Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3343/2024 10.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 75 manat, cəmi 300 manat alimentin Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşlar. Cavabdehlə uzun müddət birgə yaşadıqdan sonra münasibətləri pozulmuş və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan olan uşaqları onun himayəsində yaşayırlar. Aliment, nikahın pozulması və uşaq məsələsinə mediasiya orqanında baxılmış və mediasiya prosesində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən uşaqlar onun himayəsində saxlanmış və uşaqların saxlanması üçün hər uşağa 75 manat, cəmi 300 manat aliment müəyyən olunmuşdur. Lakin hazırkı vaxtadək maraqlı şəxs alimenti ödəməmiş, dəfələrlə etmiş olduğu müraciətlərə baxmayaraq nəticəsi olmamış və öhdəliklərini icra etməmişdir. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MŞM/MT036/2024-00240 saylı, 25 mart 2024-cü il tarixli barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 75 manat, cəmi 300 manat aliment pulunun Ərizəçi xeyrinə ödəməsinə görə öhdəlik götürür. Maraqlı şəxs 2024-cü ilin aprel ayından başlayaraq gələn hər növbəti ayda 300 manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəyəcəkdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X3 xx.xx.2017-ci ildə, X4 xx.xx.2016-cı ildə, X6 xx.xx.2019-cu ildə, X5 xx.xx.2020-ci ildə anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 300 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 01 oktyabr 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞM/MT036/2024-00240 saylı, 25 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 75 manat, cəmi 300 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 2024-cü ilin aprel ayından hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3343/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3343/2024
10.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver