Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3288/2025 26.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: Masallı şəhəri, X10 küçəsi, ev 15 ünvan sakini Maraqlı şəxs ilə xx.xx.2008-ci il tarixdə el adəti ilə faktiki ailə həyatı qurmuş, Masallı rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu ildə 278 nömrə ilə nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı üç uşaqları olmuşdur. Cavabdehlə bir müddət ailədə mehriban yaşasalar da, sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. Belə ki, xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2025-00521 saylı Barışıq Sazişi imzalayaraq, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat, 2026cı ilin mart ayından isə hər bir uşağa görə 160 manat olmaqla, cəmi 480 manat məbləğində alimentin ona verilməyinə razılaşaraq, barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, Maraqlı şəxs bugünkü günə qədər imzaladığı barışıq sazişinə əsasən götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, Maraqlı şəxs ilə aralarında olan xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2025-00521 saylı Barışıq Sazişinin təsdiq edilməsi, Maraqlı şəxs üç nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat, 2026-cı ilin mart ayından isə hər bir uşağa görə 160 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat məbləğində aliment pulunun alınıb ona verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin tələbi: Maraqlı şəxs, Maraqlı şəxs ilə aralarında olan xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında başlanmış MŞM/MT036/2025-00521 saylı Barışıq Sazişinin təsdiq edilməsi, Maraqlı şəxs üç nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat, 2026-cı ilin mart ayından isə hər bir uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat məbləğində aliment pulunun alınıb ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞM/MT036/2025-00521 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişində tərəflər aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər:
1. xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları 1-ci X1 yanında qalmaqla onun himayəsinə verilir.
2. xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin iyul ayından başlayaraq, 2026-cı ilin fevral ayınadək hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat, 2026-cı ilin mart ayından isə hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat məbləğində alimenti anaları 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya bank kartı hesabına ödəməyi öhdəsinə götürür.
3. Birinci tərəf Ərizəçi məxsus qzıl zinət əşyaları (iki qızıl boyunbağı, 1 uşaq sırqası, 1 halqa sırqa, 2 üzük) 2-ci X3 tərəfindən banka girov qoyularaq, 2028-ci ilədək bankda girov saxlanıldığı üçün, girov müddəti bitdikdən sonra 2-ci X3 həmin qızıl əşyalarını 1-ci tərəf Ərizəçi qızma qaytarmağı öhdəsinə götürür.
4. 1-ci Tərəf Ərizəçi ona məxsus olan cehiz əşyalarını nəqliyyat xərcləri öz hesabına olmaqla 2025-ci ilin sentyabr ayının 30-dək evdən çıxarmağı öhdəsinə götürür. Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommmersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadının:
35. barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir.
39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1).
47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞM/MT036/2025-00521 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin. “xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin iyul ayından başlayaraq, 2026-cı ilin fevral ayınadək hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat, 2026-cı ilin mart ayından isə hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat məbləğində alimenti anaları Ərizəçi nağd, poçt vasitəsilə və ya bank kartı hesabına ödəməyi öhdəsinə götürür” Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.
Hakim: Ellara Abbasova