864 saylı barışıq sazişinin təsdiq edilməsi, İsrafll İsrafilovdan birgə nikahlarından olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 360 manat onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2007-ci ilin iyul ayında el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuşdur. Nikahları isə 09.02.009-cu il tarixdə Masallı rayon İHB-nin Ərkivan ərazi nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə Xədicə, Rüqayyə, Amin əvə Əyyub adlı dörd uşaqları olmuşdur. Maraqlı şəxs son vaxtlar uşaqların saxlanılmasına köməklik etmədiyindən aliment tələbi ilə bağlı Mediasiya Şurasma müraciət etmişdir. Maraqlı şəxs ilə 31 iyul 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023/MŞL-01864 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə İsrafıl İsrafılov yuxarıda göstərilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 360 manat alimenti ona ödəməli, alimentin köçürülməsi cari ilin avqust ayının 1-dən başlayaraq hər ayın 1-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs ilə barışıq sazişini cari ilin iyul ayının 31-də imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Belə ki, İsrafıl İsrafılov alimenti ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə 31 iyul 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-01864 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasmı məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 04 fevral 2009-cu il tarixdə Masallı rayon Ərkivan ərazi nümayəndəliyində 14 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Firudinli soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 01 yanvar 2009-cu ildə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 27 iyun 2010-cu ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 05 avqust 2011-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X11 11 oktyabr 2014-cü ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 01 yanvar 2009-cu il tarixdə Ərizəçi doğulmuş X2 atası hesab edilmiş və xx.xx.2021ci ildə 435 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01864 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2009-cu il tarixli nikahın davam etdirilməsinə razı olmamışlar. Tərəflər xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X12 anası Ərizəçi yanında saxlanılmasına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X12 adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 90 manat olmaqla, dörd uşağa görə 360 manat aliment pulunu X13 ödəməsinə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi 2023-cü ilin avqust ayının 01-dən başlayır və hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 01 avqust 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 31 iyul 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01864 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 avqust 2023-cü ildən başlayaraq Maraqlı şəxs 01 yanvar 2009-cu il təvəllüdlü X2, 27 iyun 2010-cu il təvəllüdlü X1, 05 avqust 2011-ci il təvəllüdlü X3 və 11 oktyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3199/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3199/2023
08.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver