Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3289/2023 15.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. Ərizəçi maraqlı şəxs Cavabdeh ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə xx.xx.2023cü ildə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, uşaqları 11 aprel 2017-ci il təvəllüdlü X2, 22 dekabr 2018-ci il təvəllüdlü X5 və 19 mart 2020-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri saat 14:00-dan 19:00-dək atanın iştirakı olmadan uşaqların yaşadığı ərazi üzrə görüşərək ünsiyyət hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 05 iyun 2017-ci ildə ailə qurmuş və birgə nikahlarından 11 aprel 2017-ci il təvəllüdlü X2, 22 dekabr 2018-ci il təvəllüdlü X5 və 19 mart 2020-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə uzun müddət birgə yaşamışlar, lakin sonradan münasibətləri pozulmuşdur. Cavabdehla aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalamışlar. Həmin sazişin şərtlərinə əsasən uşaqları ilə hər həftənin bazar günü saat 14:00-dan 19:00-dək atanın iştirakı olmadan istənilən vaxt görüşməyinə dair razılığa gəlmişlər. Lakin Cavabdeh barışıq sazişinin şərtlərinin şərtlərini icra etməmiş, uşaqlarla görüşməyinə şərait yaratmamışdır. Odur ki, Bakı şəhəri 14 saylı mediasiya orqanı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Məcidov Cavabdeh (Qurbanzadə) Gülnar Rafiq qızı ilə nikahlarını 05 iyun 2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər və 1665 saylı qeydiyyat aparılmışdır. Doğum haqqında arayışlardan görünür ki, X2 11 aprel 2017-ci ildə, X5 22 dekabr 2018-ci ildə və X6 19 mart 2020-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası Ərizəçidır. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi övladları 11 aprel 2017-ci il təvəllüdlü X1, 22 dekabr 2018-ci il təvəllüdlü X3 və 19 mart 2020-ci il təvəllüdlü X4 ataları Cavabdeh himayəsində qalmağa razılıq vermişdir. Ərizəçi uşaqları Ruqəyya Məcidova, Hüsen Məcidov və Həsən Məcidov ilə uşaqların yaşadığı ərazi üzrə (şəhər) daxilində hər həftənin bazar günləri saat 14:00-dan 19:00-dək atanın iştirakı olmadan və uşaqların təhsilinə mane olmamaq şərti ilə istənilən vaxt görüşməsinə ata Cavabdeh razılıq verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi uşaqlarla ünsiyyət üçün sazişin birinci tərəfinə şərait yaratmalı olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 06 sentyabr 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Bakı şəhəri 14 saylı Mediasiya orqanı tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə görə Ərizəçi uşaqları 11 aprel 2017-ci il təvəllüdlü X2, 22 dekabr 2018-ci il təvəllüdlü X5 və 19 mart 2020-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri saat 14:00-dan 19:00-dək atanın iştirakı olmadan uşaqların yaşadığı ərazi üzrə görüşərək ünsiyyət hüquq təmin edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3289/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3289/2023
15.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver