Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3322/2024 11.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesində bağladığı xx.xx.2024-cü il tarixli MŞL/MTO14/2023-00956 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ödəmədiyi xx.xx.2024-cü ilə aid 200 manat pulun, xx.xx.2024-cü ilə aid 200 manat pulun, xx.xx.2024-cü ilə aid 200 manat pulun birdəfəlik alınması, xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 200 manat, digər qalan 3000 manat pulu isə xx.xx.2024-cü ildə ona ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs həmkəndi olaraq tanımışdır. Ondan borc istədi və onunla belə razılaşmışlar ki, aralarında rəsmi müqavilə bağlasınlar. Maraqlı şəxsla xx.xx.2024-cü ildə mediasiyada MŞL/MTO14/2023-00956 saylı barışıq sazişi bağlamışlar. Həmin sazişə uyğun olaraq Maraqlı şəxs 4000 manat pulu hər ay 200 manat olmaqla, noyabr ayına kimi 200 manat olmaqla, 1000 manat ödəməsinə, digər qalan 3000 manatı isə dekabr ayının 20-də ona qaytaracağına öhdəlik götürdü. Maraqlı şəxs aylıq 200 manat pulu onun 5261-6333- 3577-6960 nömrəli kart hesabına ödəyəcəyinə öhdəlik götürmüşdü. Lakin buna baxmayaraq Maraqlı şəxs saziş üzrə götürdüyü öhdəliyi artıq 3 aydır ki yerinə yetirmir. Bir necə dəfə onunla danışsada hec bir nəticəsi olmamışdır. Odur ki, Maraqlı şəxs ilə mediasiya prosesində bağladığı xx.xx.2024cü il tarixli MŞL/MTO 14/2023-00956 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ödəmədiyi xx.xx.2024-cü ilə aid 200 manat pulun, xx.xx.2024-cü ilə aid 200 manat pulun, xx.xx.2024-cü ilə aid 200 manat pulun birdəfəlik alınması, xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 200 manat, digər qalan 3000 manat pulu isə xx.xx.2024-cü ildə ona ödəməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etməyərək bildirdi ki, üzərinə götürdüyü öhdəlikləri maddi imkanının olmaması səbəbindən icra edə bilməmişidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞL/MTO 14/2023-00956 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra almış 4000 manat puldan hər ay, yəni xx.xx.2024-cü ildə 200 manat pulun, xx.xx.2024-cü ildə 200 manat pulun, xx.xx.2024-cü ildə 200 manat pulun, xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 200 manat, digər qalan 3000 manat pulu isə xx.xx.2024-cü ildə Ərizəçi 5261-6333- 3577-6960 saylı kart hesabına ödənməsinə öhdəlik götürür. Tərəflər arasında faiz və dəbbə pulu hesablanması nəzədrə tutmadılar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: xx.xx.2024-cü il tarixli MŞL/MTO14/2023-00956 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 4000 manat pul alınaraq Ərizəçi verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3322/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3322/2024
11.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver