Məhkəmə qərarları › İş №2(050)-320/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-320/2025

14.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-320/2025 14.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı Soltan qızının, Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin digər cavabdehlərin nümayəndəsi Vəkil və Cavabdeh3 iştirakları ilə, İddiaçı Soltan qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh1 ilə toy edib və onun yaşadığı ünvanda olan evə 17 iyul 2017-ci il tarixində gəlin köçmüşdür. Adı gedən evə cehiz əmlakı yerləşmişdir. Bir müddət mehriban yaşadıqdan sonra ailə münasibətləri günü-gündən pisləşmiş və onu 07 iyul 2024-cü il tarixdə evdən qovmuşlar. Hal-hazırda Masallı rayonu Musaküçə kəndində atası Soltanın evində qalır və onun evdən çıxarkən cehiz əmlakı, qızılları onların yəni cavabdehlərin evində qalmışdır və o, bununla bağlı Mediasiya təşkilatına barışıq sazişiylə müraciət etsə də, cavabdeh xx.xx.2024-cü il tarixində Mediasiyaya gəlməmiş, o cehiz əmlakının, qızıl zinət əşyalarının sahibliyini itirmişdir. Cavabdeh onu evə buraxmır. O, məcbur qalaraq cavabdehin qeydiyyatda olduğu Masallı Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Cehiz əmlakın ümumi dəyəri 2800 manat olan 1 ədəd taxt, stol, 8 ədəd stul, 1 ədəd termo güzgü, 2 ədəd tumba, dəyəri 80 manat olan 1 ədəd 2 nəfərlik adyal, dəyəri 60 manat olan 1 ədəd tək adyal, dəyəri 60 manat olan 1 ədəd lüstur, dəyəri 20 manat olan qarniz bəzəkləri, dəyəri 40 manat olan 1 ədəd ütü masası, dəyəri 40 manat olan 1 ədəd ütü, dəyəri 200 manat olan 1 ədəd tozsoran, dəyəri 30 manat olan 1 ədəd divar saatı, dəyəri 60 manat olan 12 ədəd dəsmal, dəyəri 30 manat olan 1 ədəd hamam dəsti, dəyəri 35 manat olan 1 ədəd stolüstü örtük, dəyəri 50 manat olan 1 ədəd təkərli çamadan, dəyəri 20 manat olan 2 ədəd konfet qabı, dəyəri 14 manat olan 2 ədəd külqabı, dəyəri 18 manat olan 12 ədəd xrustal stəkan, dəyəri 20 manat olan 4 ədəd fincan, dəyəri 30 manat olan armudu stəkan dəsti, dəyəri 20 manat olan blender tək, dəyəri 40 manat olan blender cüt, dəyəri 50 manat olan 2 dəst yemək qabı böyük, dəyəri 30 manat olan 6 ədəd çini qablar, dəyəri 20 manat olan sac tava, dəyəri 25 manat olan souz tava, dəyəri 25 manat olan balaca qazan, dəyəri 30 manat olan ütü feni, dəyəri 1440 manat olan sep 12 qram 585 əyar, dəyəri 720 manat olan qolbaq 6 qram 585 əyar, dəyəri 480 manat olan üzük 40 qram 585 əyar, dəyəri 980 manat olan sırğa 8 qram 585 əyar, dəyəri 600 manat olan 5 qaşlı üzük 5 qram 585 əyar, sarı qızıllar- dəyəri 850 manat olan sep 8,5 qram 585 əyar, dəyəri 600 manat olan sırğa 6 qram 585 əyar, dəyəri 300 manat olan üzük 3 qram 585 əyar, dəyəri 250 manat olan üzük 5 qram 585 əyar, dəyəri 350 manat olan üzük 3,5 qram 585 əyar, dəyəri 400 manat olan üzük 4 qram 585 əyar, dəyəri 400 manat olan türk qolbağı 4 qram 585 əyar əşyalardan ibarət ibarətdir. İddiaçının tələbi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi dəyəri 2800 manat olan 1 ədəd taxt, stol, 8 ədəd stul, 1 ədəd termo güzgü, 2 ədəd tumba, dəyəri 80 manat olan 1 ədəd 2 nəfərlik adyal, dəyəri 60 manat olan 1 ədəd tək adyal, dəyəri 60 manat olan 1 ədəd lüstür, dəyəri 20 manat olan qarniz bəzəklər, dəyəri 40 manat olan 1 ədəd ütü masası, dəyəri 40 manat olan 1 ədəd ütü, dəyəri 200 manat olan 1 ədəd tozsoran, dəyəri 30 manat olan 1 ədəd divar saatı, dəyəri 60 manat olan 12 ədəd dəsmal, dəyəri 30 manat olan 1 ədəd hamam dəsti, dəyəri 35 manat olan 1 ədəd stolüstü örtük, dəyəri 50 manat olan 1 ədəd təkərli çamadan, dəyəri 20 manat olan 2 ədəd konfet qabı, dəyəri 14 manat olan 2 ədəd külqabı, dəyəri 18 manat olan 12 ədəd xrustal stəkan, dəyəri 20 manat olan 4 ədəd fincan, dəyəri 30 manat olan armudu stəkan dəsti, dəyəri 20 manat olan blender tək, dəyəri 40 manat olan blender cüt, dəyəri 50 manat olan 2 dəst yemək qabı böyük, dəyəri 30 manat olan 6 ədəd çini qablar, dəyəri 20 manat olan sac tava, dəyəri 25 manat olan souz tava, dəyəri 25 manat olan balaca qazan, dəyəri 30 manat olan ütü feni, dəyəri 1440 manat olan sep 12 qram 585 əyar, dəyəri 720 manat olan qolbağ 6 qram 585 əyar, dəyəri 480 manat olan üzük 40 qram 585 əyar, dəyəri 980 manat olan sırğa 8 qram 585 əyar, dəyəri 600 manat olan 5 qaşlı üzük 5 qram 585 əyar, sarı qızıllar- dəyəri 850 manat olan sep 8,5 qram 585 əyar, dəyəri 600 manat olan sırğa 6 qram 585 əyar, dəyəri 300 manat olan üzük 3 qram 585 əyar, dəyəri 250 manat olan üzük 5 qram 585 əyar, dəyəri 350 manat olan üzük 3,5 qram 585 əyar, dəyəri 400 manat olan üzük 4 qram 585 əyar, dəyəri 400 manat olan türk qolbağı 4 qram 585 əyar əşyalardan ibarət cehiz və qızıl-zinət əşyaları, onlar mövcud olmadıqda isə dəyəri kimi 1127 manat pulun və 130 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Soltan qızı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmədə baxılan iddia tələbi üzrə cehiz əşyalarından yataq dəstinə aid olan 1 ədəd taxt, 1 ədəd güzgülü termo, 2 ədəd tumba, 1 ədəd şifoner, qarniz, divar saatı, qızıl-zinət əşyalarından nişan üzüyü hissəsində iddia tələbini müdafiə edir, qalan hissədə iddia tələbindən imtina etdiyini bildirmişdir. Cavabdehlərin iddiaya münasibəti: Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ilə 2019-cu ildə ailə qurmuş və iddiaçı onun valideynlərinin evinə gəlin köçmüşdür. İddiaçı gəlin köçərkən valideynlərinin maddi imkanı olmadığı üçün çox cehiz gətirə bilməmiş, sadəcə yataq dəsti gətirmiş, həmin mebel dəstinin 2000 manatını iddiaçının valideynləri, 1500 manatını isə cavabdehin valideynləri ödəmişdir. Hətta evlərində olan köhnə mebelləri mətbəx mebeli, qaz üstü pilitəsi, aspirator və jurnalni masasını atası iddiaçının evində əşya olmadığı üçün onların evinə hədiyyə etmişdir. İddiada qeyd olunmuşdur ki, 8 ədəd stul və stolu iddiaçı gətirmişdir, lakin həmin əşyaları atası toydan sonra onlar üçün almış və hazırda da istifadələrindədir. Həmin əşyaların iddiaçıya aidiyyəti yoxdur. Həmçinin, ütü, tozsovuran, digər ev əşyaları, qabları, dəsmalları və digər əşyaları anası almışdır, yəni həmin əşyaların da iddiaçıya aidiyyəti yoxdur. Anası həmin əşyaları ev üçün almışdır, iddiaçının heçnəyi olmamışdır. Əşyaları anası öz evində istifadə etmək üçün almışdır. Anası həmin əşyaları iddiaçı üçün almamışdır ki, hazırda iddiaçı onları tələb edir. Həmçinin, iddiaçının gətirdiyi bir neçə stəkan və başqa əşyalar sonradan aparılmışdır. Qızıllardan iddiaçının valideynləri tərəfindən verilmiş cəmi 1 dəst komplekt olmuş, o da 1500 manata təzə bazardan alınmış, bundan başqa italyanski sırğa, sep və üzük hədiyyə olunmuş, onlar da hamısı iddiaçının uşağa görə xəstəliyi ilə bağlı müalicə olunduğu üçün birgə razılıq əsasında satılmışdır. İddiaçının təkcə nişan üzüyü onlardadır və onu verməyə razıdırlar. Ailə qurduqları vaxtdan iddiaçı uşağa görə müalicə olunmuş, Bakı şəhərində 20000 manatdan çox xəstəxanalara xərc çəkilmiş, təkcə Tibb Universitetində Arzu həkimin qəbuluna 2000 manata yaxın xərc çəkilmişdir. Digər özəl xəstəxanalarda müalicə olunmuş, lakin nəticəsi olmamışdır. Qeyd edilən xərclər qarşısında 1500 manat dəyəri olan qızılların iddiaçıya görə satılması realdır. Həmin pul vəsaiti cavabdehin xəstəliyi ilə bağlı onun özü üçün sərf olunmuşdur. Həmin pulun təkrarən ondan tələb olunması əsassızdır. Bundan başqa, qızılların dəyərindən görünür ki, qızıllar real deyil, iddiaçının o qədər qızılı heç vaxt olmamışdır və ola da bilməzdi. Qızılların qiyməti ilə bağlı mütəxəssis rəyi də iddia ərizəsinə əlavə olunmamışdır. Ümumiyyətlə qızılların həqiqiliyi, mövcud real olması, hansı formada olması barədə heç bir sübut yoxdur, iddiaçı heç bir sübutu olmadan həmin qızılları və əmlakı tələb edir. Həmin qızılların 7370 manat olması mümkün deyildir, iddiaçının komplektinin qiyməti 1500 manat olmuşdur. Həmçinin, iddia ərizəsində göstərilən əşyaların qiyməti 3857 manat göstərilmiş, lakin hesabladıqda görünür ki, həmin əşyaların qiyməti həmin məbləğdə olmur. Bu da göstərir ki, iddiaçının tələbi konkret deyildir. İddiaçı tələb etdiyi əmlakların heç dəqiq siyahısını bilmir, həmçinin əmlakların dəyəri konkret bilinmir və qiymətlər də reallığı əks etdirmir. İddiaçı sübut etməlidir ki, həmin əmlaklar və qızıllar ona məxsus olmuşdur. Həmin əmlakların mövcudluğunun və iddiaçıya məxsus olmasının sübut olunması iddiaçının vəzifəsidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili, Vəkil məhkəmə iclasında yazılı ərizə təqdim edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs özünə və valideylərinə qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edir, iddianın yataq dəsti, yəni çarpayı, şifoner, termo, 2 ədəd tumba hissəsində, qarniz, divar saatı və qızı-zinət əşyalarından bir ədəd nişan üzüyü hissəsində təmin edilməsinə etirazı yoxdur. Şahid ifadələri: Məhkəmə iclasında Şahid qismində izahat verərək bildirmişdir ki, cavabdehlə qonşudur, həmçinin qohumluq münasibətləri də vardır. Qızıllardan komplekt və nişan üzüyünün alınması barədə məlumatı vardır. Toydan bir neçə gün öncə isə cehiz gələcəyi üçün evin bəzədilməsi məqsədilə toy evində olmuşdur. Cehizlər arasında aşağı keyfiyyətli yataq otağı dəsti, bir sıra kiçik ölçülü əşyalar olmuşdur. Ümumilikdə cehiz olaraq gözəçarpan böyük əşyalar çox olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(050)-8/2025 saylı qərardadının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən maraqlı şəxslər Cavabdeh1 və Cavabdeh3 yaşadığı evdə ümimi dəyəri 2800 manat olan 1 ədəd taxt, stol, 8 ədəd stul, 1 ədəd termo güzgü, 2 ədəd tumba, dəyəri 80 manat olan 1 ədəd 2 nəfərlik adyal, dəyəri 60 manat olan 1 ədəd tək adyal, dəyəri 60 manat olan 1 ədəd lüstür, dəyəri 20 manat olan qarniz bəzəklər, dəyəri 40 manat olan 1 ədəd ütü masası, dəyəri 40 manat olan 1 ədəd ütü, dəyəri 200 manat olan 1 ədəd tozsoran, dəyəri 30 manat olan 1 ədəd divar saatı, dəyəri 60 manat olan 12 ədəd dəsmal, dəyəri 30 manat olan 1 ədəd hamam dəsti, dəyəri 35 manat olan 1 ədəd stolüstü örtük, dəyəri 50 manat olan 1 ədəd təkərli çamadan, dəyəri 20 manat olan 2 ədəd konfet qabı, dəyəri 14 manat olan 2 ədəd külqabı, dəyəri 18 manat olan 12 ədəd xrustal stəkan, dəyəri 20 manat olan 4 ədəd fincan, dəyəri 30 manat olan armudu stəkan dəsti, dəyəri 20 manat olan blender tək, dəyəri 40 manat olan blender cüt, dəyəri 50 manat olan 2 dəst yemək qabı böyük, dəyəri 30 manat olan 6 ədəd çini qablar, dəyəri 20 manat olan sac tava, dəyəri 25 manat olan souz tava, dəyəri 25 manat olan balaca qazan, dəyəri 30 manat olan ütü feni, dəyəri 1440 manat olan sep 12 qram 585 əyar, dəyəri 720 manat olan qolbağ 6 qram 585 əyar, dəyəri 480 manat olan üzük 40 qram 585 əyar, dəyəri 980 manat olan sırğa 8 qram 585 əyar, dəyəri 600 manat olan 5 qaşlı üzük 5 qram 585 əyar, sarı qızıllar- dəyəri 850 manat olan sep 8,5 qram 585 əyar, dəyəri 600 manat olan sırğa 6 qram 585 əyar, dəyəri 300 manat olan üzük 3 qram 585 əyar, dəyəri 250 manat olan üzük 5 qram 585 əyar, dəyəri 350 manat olan üzük 3,5 qram 585 əyar, dəyəri 400 manat olan üzük 4 qram 585 əyar, dəyəri 400 manat olan türk qolbağı 4 qram 585 əyar əşyalardan ibarət əmlaklar siyahıya alınsın və həmin əmlakların üzərinə həbs qoyulması qərara alınmışdır. "xxxx" ASC-nin saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, əyyarı 750 olan 1,1 qr 1 ədəd kulon, 583 əyyarlı 7 qr 20 ədəd hil, 500 əyyarlı 3,7 qr 1 ədəd sep kordinal, 750 əyyarlı 4,1 qr 1 ədəd nişan üzüyü, 585 əyyarlı 6,4 qr 2 ədəd üzüklər qotaz, 500 əyyarlı sırğalar 2 cüt, 585 əyyarlı 2,6 qr 1 ədəd kulon, 375 əyyarlı 1,5 qr 1 ədəd üzük kredit və ona hesablanmış faizlərin təminatı kimi girova qoyulmuşdur. xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 2022-ci ildə özünə məxsus 14600 qram çəkidə sırğa, üzük, qolbaq və kolye sepdən ibarət komplekt qarnitur dəstini 1200 manata və sırğa, üzük, sep, klondan ibarət qızılları 680 manata ona satmışdır. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00868 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, tərəflər arasında razılıq əldə edilməmişdir. 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Mütəxəssis rəyindən görünür ki, bir ədəd, 585 əyyarlı 12 qram çəkidə sep 1200 manat dəyərində, bir ədəd, 585 əyyarlı 6 qram çəkidə qolbaq 600 manat dəyərində, bir ədəd, 585 əyyarlı 4 qram çəkidə üzük 380 manat dəyərində, bir ədəd, 585 əyyarlı 8 qram çəkidə sırğa 800 manat dəyərində, bir ədəd, 585 əyyarlı 5 qram çəkidə qaşlı üzük 500 manat dəyərində, bir ədəd, 585 əyyarlı 8,5 qram çəkidə sep 800 manat dəyərində, bir ədəd, 585 əyyarlı 6 qram çəkidə sırğa 550 manat dəyərində, bir ədəd, 585 əyyarlı 3 qram çəkidə sep 270 manat dəyərində, bir ədəd, 585 əyyarlı 5 qram çəkidə üzük 450 manat dəyərində, bir ədəd, 585 əyyarlı 3,5 qram çəkidə üzük 300 manat dəyərində, bir ədəd, 585 əyyarlı 4 qram çəkidə üzük 370 manat dəyərində və bir ədəd, 585 əyyarlı 4 qram çəkidə türk qolbağı 380 manat dəyərində, cəmi 6600 manat dəyərində qiymətləndirilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 130 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4. mülkiyyətin toxunulmazlığı Mülki qanunvericiliyin prinsiplərindəndir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-cil tarixli Qərarında qeyd edilir ki; Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İşə baxan məhkəmənin mövqeyi: Mülki işə məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçıya toy mərasimi zamanı qızıl-zinət əşyaları və cehiz əmlakları hədiyyə edilmişdir. Qeyd edilən əmlakları gəlin köçərkən hazırda cavabdehin yaşadığı evə aparmışdır və həmin əşyaların geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında cavabdeh tərəf iddiaçı tərəfindən təqdim edilmiş sonuncu dəqiqləşmədəki tələblə razı olduqlarını və həmin siyahıda adları qeyd edilmiş əşyaları geri qaytarmağa etiraz etmədiklərinə dair etirafecidi ifadə vermiş, buna dair ərizə təqdim edərək öz yazılı iradə ifadəsini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yataq dəsti, yəni çarpayı, şifoner, termo, 2 ədəd tumba hissəsində, qarniz, divar saatı və qızıl-zinət əşyalarından bir ədəd nişan üzüyü alınaraq, İddiaçı verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq aşağıdakı kimi müəyyən edilsin. Dövlət rüsumuna görə ödənilmiş 130 manat məbləğin 50 % hissəsi olan 65 manat müştərək qaydada cavabdehlərdən tutulsun, qalan məbləğ olan 65 manat iddiaçının özünə aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yataq dəsti, yəni çarpayı, şifoner, termo, 2 ədəd tumba hissəsində, qarniz, divar saatı və qızıl-zinət əşyalarından bir ədəd nişan üzüyü alınaraq, İddiaçı verilsin. Ödənilmiş 130 manat dövlət rüsumunun 50 % hissəsi olan 65 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin, qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar