Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3242/2025 03.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası, 06 avqust 1971-ci il təvəllüdlü X5 05 iyun 2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, anası, 06 avqust 1971-ci il təvəllüdlü X8 05 iyun 2019-cu il tarixdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar və qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmişdir. Bu səbəbdən də, ölümün rəsmi qeydiyyatı aparılmamışdır. X17 05 iyun 2019-cu il tarixdə vəfat etsə də, meyit tibbi müayinədən keçirilmədiyi üçün bu barədə müvafiq qeydiyyat aparılmamış, nəticədə onun ölümü faktının qeydiyyatı başqa qaydada mümkün olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən belə hallarda həmin faktın müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilə bilər. Bu faktın müəyyən olunması X17dan qalmış miras əmlakda payların müəyyənləşdirilməsi üçün zəruridir.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək 06 avqust 1971-ci ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş mərhum anası X5 05 iyun 2019-cu tarixdə Masallı rayonu, Xırmandalı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, X8 bacısı, Ərizəçi bacısı oğludur. Bacısı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 2019-cu ildə vəfat etmişdir. Bacısı Xırmandalı kənd qəbristanlığında dəfn edilmişdir. Bacısının dəfn və yas mərasimində iştirak etmişdir.
6. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir.
İş materialları:
7. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 02 noyabr 2025ci il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X7 06 avqust 1971-ci ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, atası X9, anası X13 valideynləri kimi doğum haqqında akt qeydləri kitabında kitabında 11 avqust 1971-ci il tarixdə 121 № ilə qeyd edilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 02 noyabr 2025-ci il tarixli nikah haqqında arayışın surətindən görünür ki, X15 ilə X4 nikahı 12 noyabr 1990-cı il tarixdə Masallı rayon Xırmandalı kənd ərazi nümayəndəliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 39 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Musayeva” soyadını qəbul etmişdir.
8. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 09 sentyabr 2025-ci il tarixli doğum haqqında arayışından görünür ki, Ərizəçi xx xxxxxxxx 1995-ci ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, atası X15, anası X8 valideynləri kimi doğum haqqında akt qeydləri kitabında kitabında 29 sentyabr 1995-ci il tarixdə 89 № ilə qeyd edilmişdir.
9. Masallı RİHB-nın Xırmandalı kənd İƏD üzrə nümayəndəliyinin 10 aprel 2025-ci il tarixli 746 nömrəli arayışından görünür ki, xx xxxxxxxx 1995-ci il təvəllüdlü Ərizəçi Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır.
10. Masallı rayonu Xırmandalı bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş 10 aprel 2025ci il tarixli 80 nömrəli arayışdan görünür ki, 05 iyun 2019-cu il tarixdə vəfat etmiş anası X1 qəbristanlığında dəfn edilmişdir.
11. İş materiallarına əlavə edilən foto şəkildən görünür ki, baş daşının üzrində 06 avqust 1971-ci il tarixdə doğulmuş və 05 iyun 2019-cu il tarixdə vəfat edilmiş X5 məzarı təsvir edilmişdir.
12. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 03 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, X5 ölməsi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə hər-hansı bir müraciət daxil olmamışdır.
13. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin cavab məktubundan görünür ki, 10 sentyabr 2025-ci il tarixdə vətəndaş Ərizəçi vəfat etmiş anası X5 ölüm haqqında şəhadətnamənin alınması barədə ərizəsinə baxılmış və ərizəçiyə izah edilmişdir ki, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X11 Sistemi (EHİS) vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür və bu məlumat avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə daxil edilir. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın daxil olduğu iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölümün həmin ölkənin səlahiyyətli orqanlarında və ya konsulluq idarəsində qeydə alınmadığı hallarda, ölümün qeydiyyatı həmin ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Ərizədə göstərilmiş 05 iyun 2019-cu il tarixdə vəfat etmiş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 10 sentyabr 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama nəticəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda ərizəçi bildirmişdir ki, ölümün dövlət qeydiyyatının aparılması üçün tələb olunan ölüm haqqında tibbi şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim edə bilmir. Ona ölüm faktının müəyyən edilməsi haqqında yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ barədə izah olunmuşdur. İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən olundu ki, X8 06 avqust 1971-ci ildə anadan olmuşdur. X8 05 iyun 2019-cu il tarixdə ev şəraitində vəfat etmiş və Masallı rayonu, Xırmandalı kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, Ərizəçi ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunur.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
20. Göründüyü kimi X5 05 iyun 2019-cu il tarixdə Masallı rayonu, Xırmandalı kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X5 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.
Məhkəmə xərcləri:
21. Məhkəmə hesab edir ki, ərizəçi müharibə veteranı olmaqla dövlət rüsumu ödəməkdən azad olunduğundan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 06 avqust 1971-ci ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş X5 05 iyun 2019-cu il tarixdə Masallı rayonu, Xırmandalı kəndində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
23. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi: Ərizə təmin olunsun. 06 avqust 1971-ci ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş X5 05 iyun 2019-cu il tarixdə Masallı rayonu, Xırmandalı kəndində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov