Məhkəmə qərarları › İş №2(050)-33/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-33/2024

21.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-33/2024 21.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz və birgə nikah dövründə əldə olunmuş əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh gəlin köçərkən ona hədiyyə kimi verilən cehiz əmlaklarının, olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 37857 manatın, toyunda və toyundan sonra ona hədiyyə olunan qızıl-zinət əşyalarının, olmadığı təqdirdə həmin əşyaların dəyəri olan 18205 manatın, birgə nikah dövründə əldə etdikləri əmlakların, olmadığı təqdirdə həmin əmlakların dəyərinin yarısı olan 10710 manatın, birgə nikah dövründə əldə etdikləri “Moskviç 21412” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin, birgə nikah dövründə inşa edib təmir etdikləri fərdi yaşayış evinin, həyətin tikinti və təmir xərclərinə çəkilmiş pulun yarısı olan 75000 manat pulun və ödənilmiş 518 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh mebel yataq dəsti termo və şifoner – 5200 manat, stenka komplekt – 1900 manat, Divan-kreslo – 2600 manat, Stol stul komplekt – 1400 manat, Jurnalni stol – 400 manat, 3 ədəd böyük Xalça – 1800 manat, 2 ədəd orta xalça - 800 manat, Xalça- taxt, divan, kreslo və stol üçün örtük – 210 manat, Taxt örtüyü iki ədəd – 140 manat, Divan örtüyü iki ədəd - 120 manat, Yorğan döşək taxt üçün – 180 manat, Yorğan döşək 5 dəst – 700 manat, Balış 12 ədəd böyük – 600 manat, Balış 4 ədəd balaca – 220 manat, Nalça 12 ədəd – 300 manat. Buxovni adyal taxt üçün 4 ədəd – 500 manat, Yorğan türk istehsalı taxt üçün – 170 manat, Buxovni adyal taxt üçün iri 1 ədəd – 210 manat, Yorğan türk istehsalı 4 ədəd – 360 manat, Duxovka 1 ədəd – 520 manat, Elektrik ətçəkən maşın bir ədəd – 320 manat, Blendr 1 ədəd – 230 manat, Ətçəkən maşın əl ilə - 110 manat, Əl-üz dəsmalı 15 dəst - 375 manat, Hamam dəsmalı qətifə 6 ədəd – 210 manat, Çay dəsmalı 12 dəst – 180 manat, Süfrə 7 ədəd 5 metrdən (7x5=35) – 525 manat, Stol üçün skater 6 ədəd – 270 manat, Jurnal stol üçün skater 4 ədəd – 180 manat, Mətbəxt dəsmalı komplekt – 30 manat, Skater dəsti – 340 manat, Ütü stolu – 80 manat, Xrustal bakal dəsti – 120 manat, Xrustal stəkan 36 ədəd – 540 manat, Qara nəlbəki 36 ədəd – 180 manat, Xrustal armudu stəkan 24 ədəd – 340 manat, Armudu stəkan üçün nəlbəki 24 ədəd – 120 manat, Sadə xrustal stəkan 36 ədəd – 150 manat, Sadə armudu stəkan 24 ədəd – 80 manat, Sadə nəlbəki armudu stəkan üçün 24 ədəd - 80 manat, Sadə stəkanın nəlbəkisi 36 ədəd – 120 manat, Dolça bagema 3 dəst – 270 manat, Dolça sadə 2 dəst – 160 manat, Çaynik 3 dəst – 510 manat, Çaynik çaşka ilə 3 dəst – 480 manat, Çaynik çaşka kofe üçün dəst – 350 manat, Obedniy servis 1 komplekt – 900 manat, Boşqab 1 dəst – 40 manat, Badələr 1 dəst – 60 manat, Bagema badə 1 dəst – 80 manat, Saxlama qabları 3 dəst çüyün – 30 manat, Saxlama şüşə qabları 1 dəst – 15 manat, Saxlama plastmas qabları 1 dəst – 12 manat, Nəlbəki stəkan 1 komplekt – 80 manat, Bulud 8 ədəd – 200 manat, Boşqab böyük 36 ədəd – 210 manat, Nimçə orta 36 ədəd – 210 manat, Nimçə 36 ədəd – 200 manat, Nimçə balaca 36 ədəd – 190 manat, Boşqa orta 36 ədəd – 200 manat, Nimçə orta 36 ədəd güllü - 200 manat, Boşqab orta 36 ədəd güllü – 200 manat, Boşqab sadə 20 ədəd – 120 manat, Qaşıq vilka bıçaq 2 şamadan – 720 manat, Qaşıq vilka bıçaq (3x36) böyük – 270 manat, Qaşıq vilka bıçaq (3x36) balaca – 240 manat, Bıçaq dəsti bir komplekt – 175 manat, Bıçaq qarışıq 20 ədəd – 135 manat, Tort üçün bulud tarelka 2 komplekt – 360 manat, Plov üçün bulud tarelka 2 dəst – 320 manat, Çaşka nəlbəki 2 dəst – 160 manat, Kasa 24 ədəd – 120 manat, Masqur 24 ədəd – 120 manat, Taxt üçü pastel 4 dəst – 320 manat, Tək kravat üçün pastel 3 dəst – 120 manat, Qazan 5 litr aliminium 1 ədəd – 150 manat, Qazan tefal 3 ədəd – 180 manat, Tefal tava 5 ədəd – 290 manat, Tefal stek tava 1 ədəd – 350 manat, Elektrik samovar 1 ədəd – 190 manat, Qazan nerjavik 1 dəst – 270 manat, Qazan çüyün 2 dəst – 260 manat, Qazan şüyün 6 ədəd – 170 manat, Tefal tava 1 komplekt – 250 manat, Nerjavik qazan sadə - 200 manat, Aliminium teşt böyük 1 ədəd – 100 manat, Aliminium ləyən 1 ədəd – 60 manat, Plasmas ləyən 5 ədəd – 50 manat, Şa süzən böyük 1 ədəd – 140 manat, Aş süzən balaca 3 ədəd – 210 manat, Kofe üyüdən makina 1 ədəd elektrik – 250 manat, Dəm çayniki 4 ədəd – 80 manat, Kəkbir aliminium 2 ədəd böyük – 80 manat, Kəkbir mis 2 ədəd – 110 manat, Meyvə qabları xrustal 2 ədəd – 200 manat, Meyvə qabı bagema 2 ədəd – 140 manat, Meyvə qabı sadə 4 ədəd – 200 manat, Xrustal konfet qabları 4 ədəd – 320 manat, Xrustal ləpə qabları 4 ədəd – 140 manat, Mürəbbə qabı xrustal 12 ədəd – 140 manat, Xrustal vaz 2 ədəd – 140 manat, Bagema vaz 1 ədəd – 90 manat, Qənd qabı sadə 4 ədəd – 140 manat, Çaynik çuqun 4 ədəd – 160 manat, Bakal sok üçün 18 ədəd – 50 manat, Şüşə qablar 3 ədəd – 60 manat, Şüşə qab duxovka üçün 1 ədəd – 50 manat, Şirniyyat qabları 3 mərtəbə 3 dəst – 100 manat, Şirniyyat qabları 6 ədəd – 70 manat, Potnis sini 6 ədəd – 120 manat, Patnos aliminium 3 ədəd – 120 manat, Patnos nikkel 3 ədəd – 150 manat, Patnos çuqun 1 ədəd – 90 manat, Konfet qabı yeni 2 dəst – 80 manat, Qənd qabı qapaqlı 2 dəst – 80 manat, Konfet qabı qara 2 ədəd – 80 manat. Aliminium kasturka 1 ədəd – 80 manat, Çuqun qazan dəsti böyük (rus) – 230 manat, Qranit qazan 1 ədəd – 100 manat, Çuyun sadə qazan 1 ədəd – 90 manat,Tökmə qazan böyük 1 ədəd – 45 manat,Tökmə qazan orta 1 ədəd – 40 manat,Tökmə qazan balaca 2 ədəd – 50 manat,Tökmə tavalar 3 ədəd – 75 manat,Çuqun qazan böyük 1 ədəd – 200 manat,Tökmə qazan böyük 1 ədəd – 90 manat, Toyuq doğramaq üçün qayçı 2 ədəd – 20 manat, Banka bağlayan 2 ədəd – 40 manat dəyərində olan cehiz əşyalarının, olmadığı təqdirdə ümumi dəyəri olan 37857 manat pulun, birgə nikah dövründə əldə etdikləri əmlakları olan Kuxna mebeli – 1600 manat, Künc divanı – 1800 manat, Stol stul komplekt – 540 manat, Paltaryuyan maşın – 800 manat, Plazma televizor – 600 manat, Ütü tefal – 250 manat, ətçəkən maşın – 260 manat, Tava tefal – 60 manat, Qoz tavası – 35 manat, DVD – 120 manat, Video kamera – 800 manat, Krosno (peyk anteni) – 180 manat, Soyuducu – 480 manat, Video – 140 manat, Qaz peçi Samsung – 560 manat, Qaz iki gözlü – 1200 manat, Asperator – 200 manat, Tək kravat 4 ədəd (4x260) – 1040 manat, Şifoner 2 ədəd (2x450) – 900 manat, Tefal termos 1 ədəd – 80 manat, Tefal çaynik 1 ədəd – 11 manat, Şirəçəkən tefal 1 ədəd – 280 manat, Tək kravat örtüyü 3 ədəd – 150 manat, Tək kravat pastellari 6 dəst – 180 manat, Qazan dəsti nikel – 500 manat, Qaşıq – bıçaq dəsti çanadan – 280 manat, Saç feni – 70 manat, Ütü fen – 80 manat, Mis qazan – 200 manat, Mis kəkbir – 40 manat, Qranit qazan balaca – 60 manat, Qranit qazan böyük – 70 manat, Stol künc divanı üçün – 250 manat, Bıçaq vilka qaşıq çamadan 1 dəst – 300 manat, Pastel dəsti taxt üçün 2 dəst – 140 manat, Pastel dəsti kravat üçün 4 dəst – 160 manat, Ariston su qızdırıcı 100 litrlik 1 ədəd – 355 manat, Kombu 1 ədəd – 1600 manat, Kombi aristonlu 1 ədəd – 2000 manat, Dəst stol-stul komplekt 3 dəst – 300 manat, Şiş 12 ədəd – 80 manat, Mikser 1 ədəd – 120 manat, Kombi radiatoru 17 ədəd – 2550 manat dəyərində olan əşyalarının yarısı, olmadığı təqdirdə ümumi dəyəri olan 21421 manat pulun yarısı 10710 manat pulun, toyunda və toyundan sonra ona hədiyyə olunan qızıl-zinət əşyaları-Boyunbağı 1 ədəd, 583 əyyarlı, 25 qram – 2250 manat, Boyunbağı 1 ədəd, 583 əyyarlı, 15 qram – 1350 manat, Komplekt brilyant 1 ədəd, 583 əyyarlı, 2 karat, 15 qram – 1700 manat, Nişan üzüyü 1 ədəd, 583 əyyarlı, 0.50 sot, 5 qram – 700 manat, Üzük 1 ədəd, 583 əyyarlı, 3.5 qram – 310 manat, Qəpik onluq (qulplu) 1 ədəd, 875 əyyarlı, 12 qram – 850 manat, Qolbaq 1 ədəd, 583 əyyarlı, 12 qram – 1080 manat, Qəpik 5-lik (qulplu) 1 ədəd, 875 əyyarlı, 4.25 – 450 manat, Boyunbağı tros 1 ədəd, 583 əyyarlı, 20 qram – 1800 manat, Boyunbağı kardinal 1 ədəd, 583 əyyarlı, 20 qram – 1800 manat, Üzük 1 ədəd, 583 əyyarlı, 2.5 qram – 225 manat, Sırğa 1 ədəd, 585 əyyarlı, 3 qram – 270 manat, Qolbaq 1 ədəd, 585 əyyarlı, 2.5 qram – 225 manat, Boyunbağı 1 ədəd, 583 əyyarlı, 10 qram – 900 manat, Boyunbağı 1 ədəd, 585 əyyarlı, 3 qram – 270 manat, Qolbaq 1 ədəd, 583 əyyarlı, 10 qram – 900 manat, Qolbaq 1 ədəd, 583 əyyarlı, 8 qram – 720 manat, Qolbaq 1 ədəd, 583 əyyarlı, 8 qram – 700 manat, Üzül 1 ədəd, 583 əyyarlı, 3.5 qram - 315 manat, Üzük brilyant 1 ədəd, 583 əyyarlı, 0.50 sot, 5 qram – 650 manat, Üzük 1 ədəd, 585 əyyarlı, 2.5 qram – 225 manat, Üzük 1 ədəd, 585 əyyarlı, 2.5 qram – 225 manat, Üzük 1 ədəd, 585 əyyarlı, 3 qram – 270 manat dəyərində olan əşyaların, olmadığı təqdirdə ümumi dəyəri 18205 manat pulun, birgə nikah dövründə inşa edib təmir etdiyikləri fərdi yaşayış evinin və həyətinin tikinti və təmir xərclərinə çəkilmiş 150000 (bir yüz əlli min) manat pulun yarısı olan 75000 (yetmiş beş min) manatın və həmçinin birgə nikah dövründə əldə etdikləri VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, VAZ 21043 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Jeep Hover markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin, QAZ 31105 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, VAZ 21074 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Moskviç 21412 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyərinin yarısının və ödənilmiş 518 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, nikahlarını isə 30 sentyabr 2003-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından Şaddıq, Qənirə, Gülcan və Zeynəb adlı dörd uşaqları doğulmuşdur. Həmin uşaqlardan Şaddıq və Qənirə adlı uşaqları ataları Cavabdehlə, digər uşaqları isə onunla yaşayırlar. Cavabdehlə ailədaxili münaqişələr səbəbindən faktiki olaraq ayrılmış və Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur. O, gəlin köçdüyü vaxt ona valideynləri, qohumları tərəfindən müxtəlif cehiz-əmlak və toy hədiyyəsi kimi həm onun valideynləri, qohumları, həm də cavabdehin qohumları tərəfindən qızı-zinət əşyaları verilmiş, lakin ailə münasibətləri kəsildikdən və onlar ayrıldıqdan sonra həmin əmlakları, eyni zamanda birgə nikah dövründə aldıqları əmlaklar cavabdehin evində qalmışdır. Cavabdehdən dəfələrlə əmlaklarını tələb etsə də, bu günə kimi ona qaytarmamışdır. Cavabdehdən tələb etdiyi əmlaklar tam olaraq iddia ərizəsində göstərilmişdir. Eyni zamanda cavabdehlə birgə nikah dövründə öz vəsaitləri (birgə qazancları) hesabına 2 mərtəbəli fərdi yaşayış evi tikmişlər və müxtəlif markalı avtomobillər əldə etmişlər. Hesab edir ki, həminin evin və avtomobillərin dəyərinin yarısı da alınıb ona verilməlidir. Bundan əlavə mediator Nizami Alışov tərəfindən təsdiq edilmiş 04 aprel 2023-cü il tarixli barışıq sazişinin məzmunu ona oxutdurulmadan imzalatdırılmışdır. O, cavabdehdən 18205 manat dəyərində qızıl-zinət əşyaları tələb etdiyi halda, qeyd olunan qaydada barışıq sazişi bağlaması mümkün deyildir. Həmin saziş tamamilə onun iradəsinə zidd şəkildə imzalatdırılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Uzun illərdir ailəli olmalarına baxmayaraq tez-tez aralarında münaqişələr yarandığı üçün ayrılmalı olmuşlar. İddiaçı ondan ayrılan zaman qızıl-zinət əşyalarının böyük hissəsini özü ilə aparmışdır. Eyni zamanda iddiaçıya hədiyyə edilmiş və hazırda tələb etdiyi qızıl-zinət əşyaları həmin çəkidə və dəyərdə olmamış, həmin qızıllar iddiaçının özündə olmuş və evdən gedərkən özü ilə aparmışdır. İddiaçıya hədiyyə olunmuş qızıl-zinət əşyalarının çox az hissəsi onun tərəfindən lombarda qoyulmuş, hazıradək imkanı olmadığı üçün götürə bilməmişdir. Bu hal, iddiaçı ilə aralarında bağlanmış və sonuncu tərəfindən təsdiq edilmiş 04 aprel 2023-cü il tarixli barışıq sazişində öz əksini tapmışdır. Həmçinin iddiaçıya gəlin gələrkən onun valideynləri tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarının bir qismini satılaraq onun əməliyyatına xərcləmişdir. Bundan başqa iddiaçının tələb etdiyi və iddia ərizəsində göstərilmiş cehiz əmlakları şişirdilmiş qaydada yazılmışdır. Belə ki, məhkəmənin qərarına əsasən icra məmurları tərəfindən siyahıya alınaraq üzərinə həbs qoyulmuş əmlaklar onların əvvəllər yaşadığı bacısına məxsus evdədir və iddiaçı istədiyi vaxt həmin əmlakları götürə bilər. İddiaçının iddia etdiyi ev onların birgə nikahı dövründə tikilsə də, birgə qazancları hesabına deyil, qardaşının vəsaiti hesabına anası və bacısı üçün tikilmiş və dövlət reyestrində də bacısının adına qeydiyyata alınmışdır. Bundan başqa iddiaçının tələb etdiyi avtomobillər birgə nikah dövründə müxtəlif vatlarda alınıb-satılmış və həmin pullar da ailə daxili ehtiyaclara xərclənmişdir. Göründüyü kimi iddiaçının tələbi tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarına əlavə edilimiş: -"xxxx" ASC tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli rəyindən görünür ki, 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağının qiyməti 2250 manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağının qiyməti 1350 manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı 2 karat, komplekt-briliyant qaşlı sırğa-üzük dəstinin qiyməti 1700 manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı, 0.50 sot, nişan üzüyünün qiyməti 700 manat, 1 ədəd 3.5 qramlıq, 583 əyyarlı, üzüyün qiyməti 310 manat, 1 ədəd 8.55 qramlıq, 875 əyyarlı onluq qəpiyin (qulplu) qiyməti 850 manat, 1 ədəd 12 qramlıq, 583 əyyarlı qolbağın qiyməti 1080 manat, 1 ədəd 4.25 qramlıq, 875 əyyarlı beşlik qəpiyin (qulplu) qiyməti 450 manat, 1 ədəd 20 qramlıq, 583 əyyarlı tros boyunbağının qiyməti 1800 manat, 1 ədəd 20 qramlıq, 583 əyyarlı kardinal boyunbağının qiyməti 1800 manat, 1 ədəd 2.5 qramlıq, 583 əyyarlı üzüyün qiyməti 225 manat, 1 ədəd 3 qramlıq, 585 əyyarlı sırğa dəstinin qiyməti 270 manat, 1 ədəd 2.5 qramlıq, 585 əyyarlı qolbağın qiyməti 225 manat, 1 ədəd 10 qramlıq, 583 əyyarlı boyunbağının qiyməti 900 manat, 1 ədəd 3 qramlıq, 585 əyyarlı boyunbağının qiyməti 270 manat, 1 ədəd 10 qramlıq, 583 əyyarlı qolbağın qiyməti 900 manat, 1 ədəd 8 qramlıq, 583 əyyarlı qolbağın qiyməti 720 manat, 1 ədəd 8 qramlıq, 583 əyyarlı qolbağın qiyməti 720 manat, 1 ədəd 3.5 qramlıq 583 əyyarlı üzüyün qiyməti 315 manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı 0.50 sot birliyant qaşlı üzüyün qiyməti 650 manat, 1 ədəd 2.5 qramlıq, 585 əyyarlı üzüyün qiyməti 225 manat, 1 ədəd 2.5 qramlıq, 585 əyyarlı üzüyün qiyməti 225 manat, 1 ədəd 3 qramlıq, 585 əyyarlı üzüyün qiyməti 270 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliy Baş X11 İdarəsinin 03 iyun 2023-cü il tarixli, 3-13-16-5/2-5152/2023 saylı məktubunun surətindən görünür ki, Cavabdeh adına xx.xx.2008-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “VAZ 2101” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ii tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2010-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “VAZ-21043” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2011-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “Jeep Hover” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2014-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “QAZ-31105” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “VAZ-21074” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “Moskviç 21412” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobil isə hazırda Cavabdeh adındadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliy Baş X11 İdarəsinin 06 fevral 2024-cü il tarixli, 3-13-16-5/21035/2024 saylı məktubundan görünür ki, “Moskiviç 21412” markalı ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, sənədlərin saxlanma müddəti keçdiyi üçün yandırma yolu ilə müvafiq akt tərtib edilməklə məhv edilmişdir. -20 oktyabr 2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Aşurlu kəndində yerləşən 0,047 ha torpaq sahəsi və üzərində inşa edilmiş 230.6 kv/metr fərdi yaşayış evi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. -X1 tərəfindən təsdiq edilmiş 04 aprel 2023-cü il tarixli, MŞL/MT 014/2023-00674 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Cavabdeh birinci tərəf yəni İddiaçı cehiz əmlakının qaytarılmasına razılıq verdi. Cehizlər 1 ay ərzində çıxarılacaqdır. İkinci tərəf Cavabdeh birinci tərəf yəni İddiaçı qızıl-zinət əşyalarının yarısını pul dəyərində yəni 600- 700 manat pul ödəyəcəyinə öhdəlik götürmüşdür. -Nişan və toy mərasimlərinin foto şəkillərinə baxış zamanı iddiaçının üzərində 2 ədəd boyunbağı, 1 ədəd sırğa-üzük dəsti, 1 ədəd nişan üzüyü, 1 ədəd qulplu qəpik onluq və 1 ədəd üzük olması müəyyən olunmuşdur. -Masallı rayon İcra və Probasiya şöbəsinin əməkdaşları X5, X7 və Cavabdeh iştirakı ilə tərtib edilmiş 12 fevral 2024-cü il tarixli aktdan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16 (050)-12/2024 saylı icra sənədinə əsasən cavabdehin yaşadığı evdə olan mebel yataq dəsti termo-şfoner, divar mebel dəsti (stenka), divan-kreslo dəsti, 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd yazı masası, 1 ədəd xalça böyük, 1 ədəd xalça balaca, 3 ədəd divan-kreslo xalçası, 1 ədəd taxt örtüyü, 1 ədəd tüklü odeyal, 2 ədəd yorğan, 7 ədəd böyük balış, 6 ədəd nalça, 1 ədəd döşək taxt üçün, 2 ədəd tək döşək, 1 ədəd masa xalçası böyük, 1 ədəd masa xalçası balaca, 1 ədəd uşaq döşəyi balaca, 1 ədəd pərdə, 6 ədəd xrustal stəkan, 6 ədəd qara nəlbəki, 11 ədəd xrustal nəlbəki, 4 ədəd sadə xrsutal stəkan, 15 ədəd armudu stəkan üçün nəlbəki, 1 ədəd ağ bagema servis dəsti, 1 ədəd qara bagema servis dəsti, 3 ədəd çuğun qazan dəsti, 2 ədəd çuğun qazan, 1 ədəd elektrikli samovar, 1 dəst qazan, 1 ədəd lampa, 4 ədəd bulud, 12 ədəd qara boşqab, 29 ədəd ağ boşqab dəsti böyük-dayaz, 17 ədəd ağ böyük boşqab, 16 ədəd ağ boşqab balaca, 7 ədəd ağ maskura, 5 ədəd ağ kasa, 3 ədəd ağ dərin boşqab, 1 ədəd çörək qabı, 2 ədəd plasmas ləyən, 10 ədəd sadə kasa, 9 ədəd sadə maskura, 4 ədəd padnos, 4 ədəd tefal tava, 2 ədəd bagema meyvə qabı, 5 ədəd qızılı şirə üçün stəkanı, 1 ədəd böyük tort qabı, 6 ədəd balaca tort qabı, 14 ədəd sadə dərin boşqab, 1 ədəd qazan, 1 ədəd böyük qazan, 1 ədəd tava, 1 ədəd aş süzən, 2 ədəd çuğun ləyən, 1 ədəd çılçıraq, 6 ədəd duz qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd mürəbbə qabı, 2 ədəd xrustal ləpə qabı, 9 ədəd sadə qənd qabı, 25 ədəd sadə nəlbəki, 10 ədəd qara sadə nəlbəki, 2 ədəd dolça, 1 ədəd sarı qəfədan, 1 ədəd çaydan, 1 ədəd sürtgəc, 1 ədəd plasmast çömçə dəsti, 2 ədəd banka bağlayan, 8 ədəd böyük qaşıq, 6 ədəd çəngəl, 2 ədəd çömçə, 7 ədəd balaca qaşıq, 12 ədəd böyük qaşıq dəsti, 12 ədəd bıçaq, 12 ədəd çəngəl, 8 ədəd balaca çəngəl, 8 ədəd qaşıq, 4 ədəd dəsmal və 4 ədəd qətfədən ibarət əmlakların üzərinə həbs qoyulmuşdur. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh el adəti qaydasında toy etdirməklə nikahlarını 30 sentyabr 2003-cü il tarixdə rəsmiləşdirmiş və birgə nikahdan dörd nəfər uşaqları anadan olmuşdur. İddiaçı Cavabdehlə evləndikdən sonra cavabdehin valideyinlərinə məxsus Masallı rayonu, Bədəlan kəndində yerləşən evinə gəlin köçmüş və özü ilə gətirdiyi cehiz əşyalarını həmin evə gətirmiş, həmçinin cavabdehin valideynləri tərəfindən iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Tərəflər bir müddət mehriban ailə kimi yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar və Masallı Rayon Məhkəməsinin 25 may 2023cü il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Bu səbəbdən də hazırda iddiaçı cehiz əşyalarının, ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının, həmçinin avtomobillərin və yaşadıqları evə çəkilmiş xərclərin yarısının cavabdehdən alınıb ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 və 34.1-ci maddələrinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalı, hədiyyə və ya vərəsəlik qaydasında aldıqları əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Məhkəmə iddia tələbinin birgə nikah dövründə inşa edilmiş (əldə olunmuş) fərdi yaşayış evinə çəkilmiş xərclərin yarısının alınıb verilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin evin tərəflərin qazancları hesabına inşa edilməsi (əldə edilməsi) məhkəmə araşdırması işin faktiki halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Eyni zamanda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs X2 adına qeydiyyata alınması müəyyən edilmişdir. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Bundan əlavə, məhkəmə iddia tələbinin avtomobillərin dəyərinin yarısının alınıb verilməsi tələbinə münasibətdə qeyd edir ki, yalnız “Moskviç” markalı avtomobilin halhazırda cavabdehin mülkiyyətində olması və birgə nikah dövründə əldə olunmuş qazanc hesabına birgə mülkiyyətə daxil olması sübuta yetdiyindən, yalnız həmin avtomobil üzərində tərəflərin hər birinin ½ hissədə pay hüquqları müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mülkiyyət hüququ konsitutusion hüquqdur və subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu hüquq isə qanunla nəzərdə tutulmuş hallardan başqa digər hallarda məhdudlaşdırıla bilməz və heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsəsən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə 04 aprel 2023-cü il tarixli, MŞL/MT 014/2023-00674 saylı barışıq sazişinin ikinci hissəsində göstərilən Cavabdeh İddiaçı qızıl-zinət əşyalarının yarısının dəyəri olan 600-700 manat pul ödəyəcəyinə öhdəlik götürməsi hissəsi ilə bağlı qeyd edir ki, sazişin həmin hissəsi iddiaçının hüquqlarını məhdudlaşdırmaqla qanuna zidd şəkildə bağlanmışdır. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunan saziş həmin hissədə etibarsız hesab edilməlidir. Çünki, iddianın qızıl-zinət tələbi əsaslı olan hissədə, zinət əşyalarının ümumi dəyəri 7500 manat təşkil edir. Göründüyü kimi, həmin məbləğə münasibətdə sazişdə qeyd olunmuş 600-700 manat cüzi məbləğdir və MM-nin 6.1.4-cü maddəsində nəzərdə tutulmuş mülkiyyətin toxunulmazlığı prinsipinə tam ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin təsdiq edilməsindən imtina edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, barışıq sazişində qızıl-zinət əşyaları ilə bağlı razılaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə açıq-aşkar ziddir, belə olan halda həmin razılşama öz-özlüyündə etibarsız olduğu üçün heç bir hüquqi nəticə yatarmır. Ona görə də məhkəmə həmin razılaşmanı nəzərə almayaraq, qızıl-zinət tələbini sübuta yetən hissədə əsaslı hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi cehiz və qızıl-zinət əşyalarından mebel yataq dəsti termo-şfoner, divar mebel dəsti (stenka), divan-kreslo dəsti, 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd yazı masası, 1 ədəd xalça böyük, 1 ədəd xalça balaca, 3 ədəd divan-kreslo xalçası, 1 ədəd taxt örtüyü, 1 ədəd tüklü odeyal, 2 ədəd yorğan, 7 ədəd böyük balış, 6 ədəd nalça, 1 ədəd döşək taxt üçün, 2 ədəd tək döşək, 1 ədəd masa xalçası böyük, 1 ədəd masa xalçası balaca, 1 ədəd uşaq döşəyi balaca, 1 ədəd pərdə, 6 ədəd xrustal stəkan, 6 ədəd qara nəlbəki, 11 ədəd xrustal nəlbəki, 4 ədəd sadə xrsutal stəkan, 15 ədəd armudu stəkan üçün nəlbəki, 1 ədəd ağ bagema servis dəsti, 1 ədəd qara bagema servis dəsti, 3 ədəd çuğun qazan dəsti, 2 ədəd çuğun qazan, 1 ədəd elektrikli samovar, 1 dəst qazan, 1 ədəd lampa, 4 ədəd bulud, 12 ədəd qara boşqab, 29 ədəd ağ boşqab dəsti böyük-dayaz, 17 ədəd ağ böyük boşqab, 16 ədəd ağ boşqab balaca, 7 ədəd ağ maskura, 5 ədəd ağ kasa, 3 ədəd ağ dərin boşqab, 1 ədəd çörək qabı, 2 ədəd plasmas ləyən, 10 ədəd sadə kasa, 9 ədəd sadə maskura, 4 ədəd padnos, 4 ədəd tefal tava, 2 ədəd bagema meyvə qabı, 5 ədəd qızılı şirə üçün stəkanı, 1 ədəd böyük tort qabı, 6 ədəd balaca tort qabı, 14 ədəd sadə dərin boşqab, 1 ədəd qazan, 1 ədəd böyük qazan, 1 ədəd tava, 1 ədəd aş süzən, 2 ədəd çuğun ləyən, 1 ədəd çılçıraq, 6 ədəd duz qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd mürəbbə qabı, 2 ədəd xrustal ləpə qabı, 9 ədəd sadə qənd qabı, 25 ədəd sadə nəlbəki, 10 ədəd qara sadə nəlbəki, 2 ədəd dolça, 1 ədəd sarı qəfədan, 1 ədəd çaydan, 1 ədəd sürtgəc, 1 ədəd plasmast çömçə dəsti, 2 ədəd banka bağlayan, 8 ədəd böyük qaşıq, 6 ədəd çəngəl, 2 ədəd çömçə, 7 ədəd balaca qaşıq, 12 ədəd böyük qaşıq dəsti, 12 ədəd bıçaq, 12 ədəd çəngəl, 8 ədəd balaca çəngəl, 8 ədəd qaşıq, 4 ədəd dəsmal, 4 ədəd qətfə, 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğa-üzük dəsti, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu), 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzük onun ayrıca mülkiyyətidir. Məhkəmə qızıl-zinət əşyalarına münasibətdə 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğa-üzük dəsti, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu) və 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzüyün cavabdehdən alınmasını ona görə əsaslı hesab etmişdir ki, sübut kimi tədqiq edilmiş fotoşəkillərə baxış zamanı həmin zinət əşyalarının iddiaçıya məxsus olmasını tərəflər izahatları ilə təsdiq etmişlər. Məhkəmə həmçinin, təmin edilməsi əsaslı hesab edilən cehiz əmlakları ilə bağlı qeyd edir ki, həmin predmetdə və sayda olan əmlakların mövcudluğu müvəqqəti təminat tədbiri zamanı müəyyən edilmiş və yalnız qeyd edilən əşyaların cavabdehdə olması təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü tərəflərin və əsas da iddiaçının üzərinə düşür. Məhz iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin cavabdehlə birgə nikah dövründə öz vəsaitləri hesabına tikilməsini, həmçinin iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının, cehiz əmlaklarının və birgə nikah dövründə əldə etdikləri əmlakların cavabdehdə olmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən “Moskviç” markalı avtomobil, bir neçə adda qızıl-zinət və cehiz əşyalarından başqa digər hissədə tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh mebel yataq dəsti termo-şfoner, divar mebel dəsti (stenka), divan-kreslo dəsti, 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd yazı masası, 1 ədəd xalça böyük, 1 ədəd xalça balaca, 3 ədəd divan-kreslo xalçası, 1 ədəd taxt örtüyü, 1 ədəd tüklü odeyal, 2 ədəd yorğan, 7 ədəd böyük balış, 6 ədəd nalça, 1 ədəd döşək taxt üçün, 2 ədəd tək döşək, 1 ədəd masa xalçası böyük, 1 ədəd masa xalçası balaca, 1 ədəd uşaq döşəyi balaca, 1 ədəd pərdə, 6 ədəd xrustal stəkan, 6 ədəd qara nəlbəki, 11 ədəd xrustal nəlbəki, 4 ədəd sadə xrsutal stəkan, 15 ədəd armudu stəkan üçün nəlbəki, 1 ədəd ağ bagema servis dəsti, 1 ədəd qara bagema servis dəsti, 3 ədəd çuğun qazan dəsti, 2 ədəd çuğun qazan, 1 ədəd elektrikli samovar, 1 dəst qazan, 1 ədəd lampa, 4 ədəd bulud, 12 ədəd qara boşqab, 29 ədəd ağ boşqab dəsti böyük-dayaz, 17 ədəd ağ böyük boşqab, 16 ədəd ağ boşqab balaca, 7 ədəd ağ maskura, 5 ədəd ağ kasa, 3 ədəd ağ dərin boşqab, 1 ədəd çörək qabı, 2 ədəd plasmas ləyən, 10 ədəd sadə kasa, 9 ədəd sadə maskura, 4 ədəd padnos, 4 ədəd tefal tava, 2 ədəd bagema meyvə qabı, 5 ədəd qızılı şirə üçün stəkanı, 1 ədəd böyük tort qabı, 6 ədəd balaca tort qabı, 14 ədəd sadə dərin boşqab, 1 ədəd qazan, 1 ədəd böyük qazan, 1 ədəd tava, 1 ədəd aş süzən, 2 ədəd çuğun ləyən, 1 ədəd çılçıraq, 6 ədəd duz qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd mürəbbə qabı, 2 ədəd xrustal ləpə qabı, 9 ədəd sadə qənd qabı, 25 ədəd sadə nəlbəki, 10 ədəd qara sadə nəlbəki, 2 ədəd dolça, 1 ədəd sarı qəfədan, 1 ədəd çaydan, 1 ədəd sürtgəc, 1 ədəd plasmast çömçə dəsti, 2 ədəd banka bağlayan, 8 ədəd böyük qaşıq, 6 ədəd çəngəl, 2 ədəd çömçə, 7 ədəd balaca qaşıq, 12 ədəd böyük qaşıq dəsti, 12 ədəd bıçaq, 12 ədəd çəngəl, 8 ədəd balaca çəngəl, 8 ədəd qaşıq, 4 ədəd dəsmal, 4 ədəd qətfə, 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 2250 manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 1350 manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğa-üzük dəsti və ya dəyəri 1700 manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü və ya dəyəri 700 manat, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu) və ya dəyəri 850 manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzük və ya dəyəri 650 manat alınaraq İddiaçı verilməli, həmçinin tərəflərin birgə nikahı dövründə əldə etdikləri “Moskviç” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsində Cavabdeh və ½ hissəsində İddiaçı pay hüquqları tanınmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumuna görə Cavabdeh 203 (iki yüz üç) manat tutularaq İddiaçı verilsin. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh mebel yataq dəsti termo-şfoner, divar mebel dəsti (stenka), divan-kreslo dəsti, 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd yazı masası, 1 ədəd xalça böyük, 1 ədəd xalça balaca, 3 ədəd divan-kreslo xalçası, 1 ədəd taxt örtüyü, 1 ədəd tüklü odeyal, 2 ədəd yorğan, 7 ədəd böyük balış, 6 ədəd nalça, 1 ədəd döşək taxt üçün, 2 ədəd tək döşək, 1 ədəd masa xalçası böyük, 1 ədəd masa xalçası balaca, 1 ədəd uşaq döşəyi balaca, 1 ədəd pərdə, 6 ədəd xrustal stəkan, 6 ədəd qara nəlbəki, 11 ədəd xrustal nəlbəki, 4 ədəd sadə xrsutal stəkan, 15 ədəd armudu stəkan üçün nəlbəki, 1 ədəd ağ bagema servis dəsti, 1 ədəd qara bagema servis dəsti, 3 ədəd çuğun qazan dəsti, 2 ədəd çuğun qazan, 1 ədəd elektrikli samovar, 1 dəst qazan, 1 ədəd lampa, 4 ədəd bulud, 12 ədəd qara boşqab, 29 ədəd ağ boşqab dəsti böyük-dayaz, 17 ədəd ağ böyük boşqab, 16 ədəd ağ boşqab balaca, 7 ədəd ağ maskura, 5 ədəd ağ kasa, 3 ədəd ağ dərin boşqab, 1 ədəd çörək qabı, 2 ədəd plasmas ləyən, 10 ədəd sadə kasa, 9 ədəd sadə maskura, 4 ədəd padnos, 4 ədəd tefal tava, 2 ədəd bagema meyvə qabı, 5 ədəd qızılı şirə üçün stəkanı, 1 ədəd böyük tort qabı, 6 ədəd balaca tort qabı, 14 ədəd sadə dərin boşqab, 1 ədəd qazan, 1 ədəd böyük qazan, 1 ədəd tava, 1 ədəd aş süzən, 2 ədəd çuğun ləyən, 1 ədəd çılçıraq, 6 ədəd duz qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd mürəbbə qabı, 2 ədəd xrustal ləpə qabı, 9 ədəd sadə qənd qabı, 25 ədəd sadə nəlbəki, 10 ədəd qara sadə nəlbəki, 2 ədəd dolça, 1 ədəd sarı qəfədan, 1 ədəd çaydan, 1 ədəd sürtgəc, 1 ədəd plasmast çömçə dəsti, 2 ədəd banka bağlayan, 8 ədəd böyük qaşıq, 6 ədəd çəngəl, 2 ədəd çömçə, 7 ədəd balaca qaşıq, 12 ədəd böyük qaşıq dəsti, 12 ədəd bıçaq, 12 ədəd çəngəl, 8 ədəd balaca çəngəl, 8 ədəd qaşıq, 4 ədəd dəsmal, 4 ədəd qətfə, 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 2250 (iki min iki yüz əlli) manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 1350 (bir min üç yüz əlli) manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğa-üzük dəsti və ya dəyəri 1700 (bir min yeddi yüz) manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü və ya dəyəri 700 (yeddi yüz) manat, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu) və ya dəyəri 850 (səkkiz yüz əlli) manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzük və ya dəyəri 650 (altı yüz əlli) manat alınaraq İddiaçı verilsin. Həmçinin tərəflərin birgə nikahı dövründə əldə etdikləri “Moskviç” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ (ikidə bir) hissəsində Cavabdeh və ½ (ikidə bir) hissəsində İddiaçı pay hüquqları tanınsın. Ödənilmiş dövlət rüsumuna görə Cavabdeh 203 (iki yüz üç) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar