Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-325/2025 13.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2021-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutulması barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuşlar. Ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2021-ci təvəllüdlü X6 adlı 1 nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmış və hazırda ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdeh uşaqlara baxmadığı üçün o, məcbur olub Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalandı. Bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən hər ayın 01-dən başlayaraq gün ərzində cavabdeh bir uşağın yetkinlik yaşınaq çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 200 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh oktyabr ayınadək aliment üzrə öhdəliklərini yerinə yetirmiş olsada oktyabr ayından alimenti ödəmir. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Həmişə olduğu kimi cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həmdə münasib iş yoxdur. Eləcədə uşaq puluda verilmir. Vəziyyəti çox çətindir. Bir nəfər uşağı maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarını nəzərə alıb məhkəməyə müraciət edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Masallı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(050)-2783/2023 saylı qətnaməsindən görünür ki, ərizəçi X1 Maraqlı şəxs qarşı xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01759 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)-2784/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, X4 ilə Maraqlı şəxs arasında 27 mart 2019-cu il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 186 saylı nikahın pozulması, 14 fevral 2021-ci il il təvəllüdlü X3 anası X1 yanında saxlanılması qət edilmişdir. doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 14 fevral 2021-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01759 saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi hər ay 200 manat aliment pulun X2 ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2023-cü ilin avqust ayından başalayaraq hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 20 iyul 2023-cü il tarixli, MŞL/MT014/2023-01759 saylı barışıq sazişi təsdiq edilsin. 01 avqust 2023-cü ildən başlayaraq Maraqlı şəxs xx.xx.2021-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-325/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-325/2025
13.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver