Məhkəmə qərarları › İş №2(050)-3204/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3204/2023

06.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3204/2023 06.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət oğlunun katibliyi ilə. Ərizəçi qızının maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesində bağlanmış 08 avqust 2023-cü il tarixli, MŞL/MT 014/2023-01928 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat, cəmi 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2015-ci ildə el adəti ilə toy etməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2019-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar. Daha sonra o, mediasiya orqanına müraciət etmiş və xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən hər uşaq üçün 50 manat, cəmi 200 manat alimentin ödənilməsi barədə razılaşmışlar. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək alimenti ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.2015-ci ildə, X7 xx.xx.2017-ci ildə, X6 xx.xx.2019-cu ildə, X8 xx.xx.2021-cu ildə doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01928 nömrəli Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2019-cü il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X4 uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 50 manat, cəmi 200 manat aliment pulunu Ərizəçi ödəməsi barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi 25 iyul 2023-cü il tarixdən başlayaraq hər ayın 25-dək Maraqlı şəxs tərəfindən Ərizəçi qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 25-dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 28 avqust 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 09 sentyabr 2015-ci il təvəllüdlü X1, 05 iyul 2017-ci il təvəllüdlü X3, 24 yanvar 2019cu il təvəllüdlü X2 və 18 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 50 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınaraq Ərizəçi qızına ödənilməsi barədə 08 avqust 2023-cü il tarixli, MŞL/MT 014/2023-01928 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə görə aliment 25 iyul 2023-cü il tarixdən başlayaraq hər ayın 25-dək ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar