Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3345/2025 20.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: I. Ərizədə qeyd edilən işin halları: Mərhum X1 xx.xx.1967-ci ildə anadan olmuş və xx.xx.2012-ci ildə Masallı şəhərində vəfat etmişdir. Mərhum atası el adəti ilə Masallı şəhərində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Lakin atasının vəfatı ilə bağlı Masallı rayon Qeydiyyat şöbəsində və Masallı rayon Mərkəzi Xəstəxanasında hər hans qeydiyyat aparılmamışdır. Buna görə də hazırda atasının ölüm haqqında akt qeydi mövcud deyildir. Atasının vəfat etməsini təsdiq ecən şahidləri vardır. Həmçinin, ərazi nümayəndəliyinin arayışı və məzar daşının şəklindən görünür ki, atası xx.xx.2012-ci ildə vəfat etmiş və Masallı şəhərində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ölüm faktının müəyyən olunması hazırda müəyyən sənədləşmə işləri üçün zəruridir, lakin atasının vəfatı ilə bağlı Masallı rayon Qeydiyyat şöbəsində ölüm aktı mövcud deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciət olunsa da, ona ölümü haqqında faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək barədə hüquqları izah olunmuş və bu barədə X10 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən məktub verilmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. II. Ərizəçinin tələbi: Mərhum X1nun xx.xx.2012-ci ildə Masallı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. III. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum X1nun xx.xx.2012-ci il tarixdə vəfat etməsini, Masallı rayonu, Dadva qəbiristanlığında dəfn olunmasını bildirdi. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. IV. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, ərizəçi onun oğlu, mərhum X6 onun həyat yoldaşı olmuşdur. Mərhum həyat yoldaşı X6 xx.xx.2012-ci il tarixdə Masallı şəhərində yaşadığı evdə vəfat etmişdir. Mərhum yatmış, lakin bir daha ayılmamışdır. Masallı şəhəri, Dadva qəbristanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşı oğlu, mərhum X6 onun qardaşıdır. Mərhum qardaşı X6 xx.xx.2012-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Masallı şəhəri, Dadva qəbristanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimində iştirak etmişdir. V. İş materiallarında olan:
1. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. X1, anası X2r.
2. AZE 05824654 saylı şəxsiyyət vəsiqəsi və HЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, X6 xx.xx.1967-ci ildə Masallı şəhərində anadan olmuşdur.
3. “Masallı Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2022-ci il tarixli, 179 saylı məktubundan görünür ki, X6 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X11 ölüm aktı üçün müraciət daxil olmamışdır.
4. Məzar daşının fotoşəkilindən görünür ki, X6 xx.xx.1967-ci ildə anadan olmuş xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
5. Masallı Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı məktubdan ki, X3 ölüm faktını təsdiq edən tibbi sənədi qeydiyyat üçün təqdim edilmədiyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır.
VI. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 mömrəli qərarının 1.2-ci bəndində qeyd olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 9.3-cü bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir.
VII. Məhkəmənin mövqeyi:
Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, xx.xx.1967-ci ildə doğulmuş X6 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X3 xx.xx.2012-ci il tarixdə Masallı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1967-ci ildə doğulmuş X3 xx.xx.2012-ci il tarixdə Masallı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Ellara Abbasova