Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3205/2023 06.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət oğlunun katibliyi ilə. Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01861 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X2, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə cəmi 90 manat, cəmi 180 alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2020-ci ildə el adəti ilə toy etməklə ailə həyatı qurmuş. Birgə nikahlarından 14 yanvar 2021-ci il təvəllüdlü X4, 21 oktyabr 2022-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar. Daha sonra o, mediasiya orqanına müraciət etmiş və 13 iyul 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən 01 iyul 2023-cü il tarixdən başlayaraq, hər ayın 20-də hər uşaq üçün 90 manat, cəmi 180 manat aliment ödənilməsi barədə razılaşmışlar. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetiməyərək alimenti ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL- 01861 saylı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 xx.xx.2021-ci ildə, X3 xx.xx.2022-ci ildə doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci ildə X1 atası Maraqlı şəxsdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01681 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəlüdlü X1 uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, cəmi 180 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2023-cü ilin iyul ayının 01-dən başlamaqla, hər ayın 20-də gün ərzində nağd qaydada, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 20-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 yanvar 2021-ci il təvəllüdlü X2 və 21 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi barədə 13 iyul 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01681 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə görə alimentin tutulması 01 iyul 2023-cü il tarixdən başlayaraq, hər ayın 20-də nağd qaydada, köçürmə yolu ilə poçt və bank vasitəsi ilə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3205/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3205/2023
06.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver