Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3356/2025 02.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MT036/2025-00182 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 100 manat (minimum əmək haqqının 0,25 misli) alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarasınız. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X14, 17.09 2012-ci il təvəllüdlü X9, xx.xx.2013-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X13 adlı uşaqları olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən uşaqlardan X14 atasının yanında saxlanılmış, digər uşaqlar isə onun himayəsinə verilmişdir. Hazırda uşaqlar onun himayəsindədir. Barışıq sazişi təkcə X11 munasibətdə bağlanılmış və onun saxlanılması üçün hər ay 100 manat, yəni minimum əmək haqqının 0,25 misli həddində alimentə razılaşmışlar. Lakin, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmiş və icra etməmişdir. Hazırki vaxtadək aliment ödənilməmişdir. Nəticədə barışıq sazişinin şərtləri pozulmuş və barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edib ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maralı şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Masallı Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(050)-31/2025 saylı qətnaməsindən görünür ki, X4 ilə Maraqlı şəxs arasında 17 avqust 2009-cu il tarixdə Masallı rayon Güllütəpə ərazi nümayəndəliyində 37 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, 20 aprel 2010-cu il təvəllüdlü X8 cavabdeh Maraqlı şəxs yanında saxlanılması, 17 sentyabr 2012-ci il təvəllüdlü X9, 02 oktyabr 2013-cü il təvəllüdlü X10 və 22 fevral 2021-ci il təvəllüdlü X7 iddiaçı X2 yanında saxlanılması və 21 noyabr 2023-cü il tarixdən başlayaraq 17 sentyabr 2012-ci il təvəllüdlü X5, 02 oktyabr 2013-cü il təvəllüdlü X6 və 22 fevral 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - 27 fevral 2025-ci il tarixli, MŞM/MT 036/2025-00182 nömrəli barışıq sazişindən görünür ki, Masallı rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(050)-31/2025 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulmuş və tərəflərin birgə uşaqları xx.xx.2010-cu il təvəllüdlü X14 atanın, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X13 isə ananın himayəsinə verilmişdir. Lakin 27 fevral 2025-ci il tarixdə tərəflər xx.xx.2010-cu il təvəllüdlü X8 ananın himayəsinə verilməsi və uşağın saxlanılması üçün alimentin müəyyən edilməsi mübahisəsi üzrə könüllü olaraq mediasiaya müraciət etmişlər. 27 fevral 2025-ci il tarixdə tərəflərlə həmin mübahisə üzrə mediasiya prosesi keçirildi və Tərəflər aşağıdakı şərtlər daxilində razılığa gəldilər. Tərəflər birgə uşaqları xx.xx.2010-cu il təvəllüdlü X14 1-ci tərəf anası X2 yanında qalmaqla onun himayəsinə verilir. xx.xx.2010-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat sabit məbləğdə aliment, yəni minimum əmək haqqının 0,25 misli həddində müəyyən edilir. xx.xx.2010-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin fevral ayının 01dən sonunadək və gələn hər növbəti ayın da 01-dən sonunadək 100 (yüz) manat məbləğində alimenti 1-ci tərəf X3 nağd, poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi olan Maraqlı şəxs 01 fevral 2025-ci ildən başlamaqla hər ayın 01-dən müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfi olan Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 27 fevral 2025-ci il tarixli, MT036/2025-00182 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 fevral 2025-ci il tarixdən başlayaraq, 20 aprel 2010-cu il ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-3356/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3356/2025
02.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver