Məhkəmə qərarları › İş №2(050)-3221/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3221/2025

29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3221/2025 29.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1987-ci il təvəllüdlü X4 xx.xx.2025-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd edilən ünvanda yaşayır. X2 xx.xx.1987-ci ildə anadan olmuşdur, lakin xx.xx.2025-ci ildə keçirtmiş olduğu xəstəlikdən vəfat etmişdir. Qardaşı X1 rayon Xirmandalı kənd qəbirsanlığında dəfin olunmuşdur. Mərhum X2 vəfat edərkən ölümü barədə təcili yardıma məlumat verilməmişdir. Buna görə mərhumun ölümü qeydiyyata alınmamış qalmışdır. Buna görə də Masallı rayon Qeydiyyat şöbəsi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini verə bilməmişdir. Hazırda qardaşının ölüm haqqında şəhadətnaməsi bir sıra sənədlərin düzəldilməsində lazım olduğundan onu əldə edə bilmir. Odur ki, mərhum X2nun xx.xx.2025-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynı oğludur. Onun qardaşı mərhum X6 28 yanvar 1987-ci ildə doğulmuş və 17 avqust 2025-ci ildə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun balduzu oğludur. Onun qardaşı mərhum X6 28 yanvar 1987-ci ildə doğulmuş və 17 avqust 2025-ci ildə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında arayışdan görünür ki, 28 yanvar 1987-ci il təvəllüdlü X4 atası X9, anası X7r. doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1984-cü il təvəllüdlü Ərizəçi atası X9, anası X7r. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05 sentyabr 2025-ci il tarixli, 18-1-60/2-Ə-754-31-847/2025 nömrəli arayışdan görünür ki, X4 ölməsi barədə Masallı MRX PHŞ-də hər-hansı bir məlumat aşkar olunmamışdır. Masallı Regional “ASAN Xidmət” X3 rəyindən görünür ki, X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşin halları ilə müəyyən olunur ki, X1 rayonu, Xırmandalı kəndində 28 yanvar 1987-ci ildə doğulmuş, 17 avqust 2025-ci ildə vəfat etmiş və kənd qəbirastanlıqda dəfn olunmuşdur. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 17 avqust 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 28 yanvar 1987-ci il tarixdə anadan olmuş X4 17 avqust 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 yanvar 1987-ci il tarixdə anadan olmuş X4 17 avqust 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar