Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3284/2023 15.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023/MŞL-02132 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatandək saxlanılması üçün hər ay hər bir uşağa görə 90 manat, iki uşağa görə cəmi 180 manat alimentin Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2020-ci ildə faktiki nikaha girərək ailə qurmuşdur. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə faktiki nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 adlı iki nəfər uşaqları olmuşdur. Hər iki uşağın atalığı müəyyən edilmişdir. Bir müddət yaşdıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra Sadiq uşaqlara baxmamış və uşaqların xərclərini qarşılmamışdır. Sadiq hazırda işləyir və aylıq gəliri vardır. Sadiqlə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023/MŞL-02132 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, iki uşağa görə cəmi 180 manat məbləğində aliment pulunu ona ödəyəcəkdir. Alimentin ödənilməsini isə hər ayın 30 da edəcəkdir. Lakin Maraqlı şəxs ilə barışıq sazişi imzaladıqları 21 avqust 2023-cü il tarixdən (30 avqust 2023-cü il tarixdən başlanılmaqla) bu günə kimi alimenti ona ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023/MŞL-02132 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maralı şəxs Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, hazırda işləmədiyindən barışıq sazişi üzrə alimenti ödəməkdə çətinlik çəkir. Lakin barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 27 iyun 2022-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 13 iyul 2023-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 27 iyun 2022-ci il tarixdə Ərizəçi doğulmuş X2 atası hesab edilmiş və xx.xx.2022-ci ildə 395 nömrə ilə qeydə alınmışdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 13 iyul 2023-cü il tarixdə Ərizəçi doğulmuş X1 atası hesab edilmiş və xx.xx.2023-cü ildə 420 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli, MŞL/MT104/2023/MŞL-02132 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat, iki uşağa görə 180 manat aliment anaları Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin hesablanması 2023-cü ilin avqust ayının 30dan başlamaqla, hər ayın 30-da, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 30-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 30 avqust 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 21 avqust 2023-cü il tarixli, MŞL/MT104/2023/MŞL-02132 nömrəli barışıq sazişi təsdiq edilsin. 30 avqust 2023-cü ildən başlayaraq Maraqlı şəxs 27 iyun 2022-ci il təvəllüdlü X2 və 13 iyul 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3284/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3284/2023
15.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver